Məhkəmə qərarları › İş №2(025)-582/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-582/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-582/2021 06.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğıluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(025)-582/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğıluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

1. Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11841.88 ABŞ dolları əsas, 14990.34 ABŞ dolları faiz, 4683.78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1337.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32853.8 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən, 3 otaqlı, 101.2 kv.m ümumi, 59.5 kv.m yaşayış, 41.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən, 3 otaqlı, 101.2 kv.m ümumi, 59.5 kv.m yaşayış, 41.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı1 ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən, 3 otaqlı, 101.2 kv.m ümumi, 59.5 kv.m yaşayış, 41.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.07 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən, 3 otaqlı, 101.2 kv.m ümumi, 59.5 kv.m yaşayış, 41.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.07 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(025)-582/2021 saylı qərardadı ilə, iddiaçı "Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğıluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda cavabdeh Cavabdeh1 məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(025)-582/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğıluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(025)-582/2021 saylı qərardadı Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğundur və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq,məhkəmə

qərara aldı:

Qəbələ Rayon Məhkəməsinin 2(025)-582/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.

Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar