Məhkəmə qərarları › İş №2(025)-655/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-655/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-655/2021 02.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məsim qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh7 qarşı "borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məsim qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh7 qarşı "borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məsim qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh7 qarşı "borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məsim qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh7 məhkəməyə gəlmədiyinə görə onların işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçının nümyəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın xərci 100 manat təşkil etmişdir. Həmçinin iş üzrə məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, ekspertizanın xərci 110 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində məhkəmə mühasibatlıq ekspertizası xərcinin və 110 manat qiymətləndirmə xərcinin tutulması ədalətli olmaqla yanaşı, müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənafeləri qorunmuş olur. Odur ki, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Həmçinin, 110 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məsim qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh7 qarşı "borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. 110 manat qiymətləndirmə xərci Cavabdeh1 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar