Məhkəmə qərarları › İş №2(025)-708/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-708/2020

17.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-708/2020 17.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçi Bəhərçinbəyli (Abdullayeva) Səlminaz Fəxrəddin qızının iştirakı ilə, Ərizəçi Bəhərçinbəyli (Abdullayeva) Səlminaz Fəxrəddin qızının Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bəhərçinbəyli (Abdullayeva) Səlminaz Fəxrəddin qızı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, x2 1977-ci ilin noyabr ayının 15-i Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Bəhərçinbəyli (Abdullayeva) Səlminaz Fəxrəddin qızı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1997-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş və həmin qəsəbədə yaşayır. Atası x3 27.04.2012-ci ildə, anası x5 03.07.2016-cı ildə vəfat edib. Nənəsi x6 01.06.1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, 15.11.1977-ci ildə ildə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş və həmin qəsəbənin Dəşmir qəbristanlığında dəfn olunmuşdur. x2 ölümü barədə Qeydiyyat Şöbəsində qeyd aparılmamış, buna görə də onun ölümü barədə şəhadətnamə verilməmişdir. 17 sentyabr 2019-cu ildə Qeydiyyat Şöbəsinin verdiyi məktubda onun ölümü barədə şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilməklə, bu barədə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şahid x7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, x6 onun əmisinin həyat yoldaşı olub və ölümü yadındadır. O,1977-ci ildə vəfat edib, Dəşmir qəbristanlığında dəfn olunub. Şahid x8 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusu olmuşdur. x6 şəkər xəstəsi olmuş və insulinlə yaşamışdır. Abdullayeva Səlminaz 1977-ci ildə isə vəfat etmiş, dəfnində və yasında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-358/13 saylı, 17 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bəhərçinbəyli (Abdullayeva) Səlminaz Fəxrəddin qızının ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “x6”-nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N tərəfindən verilmiş 08 iyul 2016-cı il tarixli AZ-İ 814564 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, x5 03 iyul 2016-cı il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir və bu barədə Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N-də 28 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N tərəfindən verilmiş 23 iyun 2012-ci il tarixli AZ-İ 539947 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, x1 27 aprel 2012ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir və bu barədə Qəbələ rayon Vəndam qəsəbəsi İ.Ə.N-də 34 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, x6 15.11.1977-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, x6 15.11.1977-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.06.1915-ci il təvəllüdlü x2 15.11.1977-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. x2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar