Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-6/2024 04.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 9,528,80 manat əsas borc, 6,173,40 manat faiz borcu, 281,48 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 215,1 manat məbləğində əldən çıxmış fayda, cəmi 18138,78 manat, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 36 ay müddətinə 10,000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Kreditin ödənmə cədvəlinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən aldığı 10,000 manat kredit məbləğini cəmi 4313,53 manat faizlə birlikdə ayda 397,60 ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə Hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixədək 3.557,0 manat məbləğində ödəniş aparılmış, həmin məbləğin 397,80 manatı əsas, 3.159,20 manatı isə faiz borcundan silinmiş, xx.xx.2019-cu il tarixdə ödənilən 10,0 və 90,0 manat, o cümlədən xx.xx.2019cu il tarixdə ödənilən 200,0 manat faiz borcundan çıxılmışdır. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3746 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 9.602,20 manat və faiz borcu 2.883,14 manat təşkil edir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxslərin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır.Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. AR Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə- 1 ABŞ dollarına 0,25 manat (0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə , bu Fərman qüvvəyə mindiyi günə AR MBnın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Fərmanın 5.1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.8-ci bəndində göstərilmişdir ki, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunduqundan hesablanmış faiz və cərimələr silinməli, əsas borc məbləği isə bu məqsədlə Banka illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına Borclu ilə yeni müqavilə bağlanmaqla illik 1 faizlə 5 il müdətinə verilməli, müqavilə bağlanmadığı halda isə nəzərdə tutulan müddət bitdikdən sonra dərhal tələb edilməlidir. Kreditor İddiaçı qeyd olunan Fərmanla üzərinə qoyulan vəzifələri yerinə yetirməyərək 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələri silməmiş, o cümlədən əsas borcun ödənilməsi üçün vaxtında tədbirlər görməyərək borclunun məsuliyyətinin ölçüsünü artırmışdır. 21 noyabr 2014-cü il tarixli 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması nəticəsində Kreditora dəymiş zərər dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına 5 il müddətinə qabaqcadan ödənildiyinə görə İddiaçı ASC həmin müqavilə üzrə olan əsas borca görə illik 1 faizdən artıq tələb etməkdə haqlı deyil. Ona görə də, xx.xx.2019-cu il tarixdə ödənilən 10,0 və 90,0 manat, o cümlədən xx.xx.2019-cu il tarixdə ödənilən 200,0 manat məbləğlərin faiz borcundan çıxılmasıqanunsuz hesab edilməli ( restrukturizasiyadan sonrakı tarixə hesablandığına görə), Cavabdeh1 9,303,20 (9.602,20-10,0-90,0-200,0) manat əsas borc, 558,0 manat faiz borcu və 30,0 manat dövlət rüsumu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9,303,20 (doqquz min üç yüz üç manat) manat əsas borc, 558,0 (beş yüz əlli səkkiz) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat İddiaçı ASC-dən tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-6/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-6/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver