Məhkəmə qərarları › İş №2(025)-618/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-618/2020

08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-618/2020 08.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək, 1990-cu il martın 16-da Qəbələ rayonu Abrıx kəndində doğulmuş oğlu x5 1998-ci il aprelin 26-da Qəbələ rayonu Tikanlı kəndində ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1956-ci ildə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuşdur. 19 yanvar 1983-cü il tarixdə x2 ilə birgə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 16 mart 1990-ci il tarixdə x10 adlı övladları anandan olmuşdur. Qafar anadan olandan ürək qüsuru olmuşdur. Beləliklə, Qafar adlı övladları ürək qüsurundan 26.04.1998-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində vəfat etmiş və Tikanlı kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum oğlu Qafara ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında oğlunun ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin mərhum oğlu x5 ölüm faktı Qəbələ rayonu icra Hakimiyyəti başçının Tikanlı kənd x14 üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib göstərdi ki, övladı x10 1990-cı il martın 16-da Qəbələ rayonu Abrıx kəndində doğulmuş və 1998-ci il aprelin 26-da Qəbələ rayonu Tikanlı kəndində ev şəraitində ölmüş və Tikanlı kənd qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x3 göstərdi ki, o, Qəbələ rayonu Abrıx kəndində yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum oğlu Qafar Rəfiyev ürək qüsurunan doğulmuş və uzun müddət xəstə yaşamışdır. Qafar Rəfiyev 1990-ci ilin martın 16-da doğulmuş, 1998-ci il aprelin 26-da vəfat etmiş və Tikanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 göstərdi ki, ərizəçi onun qardaşıdır. O, Qəbələ rayonu Abrıx kəndində yaşayır. Qardaşı oğlu doğulandan xəstə olmuş və demək olar ki, məktəbə də getməmişdir. x16 26 aprel 1998-ci ildə ürək çatışmamazlığından vəfat etmiş və Tikanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x6 da digər şahidlər x3 və x13 ilə eyni məzmunlu izahat verərək sonuncuların göstərdiklərini təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 19 aprel 1990-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 418674 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x10 16.03.1990-ci il tarixdə anadan olmuş, bu barədə Qutqaşen rayonu Tikanlı kənd soveti tərəfindən 19.04.1990-cı il tarixdə 54 saylı qeydiyyat aparılmışdır. Onun atası Ərizəçi, anası x4r. İş materiallarında olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 19.01.1983cü il tarixli, İİİ-ЖГ seriyalı, 267442 №-li “nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə x1 19 yanvar 1983-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəfiyev, arvada Rəfiyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd x14 üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 221 nömrəli arayışdan görünür ki, 16 mart 1990-cı ildə anadan olmuş övladı x10 26 aprel 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02.06.2020-ci il tarixli 05/Q-24/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş uşağı x5 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 07.11.2009-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində doğulmuş, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 25.08.2014-ci il tarixli, AZE seriyalı, 14820307 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x7 10.02.1964-cü il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində doğulmuş, Qəbələ rayonu Abrıxı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi övladı - x10 26.04.1998-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində vəfat etmiş və Tikanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1990-cu il martın 16-da Qəbələ rayonu Abrıx kəndində doğulmuş oğlu x5 1998-ci il aprelin 26-da Qəbələ rayonu Tikanlı kəndində ev şəraitində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar