Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-580/2021 28.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Nümayəndə1 (eyni zamanda Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nümayəndə1 İddiaçı ASC-nin xeyrinə 08 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5697.49 manat əsas, 106.46 manat faiz, 2119.61 manat cərimə və kredit müqaviləsi üzrə 30.04.2018-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 859.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8783.41 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 08 aprel tarixli əsas kredit müqaviləsinə əsasən Nümayəndə1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 08 aprel tarixli kredit müqaviləsinə əsasən Nümayəndə1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2015-ci il 08 aprel tarixli sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 15-dək Nümayəndə1 2015-ci il 08 aprel tarixli kredit müqaviləsi üzrə banka 5697.49 manat əsas, 106.46 manat faiz, 2119.61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7923.56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Nümayəndə1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 15 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Nümayəndə1 08 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5697.49 manat əsas, 106.46 manat faiz, 2119.61 manat cərimə və kredit müqaviləsi üzrə 30.04.2018-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 859.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8783.41 manat borcu vardır. 08 aprel 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, qiymətləndirmə rəyi ilə razı deyil və ipoteka predmetinin ipoteka müqaviləsində göstərilmiş qiymətlə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Nümayəndə1 (eyni zamanda Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qismən qəbul edərək göstərdi ki, banka əsas borcunun ödənilməsinə etiraz etmir. Lakin cərimə və faiz borcunun azaldılması mümkündürsə, həmin borcların azaldılmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası “X4” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 393 nömrəli rəyinin həqiqəti əks etdirdiyini, ipoteka predmetinin həmin rəydə göstərilən həddə qiymətləndirilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdeh Nümayəndə1 izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 08.04.2015-ci il tarixli 5-SKMF-1-0-319-15 nömrəli əsas kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" İKB hər birinin məqsədi, məbləği və müddəti hazırki müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 15.000 manat məbləğində krediti 72 ay müddtində, yəni 08.04.2015-ci ilədək müddət ərzində borc alan Nümayəndə1 kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.04.2015-ci il tarixli 5-SKMF-1-0-319-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən Nümayəndə1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, cavabdeh Nümayəndə1 kredit borcunu annuitet qaydada, ilk 12 ay ödəniş etməmiklə, sonrakı aylar isə 625,00 manat məbləğdə ödəniş edilməsi yolu ilə 36 ay ərzində qaytarılması müəyyən olunmuşdur. İş materiallarında olan 15.03.2021-ci il tarixli maliyyə arayışından görünürki, cavabdeh Nümayəndə1 5697.49 manat əsas, 106.46 manat faiz, 2119.61 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 859.85 manat olmaqla olmaqla ümumilikdə 8783,41 manat məbləğində kredit borcu mövcud olmuşdur. Kredit müqaviləsinin 10.2-ci bəndinə görə, borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gün üçün faizlərdə hesablanmaqla ümumi məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği 15000 manat borcalan Nümayəndə1 tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan 08 aprel 2015-ci il tarixli, № 5-SKMF-1-0-319-15 (İ) nömrəli "xxxx" İKB ASC-i ilə Nümayəndə1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2015-ci il 08 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq surətindən görünür ki, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 adına (fərdi yaşayış evi Nümayəndə1 tam mülkiyyətində, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla) daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 06.03.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 məxsus Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 5-SKMF-1-0-319-15 (İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 09.04.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 27.01.2021-ci il tarixli Nümayəndə1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 10.02.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Nümayəndə1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18.02.2021-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2015-ci il tarixli, 984 nömrəli arayışda göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində 1992-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı yşayış sahəsi 70 kv.m köməkçi sahəsi 91,5 kv.m ümumi sahəsi 161,5 ƏMDK yanında DƏDƏRX-nin 9 saylı Ərazi İdarəsinin seriya RX № ******* olan mülk həqiqətən Nümayəndə1 məxsusdur və həmin evdə Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qeydiyyatdadırlar. Məhkəmənin 27 may 2021-ci il tarixli, 2(025)-580/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası “X4” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin likvid dəyəri 57 375 manat müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Nümayəndə1 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 15000 (on beş min) manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin 08 aprel 2015-ci il tarixli, № 5-SKMF-1-0-319-15 (İ) ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Nümayəndə1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh Nümayəndə1 bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, 15.03.2021-ci il tarixə Nümayəndə1 5697,49 manat əsas və 106,46 manat faiz borcu vardır. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 5697,49 manat, faiz borcu üzrə 106,46 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2119,61 cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2000 manata endirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə 30.04.2018-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 859,85 manat məbləğində əldən çıxmış fayda cavabdeh Nümayəndə1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bankuçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmənin 27 may 2021-ci il tarixli, 2(025)-580/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası “X4” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin likvid dəyəri 57 375 (əlli yeddi min üç yüz yetmiş beş) manat müəyyən edilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girovsaxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Nümayəndə1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 57 375 (əlli yeddi min üç yüz yetmiş beş) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh Nümayəndə1 qaytarılmalıdır. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 oranı tərk etməlidirlər. Cavabdehlərin qeyd edilən mənzilə istifadə hüquqlarının itirilməsi və onların mənziuldən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi qiymətləndirmə rəyi ilə razı olmadıqlarını bildirsə də, rəylə hansı səbəbdən razı olmamaları, rəyin düzgün tərtib edilmədiyinə dair məhkəməyə hər hansı yazılı vəsatət təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası “X4” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 393 nömrəli rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi (Azərbaycan Respublikası “X4” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 393 nömrəli rəyi) sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizasının aparılması üçün Nümayəndə1 tərəfindən “X4” MMC-nin hesabına müvafiq ödənişin edilməsini nəzərə alır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Nümayəndə1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5697,49 manat əsas, 106,46 manat faiz borcu, 2000 manat cərimə borcu, 30.04.2018-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 859,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8663,8 (səkkiz min altı yüz altmış üç manat səksən qəpik) manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulmalı, borc tələbi ipoteka ilə yüklü edilmiş Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 57 375 (əlli yeddi min üç yüz yetmiş beş) manat müəyyən edilməli, fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçilər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qaytarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsini tərk etməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Nümayəndə1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5697,49 manat əsas, 106,46 manat faiz borcu, 2000 manat cərimə borcu, 30.04.2018-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 859,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8663,8 (səkkiz min altı yüz altmış üç manat səksən qəpik) manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 57 375 (əlli yeddi min üç yüz yetmiş beş) manat müəyyən edilsin. Fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçilər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qaytarılsın. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Nümayəndə1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 Qəbələ şəhəri, Nəsimi küçəsi ev 83 ünvanında yerləşən, 4 otaqlı, 161.5 kv.m ümumi, 70 kv.m yaşayış, 91.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsini tərk etsinlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-580/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-580/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver