Məhkəmə qərarları › İş №2(025)-585/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-585/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-585/2021 24.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 20874.04 ABŞ dolları əsas, 30481.83 ABŞ dolları faiz və 6026.01 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1339.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 58720.93 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın X1 mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 107.2 kv.m ümumi, 60.8 kv.m yaşayış, 46.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 107.2 kv.m ümumi, 60.8 kv.m yaşayış, 46.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.15 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X1 mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 107.2 kv.m ümumi, 60.8 kv.m yaşayış, 46.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X1, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Sahib qızının Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 107.2 kv.m ümumi, 60.8 kv.m yaşayış, 46.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə məhkəmədən kənar razılaşma əldə olduğunu, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar