Məhkəmə qərarları › İş №2(025)-69/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-69/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-69/2020 13.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1302.46 ABŞ dolları əsas, 5359.82 ABŞ dolları faiz, 782.45 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 61.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7506.18 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpıaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evin və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı İKB ASC-nin “Qəbələ” filialından illik 21%-lə 36 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2015-ci il 16 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il sentyabr 05-dək Cavabdeh3 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 1302.46 ABŞ dolları əsas, 5359.82 ABŞ dolları faiz, 782.45 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7444.73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx xxxxxxx 2015-ci ildə “xxxxxxxxx” ASC-dən 12500 ABŞ dolları kredit almışdır. Banka olan borcunu hər ay vaxtı-vaxtında ödəmişdir. Sonradan isə maddi imkanı aşağı olduğundan ödənişləri həyata keçirə bilməmişdir. Hal-hazırda bankın tələb etdiyi əsas borcu tamamilə ödəmişdir. Faiz və cərimə borclarında isə güzəşt edilməsini istəyir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli 5-G1-1-0-1429-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC-nin Qəbələ filialı tərəfindən Cavabdeh3 illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh3 12.500 ABŞ dolları məbləği illik 21 %-lə, 36 ay müddətinə aylıq 470.94 ABŞ dolları, sonuncu ay 470.86 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixə 1302 ABŞ dolları 46 sent əsas borc, 5359 ABŞ dolları 82 sent faiz, 782 ABŞ dolları 45 sent cərimə və 61 ABŞ dolları 45 sent əldən çıxmış fayda olmaqla, cəmi 7506 ABŞ dolları 18 sent borcunun olması göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixə 0 ABŞ dolları əsas borc, 5731 ABŞ dolları 85 sent faiz, 876 ABŞ dolları 12 sent cərimə və 94 ABŞ dolları 60 sent əldən çıxmış fayda olmaqla, cəmi 6607 ABŞ dolları 97 sent borcunun olması göstərilmişdir. Həmin maliyyə arayışından görünür ki, Cavabdeh3 5-G1-1-0-1429-15 saylı kredit müqaviləsi üzrə 1302 ABŞ dolları 46 sent məbləğində əsas borcu xx.xx.2020-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh3iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 68.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, A.İsmayılov küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, A.İsmayılov küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, “xxxxxxxxx” ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh3icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan “xxxxxxxxx” ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5359 ABŞ dolları 82 sent faiz, 10 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 61.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 5431 ABŞ dolları 18 sent borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh3 tutularaq “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin likvid qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc “xxxxxxxxx” ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, 1302.46 ABŞ dolları əsas borc Cavabdeh3tərəfindən ödənildiyindən iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməməlidir. Bundan başqa, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 5-G1-1-0-1429-15 nömrəli kredit müqaviləsi üzrə 10 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, xx.xx.2015-ci il tarixli 5-G1-1-0- 1429-15 nömrəli kredit müqaviləsi üzrə 10 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Həmçinin, məhkəmə bu qənaətə gəlir ki, fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5359 ABŞ dolları 82 sent faiz, 10 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 61.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla5431 ABŞ dolları 18 sent borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh3 tutularaq “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin likvid qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc “xxxxxxxxx” ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, A.İsmayılov küçəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 118.5 kv.m ümumi, 69.6 kv.m yaşayış, 48.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar