Məhkəmə qərarları › İş №2(025)-525/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-525/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-525/2020 04.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 Bayram oğlu və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 Bayram oğlu və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000007382 saylı kredit razılaşması üzrə 1351.6 ABŞ Dolları məbləğində kredit borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Qəbələ rayonu Tikanlı kəndində Cavabdeh1 mülkiyyətində olan 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 85.4 kv.m yaşayış, 58.5 kv.m köməkçi, 143.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 1351.6 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 mana xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması; Qəbələ rayonu Tikanlı kəndində Cavabdeh1 mülkiyyətində olan 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaql 85.4 kv.m yaşayış, 58.5 kv.m köməkçi, 143.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Atama oğlunun, X1, Cavabdeh6 Bayram oğlunun və X3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı QSC və Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış 07L000004505 saylı kredit xətti müqaviləsinin (nağd və qeyri-nagd şəkildə) şərtlərinə əsasən cavabdeh İddiaçı QSC-nin öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanına uyğun olaraqdüzgün hesablanmışdırmı? İddiaçı QSC və Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış 07L000004505 saylı kredit xətti müqaviləsinin (nağd və qeyri-nagd şəkildə) şərtlərinə əsasən cavabdeh İddiaçı” QSC-nin müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/2120 saylı rəyi iş materialları ilə birlikdə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Məhərrəm Həsənov məhkəməyə ərizə göndərərək, cavabdehin banka borcunu tam ödədiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 145 (bir yüz qırx beş) manat məbləğində pul, Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 Bayram oğlu və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 145 (bir yüz qırx beş) manat məbləğində pul, Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar