Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-69/2025 04.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 27 mart 1978-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş X4 18 iyul 1978-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, mərhum oğlu X9 27 mart 1978-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş və 18 iyul 1978-ci il tarixində Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. X4 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X4 18 iyul 1978-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İş üzrə şahid X10 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və Ərizəçi ilə qonşudur. Rəhimovlar ailəsində həqiqətən 1978-ci ilin mart ayında bir nəfər oğlan uşağı dünyaya gəlmiş və doğulandan 3 ay sonra vəfat etdiyi üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində dəfn edilmişdir. İş üzrə şahid X15 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və Ərizəçi ilə yaxın qohumdur. Rəhimovlar ailəsində həqiqətən 1978-ci ilin mart ayında bir nəfər oğlan uşağı dünyaya gəlmiş və doğulandan 3 ay sonra vəfat etdiyi üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində dəfn edilmişdir. İşdə olan V-ЖГ 321179 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X3 törəmiş xx.xx.1978-ci il təvəllüdlü X1 Sevil Nüsrət qızından doğulmuşdur. İşdə olan Qəbələ RİHB Vəndam kən İƏD üzrə İN və Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli Aktda (Ərizəçi, X16, X11, X15 və X10 tərəfindən imzalanmışdır) göstərilmişdir ki, Qəbələ rayon, Vəndam qəsəbə sakini Ərizəçi övladı xx.xx.1978-ci il təvəllüdlü mərhum X2 rayon Vəndam qəsəbəsində Maralyalan adlanan qəbirstanlıqda foto şəkildə göstərilmiş mərhum babası X7 ilə mərhum əmisi X6 qəbrləri arasında dəfn olunmuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-12- 101/24 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X13 və X3 törəmiş xx.xx.1978-ci il təvəllüdlü X4 18 iyul 1978-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X13 və X3 törəmiş xx.xx.1978-ci il təvəllüdlü X4 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 18 iyul 1978-ci il; öldüyü yer: Qəbələ rayonu, Vəndam qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-69/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-69/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver