Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-54/2023 09.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölüm qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 1953-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum qəsəbəsində doğulmuş X2nun 22 noyabr 2016-cı il tarixdə.Qəbələ rayonu Bum qəsəbəsində ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi xx xxxxxxx 1985-ci iidə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur. X2, anası X14 olmuşdur. X3 15 oktyabr 1953-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum qəsəbəsində doğulmuşdur. 23 sentyabr 1980-ci ildə anası X14 ilə ailə qurmuşdur. Həmin evlilikdən iki qız, bir oğlan övladları doğulmuşdur. X2 22 noyabr 2016-cı ildə Qəbələ rayonu, Bum qəsəbəsində ani ürək tutmadan vəfat etmiş və Bum qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin atasının ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. X18 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nm avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında atasınn ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəmə müraciət etmək hüququ izah olundu. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Həmçinin X2nun ölüm faktı ərizəsinə əlavə etdiyi qəbrin foto-şəkillərindən, həmçinin keçiriləcək məhkəmə iclasında məhkəməyə gətirəcəyim şahidlərin ifadələri ilə də öz təsdiqini tapa bilər.. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı, mərhum X9 onun atasıdır. Atası xx.xx.2016-cı il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayon Bum qəsəbəsində keçirilmişdir. X5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğlu, mərhum X9 onun həyat yoldaşıdır. O və X9 arasında 23 sentyabr 1980-ci il tarixdə nikah bağlanmışdır. X1 63 yaşında xx.xx.2016-cı ildə Qəbələ rayonu, Bum qəsəbəsində ani ürək tutmasından ölmüşdür. Dəfn mərasimi Qəbələ rayonu, Bum qəsəbəsində keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-259/15 saylı, 28 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X9”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qutqaşen rayon ZAQS bürosu tərəfindən verilmiş 06 dekabr 1957-ci il tarixli İ-İE 579068 saylı Doğum haqqında şəhadətnamdən görünür ki, X9 15 oktyabr 1953-cü il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur, anası X12, atası X7r. İşdə olan Qutqaşen rayon Bum kənd soveti tərəfindən verilmiş 23 sentyabr 1980-ci il tarixli İİ- JQ № 383611 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X14 arasında 23 sentyabr 1980-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Səbzəliyev, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Bum kənd İ.Ə.N tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli AZ-T 197296 saylı Doğum haqqında şəhadətnamdən görünür ki, X13 01 dekabr 1988-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur, anası X14, X2dur. İşdə olan Qəbələ rayon Bum kənd İ.Ə.N tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli AZ-T 197295 saylı Doğum haqqında şəhadətnamdən görünür ki, Ərizəçi xx xxxxxxx 1985-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur, anası X14, X2dur. İşdə olan qəbr daşına aid fotoşəkillərdən görünür ki, X9 2016-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1953-cü il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-54/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-54/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver