Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-498/2021 04.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mirasın vərəsə tərəfindən qəbul edilmiş sayılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mirasın vərəsə tərəfindən qəbul edilmiş sayılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yaşayıb 19 iyul 2004-cü ildə vəfat etmiş X7 və 20 oktyabr 2019-cu ildə vəfat etmiş X4 ümumi mülkiyyətlərində olub miras qalmış JN: 140 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən 0.51 hektar əkin sahəsinin və JN: 045A nömrəli " Torpağa mülkiyyət hüququna dair " Şəhadətnaməyə əsasən 0.66 hektar həyətyanı torpaq sahəsinin o - İddiaçı tərəfindən qəbul edilmiş sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yaşamış ər-arvad X7 və X4 ümumi mülkiyyətinə Aqrar İslahat keçirilən zaman AİK-nın 26 may 1998-ci il tarixli , 10 saylı Qərarına əsasən 0.51 ha. kənd təsərufatı təyinatlı və 0.66 ha. həyətyanı torpaq sahələri verilmişdir. X16 19.07.2004-cü il tarixdə, Babayeva Mariya 20.10.2019-cu il tarixdə vəfat etmişlər. Mərhumlar B. Xalid və B. Mariya sağlığında, onu - yəni nəvələri X8 öz yanlarına götürmüşlər və böyütmüşlər. Onların övladları (birinci növbə vərəsələr) həmin təsərufatdan köçüb getmişlər, ayrı yaşamışlar, o isə miras qoyanlar vəfat edən günədək onlarla birgə yaşamış və birgə təsərufat aparmışdır. Mərhum babası X16 notarial vəsiyyətnamə yazaraq özünün əmlakını ona vəsiyyət etmişdir. Mərhumlar (miras qoyanlar) yuxarıda qeyd olunan tarixlərdə vəfat etdikdən sonra, onlardan miras qalmış 0.51 ha və 0.66 ha. torpaq sahələrinin, qanunla müəyyən edilmiş vaxt ərzində, qəbul edilməsinə yönələn hərəkətləri vərəsə-cavabdehlər etməmişlər. Bu səbəbdən, yəni mirasın açıldığı gündən 6 aydan çox vaxt keçdiyinə görə və əlavə vaxtın uzadılmasına üzürlü səbəb olmadığından, hazırda onlar mirası qəbul etmək hüququnu (subyektiv hüququ) itirmişlər. (MM. Maddə 1246). Hal-hazırda da cavabdehlər birinci növbə vərəsə olaraq mirası qəbul etmək, mirasdan pay tələb etmək istəmirlər. Ötürülmüş müddətin bərpa edilməsini tələb etmirlər. Mirasın onun tərəfindən qəbul edilməsinə, öz paylarından onun xeyrinə imtina etməyə və adına rəsmiləşdirilməsinə razılıq verirlər. Lakin, mirasın onun adına rəsmiləşdirilməsi üçün notariat kontoruna getməkdən, özlərinin iradələrini ifadə etməkdən boyun qaçırırlar. Odur ki, aralarında ümumi razılığa gələ bilmirlər. Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə, notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizəsi əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. Notariat kontoruna müraciət etmişdir. Həm müddətin ötürüldüyünə, həm tərəflərin notariata gəlməkdən boyun qaçırmalarına, həm də yuxrıda qeyd olunan qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməli olmağı barədə ona izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6. Çuxur Qəbələ kənd İcra Nümayəndəliyində saxlanılan baş təsərufat kitabından 2019- 2020-ci illərə aid çıxarışlardan görünür ki, o miras qoyanların sağlığında onlarla birgə yaşamış və onlar öldükdən sonra təsərufat onun adına qeydə alınmşdır. Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş 32 nömrəli 19 yanvar 2021-ci il tarixli Arayışda göstərilmişdir ki, o, miras qoyanlarla, onlar vəfat edən günədək birgə yaşamış, onlar öldükdən sonra miras qalmış 0.66 və 0.51 ha. torpaq sahələrini hazırkı vaxtadək idarə etmiş, sahiblik etmişəm və miras əmlakı qəbul etmişdir. İşin faktiki hallarından görünür ki, birinci növbə vərəsələrdən heçbirinin mirası qəbul etmək niyyətləri yoxdur. Mirası qəbul etməyə yönələn heçbir hərəkət etməmişlər. Mirası qəbul etmə müddətini buraxmışlar. Mirası qəbul etmək hüququnu itirmişlər. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddiasını müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 yazılı ərizə təqdim edərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaya dair heç bir etirazı yoxdur. Mərhum valideynləri X16 və X1 torpaq sahələrindən olan payından qardaşı oğlu İddiaçı xeyrinə imtina edir. Odur ki, həmin torpaq sahələrinin İddiaçı tərəfindən miras olaraq qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 yazılı ərizə təqdim edərək, bildirdi ki, iddia tələbini qəbul edir. İddiaya dair heç bir etirazı yoxdur. Mərhum valideynləri X16 və X1 torpaq sahələrindən olan payından qardaşı oğlu İddiaçı xeyrinə imtina edir. Odur ki, həmin torpaq sahələrinin İddiaçı tərəfindən miras olaraq qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 yazılı ərizə təqdim edərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaya dair heç bir etirazı yoxdur. Mərhum valideynləri X16 və X1 torpaq sahələrindən olan payından qardaşı oğlu İddiaçı xeyrinə imtina edir. Odur ki, həmin torpaq sahələrinin İddiaçı tərəfindən miras olaraq qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək bildirdi ki, iddia tələbini qəbul edirlər. İddiaya dair heç bir etirazı yoxdur. X2 və X1 torpaq sahələrindən olan paydan oğlu İddiaçı xeyrinə imtina edirlər. Odur ki, həmin torpaq sahələrinin İddiaçı tərəfindən miras olaraq qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan JN-140, kod 40617018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Çuxur Qəbələ kəndində X7 və X3 mülkiyyətinə 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-045A, kod 40617018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Çuxur Qəbələ kəndində X7 və X3 mülkiyyətinə 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 29 aprel 1947-ci il tarixdə verilmiş, 5 nömrəli «Evlənmə haqqında şəhadətnamə»nin surətindən görünür ki, X16 ilə X11 arasında 29.04.1947-ci il tarixdə nikah bağlanmış və nikahdan sonra X11 ərinin soyadını qəbul etmişdir. İşdə olan 22 mart 1956-cı il tarixdə verilmiş EQ № 371286 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1946-cı ildə anadan olmuş, anası X12, atası X13r. İşdə olan 18 iyul 1956-cı il tarixdə verilmiş İ-PA № 015087 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh3 08 iyul 1956-cı ildə anadan olmuş, anası X12, atası X13r. İşdə olan 17 fevral 1960-cı il tarixdə verilmiş İ-İE № 814840 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X9 xx xxxxxx 1960-cı ildə anadan olmuş, anası X12, atası X13r. İşdə olan 22 mart 1956-cı il tarixdə verilmiş EQ № 371286 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1946-cı ildə anadan olmuş, anası X12, atası X13r. İşdə olan Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İİ № 268849 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X14 arasında 17 dekabr 1976-cı ilədnikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən 21 iyul 2004-cü il tarixdə verilmiş AZ-İ 101897 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X16 19 iyul 2004-cü il tarixdə «ürək damar çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən 23 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İ 954426 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X12 20 oktyabr 2019-cu il tarixdə «ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən 18 yanvar 2021-ci il tarixdə verilmiş 32 nömrəli arayışdan görünür ki, X16 və X12 müvafiq olaraq 19 iyul 2004-cü il və 20 oktyabr 2019-cu il tarixdə vəfat edənə kimi Qəbələ rayonu Çuxur Qəbələ kəndində qeydiyyatda olmaqla yaşamışlar. Sonuncuların ölümündən hal-hazırki vaxtadək onların təsərrüfatını və əmlakını, o cümlədən JN-045A, kod 40617018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,66 ha həyətyanı torpaq sahəsini və JN-140, kod 40617018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhumlar öldükdən hal-hazırki vaxtadək İddiaçı idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmişdir. Mərhumların aşağıdakı vərəsələri vardır: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. İşdə olan Qəbələ rayon X15 tərəfindən 18 yanvar 2021-ci il tarixdə verilmiş 05 nömrəli arayışdan görünür ki, X16 və X4 adına verilmiş Qəbələ rayon Çuxur Qəbələ kəndində yerləşən JN- 045A, kod 40617018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,66 ha həyətyanı torpaq sahəsi və JN-140, kod 40617018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini sonuncular öldüyü – müvafiq olaraq 19 iyul 2004-cü il və 20 oktyabr 2019-cu ildən hal-hazırki vaxtadək İddiaçı idarə etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında vermişdir. İşdə olan 24 avqust 1990-cı ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda qeydə alınmış vəsiyyətnamədən görünür ki, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yaşayan X16 vəfat edəcəyi günə ona məxsus mülküni bir mərtəbəli, iki otaqlı evini, təndir evini, mal tövləsini, mal-qaranı və dövlət pensiyasını oğul nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Qəbələ Rayon Məhkəməsinin müraciətinə 09 mart 2021-ci il tarixdə verdiyi 05/01-848/14 nömrəli cavab məktubunda 24 avqust 1990-cı il tarixdə Qəbələ rayonu dövlət notariat kontorunda 5B/35 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin həmin tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı göstərilmişdir. İşdə olan olan Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin İddiaçı 05 fevral 2021-ci il tarixdə ünvanladığı 173 nömrəli məktubda 19 iyul 2004-cü il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 21.10.2020-ci il tarixli ərizəsinə baxıldığı, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxəldəğından və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Çuxur Qəbələ kəndində X7 və X3 mülkiyyətinə JN-045A, kod 40617018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,66 ha və JN-140, kod 40617018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə 0,51 ha torpaq sahələri verilmişdir. X7 və X3 arasında 29.04.1947-ci il tarixdə nikah bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında qeydə alınmışdır. X16 19 iyul 2004-cü il tarixdə, X10 20 oktyabr 2019-cu il tarixdə vəfat etmişlər. X16 24 avqust 1990-cı ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda qeydə alınmış vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus mülkünü bir mərtəbəli, iki otaqlı evini, təndir evini, mal tövləsini, mal-qaranı və dövlət pensiyasını oğul nəvəsi (iddiaçı) İddiaçı vəsiyyət etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən aydın olur ki, miras əmlakı hal-hazıradək İddiaçı idarə, sahiblik və istifadə etdiyi, torpaq vergilərini vaxtında ödədiyi qeyd olunmuşdur. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mirası faktiki surətdə qəbul edərək şəriksiz (miras əmlakla bağlı) idarə etdiyini şəksiz nümayiş etdirir, miras əmlaka sabiblik etməyə və əmlakı idarə etməyə faktik olaraq baba və nənəsinin saglığında və ölümlərindən dərhal sonra başlamışdır. İşin qeyd olunan halını, iş üzrə tətərflər bilirlər və bu barədə kifayət qədər məlumatlıdırlar. İddiaçı mirası faktiki qəbul etməklə qoruyub saxlamış, əsaslı tikinti və təmir işlərini həyata keçirmişdir. İddia tələbi üzrə bütün digər cavabdehlər isə miras qoyan valideynlərinin ölümündən xeyli əvvəllərdən valideynlərinə məxsus evdən və təsərrüfatdan ayrılmaqla daimi yaşamaq üçün başqa təsərrüfatlara və yaşayış məntəqələrinə köçmüş, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməyə və əmlakları faktiki idarə etməyə başlamamış, mirası qəbul etməmiş, mirasla hər hansı daimi əlaqələri olmamış, yəni qanunla müəyyən edilmiş qaydada, formada və müddətdə miras əmlaklarını qəbul etməmişlər. Onların heç biri miras əmlaklarda yaşamamış, həmin əmlaklarla bağlı hər hansı bir hərəkətləri olmamış və mirasın qorunub saxlanmasında, yararlı vəziyyətə gətirilməsində iştirakları olmamışdır. İşin qeyd olunan hallarını və işdə olan sübutları, eləcə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirasdan imtinaları barədə ərizələrini nəzərə alaraq məhkəmə hesab edir ki, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşayıb 19 iyul 2004-cü il tarixdə vəfat etmiş X7 və 20 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X5 ümumi mülkiyyətlərində olub miras qalmış JN-140 nömrəli (Kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0.51 ha əkin sahəsinin və JN-045A nömrəli (Kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.66 ha həyətyanı torpaq sahəsinin vərəsə - İddiaçı tərəfindən qəbul edilmiş sayılmalıdır. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşayıb 19 iyul 2004-cü il tarixdə vəfat etmiş X7 və 20 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X5 ümumi mülkiyyətlərində olub miras qalmış JN-140 nömrəli (Kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0.51 ha əkin sahəsinin və JN-045A nömrəli (Kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.66 ha həyətyanı torpaq sahəsinin vərəsə - İddiaçı tərəfindən qəbul edilmiş sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-498/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-498/2021
04.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver