Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-56/2022 22.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, zəbt edilmiş torpaq sahəsində tikilmiş qeyri-yaşayış binasının sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 oktyabr 1991-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndində (indiki qəsəbə) “Miçurin adına kolxozdan fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş və bu barədə ona JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. O, torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi inşa etdirmişdir. Baxmayaraq ki, o, Bakı şəhərində qeydiyyatdadır, lakin əri X4 xəstə olduğuna görə ilin çox hissəsini Vəndam qəsəbəsində yaşayırlar. Lakin, evlərində asudə yaşamaq imkanları cavabdeh tərəfindən alınmışdır. Birincisi, yuxarıda göstərdiyi kimi onlar Bakıda yaşadıqları dövrdə cavabdeh 0,12 ha torpağının təxminən 0,04 ha hissəsini zəbt etmiş və zəbt etdiyi ərazini hasara alaraq öz torpağına qatmışdır. Həmin zəbt etdiyi ərazi də daxil olmaqla həyətində icazəsiz böyük bir dülgər sexi açmış və oranı mütəmadi olaraq işlədir. Həmin dülgər sexi işləyən zaman səs-küydən və ağac emalından çıxan tozdan həyətdə və evdə durmaq olmur və tozdan nəfəs almaq olmur. Əri xəstədir və cavabdehin təqsiri üzündən yaranan maneələrə dözə bilmir. Sex işləyən zaman toz o qədər olur ki, bu səbəbdən nəvələrini həmin evə gətirə bilmir, çünki nəfəs ala bilmirlər. Cavabdehlə bu barədə çox söhbətlər etmişlər və ona dəfələrlə demişlər ki, bu cür yaşamaq olmaz, qonşuluqda yaxşı iş deyil, lakin nəticəsi olmayıb, əksinə onlara deyib ki, o işini davam etdirəcək, nə istəyirsiz edin. Hətta bu barədə şifahi olaraq aidiyyəti orqanlara da müraciət etmişlər və yenə də nəticəsi olmamışdır. Hətta bu barədə şifahi olaraq aidiyyətu orqanlara da müraciət etmişlər və yenə də nəticəsi olmamışdır. Cavabdeh tərəfindən zəbt edilmiş 0,04 ha torpaq sahəsinin özünə qaytarılmasını, inşa edilmiş hasarın və dülgər sexinin onun mülkiyyətində olan torpaq sahəsində olan hissəsin cavabdehin hesabına sökülməsini və ümumiyyətlə dülgər sexinin fəaliyyətinin dayandırılmasını tələb edir. Çünki həmin dülgər sexinin fəaliyyət göstərməsi onun yaşamaq hüququnu məhdudlaşdırır. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etmiş və yuxarıda qeyd etdiyi kimi qanunsuz dülgər sexi tikmiş, həmin dülgər sexinin işlənməsi nəticəsində evində hədsiz səs-küy yaranır, toz daxil olur və sağlamlıqlarına həddən artıq pis təsir göstərir. Tikintinin yerləşdiyi torpaq sahəsi tikintini inşa edən şəxsin deyil, başqa şəxsin mülkiyyətində olarsa, tikintini inşa edən şəxsin həmin tikiliyə mülkiyyət hüququ o halda tanına bilər ki, torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada tikintini inşa edən şəxsin mülkiyyətinə keçsin. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh həmçinin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 Şəmsəddin oğlunun 50 600 00 13 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 Şəmsəddin oğlu xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, iş üzrə tərəflərindən təyin edilmiş ekspertiza üzrə mütəxəssis rəyi məhkəməyə daxil olduqdan sonra tərəflərindən iş üzrə təyin edilmiş 28 iyun 2022-ci il tarixli tikinti texniki ekspertizasının həmin rəy ətraflı öyrənilmiş, bir daha bundan öncə etirazlarında təqdim etdikləri hallar bir daha Məhkəmə-tikinti ekspertiza rəyində də mütəxəssis rəyində olduğu kimi təsdiqini tapmışdır. Bu səbədən bu etirazlarında qeyd etdikləri halları da əvvəlki etirazlarının davamı kimi məhkəmənin qiymətləndirməsini xahiş edirlər. Eyni zamanda cavabdehin istifadə etdiyi sexlə bağlı qonşuluqda yaşayan şəxsin qeyd etdiyi kimi heç bir toz ətrafa yayılmır, tərəflərindən ətrafı bütünlüklə sellofanla dairələnmişdir. O, qonşu kimi onlara heç zaman narahatlıqlar yaşatmamış, belə məqsədlə hər hansı fəaliyyəti də olmamış və olmayacaqdır, həmin sex onun ailəsinin yeganə qazanc yeridir. O səbəbdən xahiş edirəm ki, iddia ərizəsində qeyd edilənlər əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilsin. xx.xx.2022-ci il tarixdə saat 11:00-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən o və Cavabdeh iştirak edə bilməyəcəklər, o səbəbdən iclası onların iştirakları olmadan keçirməyi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərindən sexin sellofon örtüklə örtülü olmasına dair fotoşəkilləri də elektron məhkəmə sistemi vasitəsilə sübut kimi təqdim edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X1 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-449A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Cavabdeh, X7, X5, X9 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilmişdir: Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməya əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən movcud olan torpaq sahəsinə müdaxilə yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3383 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarə tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməya əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən movcud olan torpaq sahəsinə müdaxilə yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin torpaq sahəsinin cavabdehin zəbtindən alınaraq ona verilməsini, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsnii və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, dülgər sexinin öz mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, həmçinin dülgər sexində ətrafda yaşayan şəxslər üçün heç bir toz olmadığını, bunun bağlı sexin ətrafının pərdələndiyini, bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin yoxsa iddiaçının mülkiyyətində yerləşməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun olubolmaması məsələsinin araşdırılması məqsədi ilə mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3383 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN- 448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyriyaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən mövcud olan torpaq sahəsinə müdaxilə yoxdur. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə, o cümlədən mütəxəssis rəyləri və ekspert rəyləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə dediklərini sübut edə bilmir və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən mülki işə köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis rəyində və ekspert rəyində iddiaçının açılmasını tələb etdiyi yol yerinin cavabadehin mülkiyyətində olmadığı və cavabdeh tərəfindən maneə törədilmədiyi müəyyən olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-56/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-56/2022
22.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver