Məhkəmə qərarları › İş №2(025)-721/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-721/2020

29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-721/2020 29.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək, atası X4 xx xxxxxx 1989-cu il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, atası X10 xx xxxxxxx 1929-cu il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur. xx.xx.1958-ci il tarixdə ailə qurmuş və 3 övladı anadan olmuşdur. xx xxxxxx 1989-cu il tarixdə isə ürək xəstəliyindən vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, Bum qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Atasının məzarı hal-hazırda da həmin qəbirstanlıqdadır. Qanunu bilməməzlikdən və səhlənkarlıq etdiklərindən atasının ölümünü vaxtında aidiyyəti orqanlara müraciət edərək qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin atasının ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Atası X5 ölümündən xeyli müddət keçdiyinə görə isə qeydiyyat şöbəsində ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina olunur. Bu barədə ölüm faktının müəyyən edilməsi müraciətinə cavab olaraq Maraqlı şəxs məktubu ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, atası X5 ölüm faktı qohumların və qonşuların iştirakı ilə tərtib olunmuş Akt ilə də təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib göstərdi ki, Torpaq sənədləri anasının adınadır və vərəsəlik üçün atasının ölüm kağızı lazımdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaragözov Səməd Səfər oğlu göstərdi ki, ərizəçi onun qudasıdır. O, Qəbələ rayonu Bum qəsəbəsində yaşayır. Mərhum X10 xx xxxxxx 1989-cu ildə vəfat etmiş və Bum qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və ərizəçi onun qonşusudur. Mərhum 1989-cu ilin avqust ayının 09-da vəfat etmiş və Bum qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçinin əmisidir. Mərhum qardaşı Zabit Quliyev əməliyyat olunmuş və xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 05/Q-127/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş atası X4 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-T №009859 saylı doğum haqqında şəhadətnamədən görünür ki Ərizəçi xx.xx.1965-ci il tarixdə Qəbələ şəhəri, Bum qəsəbəsində anadan olmuş və bu barədə Bum qəsəbə İ.Ə.N tərəfindən doğum haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd aparılmışdır. Anası X7, atası X8r. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Bum qəsəbə X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 235 nömrəli arayışdan görünür ki, Bum qəsəbə sakini X10 xx xxxxxx 1989-cu il tarixdə vəfat etmiş və Bum qəsəbə qəbirtanlığında dəfn edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, X1 rayonunda anadan olmuş, xx.xx.1989-cu il tarixdə vəfat etmiş və Qəbələ rayonu, Bum qəsəbə qəbirstanlığında dəfn edilmişdir. X4 dəfn və yas mərasimi övladları tərəfindən təşkil olunmuşdur. Aktın doğruluğunu X6, X12, Qaragözov Səməd Səfər oğlu və X9 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində doğulmuş, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi atası - X10 xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində ev şəraitində vəfat etmiş və Qəbələ rayonu Bum qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası – X4 xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar