Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-651/2021 18.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas borcun restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2014-cü il 07 iyul tarixli kredit müqaviləsi üzrə 12287.09 manat əsas borc, 6772.35 manat faiz, 86.36 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19145.8 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas borcun restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" İKB ASC arasında 07.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış 12287,09 əsas borcun cavabdeh İddiaçı ASC tərəfindən fərmanın qaydalarına əsasən illik 1 faiz olmaqla 5 illik restrukturizasiya olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 07 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 60 ay müddətinə 16000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi 2014-cü il 07 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh5 ilə 2014-cü il 07 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 07 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçür gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 29-dək Cavabdeh1 2014-cü il 07 iyul tarixli krec müqaviləsi üzrə banka 12287.09 manat əsas, 6772.35 manat faiz, 86.36 manat cərimə borç olmaqla ümumilikdə cəmi 19145.8 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nikoyl İKB ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 07,07.2014-cü il tarixdə 16.000 manat kredit verilmişdir. Borcun təminatı olaraq onun mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsi 2014- cü il 07 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin kredit cənab Prezidentin Fərmanının əhatə dairəsinə düşməklə 5 illik restrukturizasiya olunmalıdır. Belə ki, bankdan götürdüyü krediti müəyyən ödədikdən sonra gecikmələr olmuşdur. Buna səbəb isə xəstəlikləri olmuşdur. O, ürək xəstəsidir, infakt keçirmiş və ürəkdən açıq əməliyyat olunmuşdur. Buna görə onun kreditində gecikmələr olmuşdur və problemli kreditə çevrilmişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosiabiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin fərmanın 8.8-ci maddəsinə əsasən ona hesablanmış faizlər və cərimələr silinməli, qalan əsas borc isə 12287 manat 09 qəpik isə bu fərmana əsasən 5 il müddətinə illik 1 faiz olmaqla ödənilməli idi. Bunun üçün bank ona ödəniş cədvəli verməli idi. Bu fərmandan sonra bankın mərkəzi ofisində Natiq adlı şəxs hər ay zəng edərək ayda 50 azn ödəməmi istədi. Məndə 1 il ərzində hər ay 50 azn ödəniş edirdim. O, cədvəl haqqında soruşanda isə deyirdi ki, cədvəl hazır olanda bank özü sizə zəng edəcək. Mən 2019-cu il ərzində bankın Bərdə filialında üç dəfə olmuşam. Birində isə zamin Cavabdeh5lə getmişəm. Mən orada müxtəlif vaxtlarda Adil, Rəşad və Elgün adlı şəxslərlə görüşmüş və telefonla əlaqə saxlamışdır. Onlar dedilər ki, cədvəl hazır olanda zəng edəcəklər. 2019-cu ilin dekabr ayında bankın sədr müavinindən ona məktub gəldi. Məktubda cənab prezidentin fərmanın vaxtının 31.12.2019-cu il tarixində bitəcəyi haqqında məlumat bildirdi. O, yenə bankın Bərdə filialı ilə əlaqə saxladı. Adil adlı şəxs ona dedi ki, ipoteka kreditinə görə heç kimə yeni cədvəl verilməmiş və onlara hələ mərkəzdən göstəriş verilməmişdir. Həmçinin Whatsapp vasitəsilə evin şəkillərinin atmağımı istədilər və bildirdilər ki, göstəriş verilsə cədvəl hazırlayacaqlar. 2020-ci ilin əvvəlində yenə Bankın mərkəzi ofisində Natiq adlı şəxs ona zəng edərək yenə 50 azn ödəməyini istədi. O, cədvəl haqqında soruşduqda dedi ki, “narahat olma, cədvəl hazırlanacaq”. O, bankın nümayəndəsinə (Natiq adlı şəxsə) pulu ödəyəndə kreditinin üstünə faiz gəldiyini bildirdi. O isə bildirdi ki, narahat olma, yeni cədvəl veriləndə onlar silinəcək və ödədiyim pullar isə əsas məbləğdən çıxılacaqdır. 2020-ci ilin aprel ayında yenə zəng edərək yenə 50 azn ödəməyini istədi. O, yenə cədvəl haqqında soruşanda ona karantin rejiminə görə gecikdiyini bildirdilər. O isə cədvəl verilməsə pulu ödəməyəcəyini dedi. Bundan sonra ona dedilər ki, “fərmanın vaxtı bitib və ona heç bir cədvəl verilməyəcəkdir”. Bundan sonra o, Bankın idarə heyətinin sədrinə müxtəlif vaxtlarda 3 məktub, bir elektron müraciət, sədr müavininə müraciət, milli bankın sədrinə məktub, bankın qaynar xəttinə zəng və məktublar şöbəsinə zənglə müraciət etmişdiir. Lakin buna baxmayaraq müraciətlərinə heç bir cavab verilməmişdir. 03.03.2021-ci il tarixində İsa Hacıyevə məktub göndərmişdr. Ondan da cavab ala bilməmişdir. 2019-cu ildə isə Banka dəfələrlə zənglərlə müraciət etmişdir, lakin İddiaçı ASC onun və onun kimi minlərlə müştərilərinin hüquqlarını kobudcasına pozmuş, müraciətlərinə cavab verməmiş və nəticədə Cənab Prezidentin banklar üçün məcburi olan Fərmanının icrasından qərəzli şəkildə yayılmışdır. Həmçinin cavabdeh bank məhkəməyə müraciət edərək əsassız olaraq ondan və digər cavabdehlərdən faiz, cərimə borcu və əldən çıxmış fayda tələb etməkdədir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdehlə bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür. Həmin kredit müqaviləsinin restrukturizasiya olunması üçün cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh kredit müqaviləsinin restrukturizasiya olunması üçün banka yaxınlaşmamışdır. Həmçinin qiymətləndirmə rəyi ilə razı deyil və ipoteka predmetinin ipoteka müqaviləsində göstərilmiş qiymətlə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbinin qismən, yəni əsas borca münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda göstərmişdir ki, onun adına VÖEN olsa da, bankdan kredit almaqda məqsədi evini təmir etmək olmuşdur və aldığı kredit ilə də evini təmir etmişdir. Həmçinin onun krediti cənab Prezidentin fərmanın təsirinə düşmüşdür. Dəfələrlə o, Banka gedərək kreditin fərmana əsasən restrukturizasiya edilməsini tələb etmişdir. Buna dair sübutları da məhkəməyə təqdim etmişdir. Lakin bank onu aldadaraq krediti restrukturazasiya etməmişdir. Hazırda isə bank ondan faizləri də tələb edir. Lakin faktiki olaraq onun borcu əsas məbləğdən qalmaqla 12287.09 manat təşkil edir. Bank ondan ümumiyyətlə faiz borcunu tələb edə bilməz. Cənab Prezidentin fərmanına əsasən faiz və cərimə borcu tam silinmişdir. Hazırda bütün məhkəmələrdə bu tip iddialara baxılarkən iddia tələbi restrukturazasiya məbləğinin həcmində təmin olunur. Bu səbəbdən ilkin iddia tələbinin əsas borca nisbətdə təmin edilməsini xahiş edir. Həmin əsas borc məbləği isə ondan tutulduqdan sonra qarşılıqlı iddia tələbi təmin edilərək əsas borc məbləğinin restrukturazasiya olunmasını xahiş edir. Bundan əlavə qiymətləndirmə xərcini “X1” MMC-nin hesabına ödəmiş və bu halın nəzərə alınmasını xahiş edir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Eyni zamanda Cavabdeh5 28 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, zaminlik müqaviləsi üzrə iddia müddətinin ötdüyünü, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas borcun restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 2014-cü il 07 iyul tarixli 5-G-4-0-2355-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 60 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 16 000 (on altı min) manat məbləği 60 ay müddətinə illik 25 % faizlə, aylıq 469,62 manat, sonuncu ay isə 469,79 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği 16000 manatı borcalan Cavabdeh1 tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan 07.07.2014-cü il tarixli 5-G-4-0-2355-14 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" İKB ASC-i “Borcalan” Cavabdeh1 16000 manat məbləğində krediti istehlak məqsədi ilə, 60 ay müddətinə, illik 25 % faiz dərəcəsi olmaqla kredit verilmişdir. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən “Zamin” və “Borclu” Bank qarşısında birgə cavabdehdirlər. İş materiallarında olan 2014-cü il 07 iyul tarixli 5-G-4-0-2355-14 nömrəli "xxxx" İKB ASC-i ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi 2014-cü il 07 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 13.03.2014cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2014-cü il 07 iyul tarixli 5-G-4-0-2355- 14 nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 12.07.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 15.02.2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 24.02.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 03.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1974-cu ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 03.02.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1961-cı ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 03.02.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh5 xx.xx.1981-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 03.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx.xx.1996-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 03.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 xx.xx.1992-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 05 dekabr 2019-cu il tarixli, 6366 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 ilə bağlanmış 07.07.2014cü il tarixli 5-G-4-0-2355-14 nömrəli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri dairəsinə düşdüyündən sonuncuya kredit müqaviləsi üzrə öhdəliklərin restrukturizasiyası məqsədilə 30.12.2019-cu il tarixinədək Bankın hər hansı filialına yaxınlaşmaq xahiş edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə 28.01.2021-ci il tarixdə 50 manat ödəniş etmişdir. Məhkəmənin 27 may 2021-ci il tarixli, 2(025)-651/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “X1” MMC-nin 22.09.2021-ci il tarixli, 388 nömrəli rəyinə əsasən Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsinin birlikdə bazar dəyəri 57300 manat, likvid dəyəri 48.705 manat müəyyən edilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 16000 (on altı min) manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.1 ha torpaq sahəsini 2014-cü il 07 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə ilkin İddiaçı ASC-i həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə ilkin iddia üzrə Cavabdeh1 bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 06.04.2021-ci il tarixə Cavabdeh1 əsas borcu 12287,09 manat olmuşdur. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borc üzrə 12287,09 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi kredit müqaviləsi üzrə faiz borcunun, cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 05 dekabr 2019-cu il tarixli, 6366 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 ilə bağlanmış 07.07.2014cü il tarixli 5-G-4-0-2355-14 nömrəli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri dairəsinə düşdüyündən sonuncuya kredit müqaviləsi üzrə öhdəliklərin restrukturizasiyası məqsədilə 30.12.2019-cu il tarixinədək Bankın hər hansı filialına yaxınlaşmaq xahiş edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh1 "xxxx" İKB ASC arasında bağlanmış 07.07.2014-cü il tarixli 5-G-4-0-2355-14 nömrəli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh1 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz, əldən çıxmış fayda və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Bu səbəbdən iddia tələbi faiz, əldən çıxmış fayda və cərimə borcuna aid hissədə təmin edilməməlidir. Məhkəmənin 27 may 2021-ci il tarixli, 2(025)-651/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “X1” MMC-nin 22.09.2021-ci il tarixli, 388 nömrəli rəyinə əsasən Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsinin birlikdə bazar dəyəri 57300 manat, likvid dəyəri 48.705 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girovsaxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 4 otaqlı, 131 kv.m ümumi, 69.5 kv.m yaşayış, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.1 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 131 kv.m ümumi sahə, 69.5 kv.m yaşayış sahəsi, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 24905 (iyirmi dörd min doqquz yüz beş) manat və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 23800 (iyirmi üç min səkkiz yüz) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasınada qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi 07.07.2014-cü il tarixli 5-G-4-0-2355-14 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 07 iyul 2019-cu il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqavilələri üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı isə 07 iyul 2020-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 il ərzində (iddia ərizəsi məhkəməyə 13.04.2021-ci ildə daxil olmuşdur) zaminlərə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh5 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbi əsassızdır. Beləliklə, məhkəmə iddianı Cavabdeh5 aid hissədə əsassız hesab edərək, həmin hissədə onun təmin olunmaması qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində "xxxx" İKB ASC arasında 07.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış 12287,09 əsas borcun cavabdeh İddiaçı ASC tərəfindən fərmanın qaydalarına əsasən illik 1 faiz olmaqla 5 illik restrukturizasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanını əsas tutmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən fərmanın qüvvədə olma müddəti 31 dekabr 2019-cu il tarixə qədər olmuşdur. Qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsinə sübut kimi əlavə etdiyi İddiaçı ASC-nə və digər təşkilatlara ünvanlanmış məktublar isə 2020-ci il tarixində göndərilmiş məktublardır. Göründüyü kimi, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində göstərdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı ilkin iddianın qaldırılması ilə əlaqədar ilkin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizasının aparılması üçün Cavabdeh1 tərəfindən “X1” MMC-nin hesabına müvafiq ödənişin edilməsini nəzərə alır. Belə ki, “X1” MMC məhkəməyə göndərdiyi ekspert rəyində qiymətləndirmə ekspertizası ilə bağlı cavabdehdən hər hansı məbləğ tələb etməmiş, Cavabdeh1 isə məhkəmə zamanı izahatında qiymətləndirmə xərcini əvvəlcədən ödədiyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, 04.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12287 manat 09 qəpik əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 131 kv.m ümumi sahə, 69.5 kv.m yaşayış sahəsi, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 24905 (iyirmi dörd min doqquz yüz beş) manat və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 23800 (iyirmi üç min səkkiz yüz) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 131 kv.m ümumi sahə, 69.5 kv.m yaşayış sahəsi və 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas borcun restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 04.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12287 manat 09 qəpik əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 131 kv.m ümumi sahə, 69.5 kv.m yaşayış sahəsi, 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 24905 (iyirmi dörd min doqquz yüz beş) manat və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 23800 (iyirmi üç min səkkiz yüz) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 131 kv.m ümumi sahə, 69.5 kv.m yaşayış sahəsi və 61.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-651/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-651/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver