Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-591/2021 08.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2014cü il 04 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 12346.7 manat əsas, 5174.86 manat faiz və 470.91 manat cərimə və kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1686.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19679.07 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, H.Əliyev (İ.B.Qutqaşınlı) küçəsində yerləşən, 82.56 kv.m ümumi sahədən ibarət 54a №li qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, H.Əliyev (İ.B.Qutqaşınlı) küçəsində yerləşən, 82.56 kv.m ümumi sahədən ibarət 54a №li qeyri yaşayış binasının (mağaza) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, H.Əliyev (İ.B.Qutqaşınlı) küçəsində yerləşən, 82.56 kv.m ümumi sahədən ibarət 54a №li qeyri yaşayış binasına (mağaza) tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, H.Əliyev (İ.B.Qutqaşınlı) küçəsində yerləşən, 82.56 kv.m ümumi sahədən ibarət 54a №li qeyri yaşayış binasına (mağaza) olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 qeyri yaşayış binasından çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.05.2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “xxxx” X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 04.09.2014-сi il tarixli 5-GZ-1-0-2943-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq düzgün hesablanmışdırmı? “xxxx” X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 04.09.2014-сi il tarixli 5-GZ-1-0-2943-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? “xxxx” X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 04.09.2014-сi il tarixli 5-GZ-1-0-2943-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu hesablandıqdan sonra iş materillarına əlavə edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən əgər digər ödənişlər edilmişdirsə (müqavilə müddəti bitən tarixdən sonra) həmin ödənişlərin əsas və faiz borcundan silinməsi əsaslandırılmaqla əsas və faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 9/3600 saylı rəyi iş materialları ilə birlikdə 22 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 22.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 17.06.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, cavabdehlə məhkəmədən kənar razılaşma əldə olduğunu, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-591/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-591/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver