Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-782/2020 10.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahları pozulduğu üçün cavabdehlə aralarında əmlak bölgüsünün aparılması, ərizəyə əlavə edilmiş nəğd pul şəkilində verdiyi 5000 (beş min) manat pulun, 500 manat məbləğində geyim paltarının, iki avtomobildən biri - «Vaz 21099» markalı, **-BC-*** dövlət qeydiyyatlı avtomobilin, DƏDRX-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş cehiz əşyalarının siyahısı aşağıdakı kimidir: qızıllar - 4600 manat dəyərində kompletk dəsti; kolle sep 16,37 qram, sırğa 6,84 qram, üzük 4,02 qram, qolbağ 6,59 qram, nişan üzüyü 7,6 qram 550 manad dəyərində, məişət əşyaları - qonaq yemək və çəngəl, bıçaq dəsti 8-12 nəfərlik, gündəlik yemək və səhər yeməyi çəngəl, bıçaq qaşıq dəsti 8-12 nəfərlik, süfrələr 10 ədəd, salat meyvə kasaları, çörək səbəti, qazan 7 ədəd, tava dəsti 11 ədəd, tefal qazan 5 ədəd, sətəkan dəsti 40 ədəd, bakal dəsti 35 ədəd, əl-üz dəsmalı 19 ədəd, hamam dəsti 12 ədəd, pərdə 3 dəst, xalça 6 ədəd 5x3 ölçüdə, kreslo üstü, tozsoran, paltaryuyan, ət çəkən, mikser, blender, sok (şirə) çəkən, soyuducu, televizor, ütü, ütü masası, yastıq 8 ədəd, yorğan 4 dəst, döşək 4 dəst, yataq örtükləri 6 dəst, odyal 7 dəst, DVD/VCD pleyer, rəngli saat 2 ədəd, TV altlığı, mətbəx dəsmalları 15 ədəd; ceyim əşyaları - toy donları 10 ədəd, kablok 8 ədəd, ayaqqabı 5 ədəd, əl sumkası 8 ədəd, kvac 3 ədəd, ev dəsmalı 5 ədəd, jaket 3 dəst, kurtka 3 ədəd, cins şalvarları 7 ədəd, kofta 9 ədəd. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, Mətləbgildən gedəndə onu döymüşlər. Çox çətinliklə getmişdir və belə vəziyyətdə onun nə qızıl, nə də pul götürmək gücü, imkanı olmamışdır. Buna görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə da qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçının dedikləri hamısı yalandır. Belə ki, Aytac gəlin gələrkən heç bir qızıl-zinət əşyası gətirməmişdir. Çünki, o, atasına məxsus iki otaqlı evdə qalırmış və həmin evdə lazım olan bütün ev əşyaları mövcud olmuşdur. Ona görə də Aytacla evlənən zaman cehizin gətirilməsini istəməmişlər. Aytac yaşadığı evdən gedən zaman o, Qəbələ şəhərinin mərkəzində yerləşən «Relaks» çay evini işlədirmiş və buna görə gecələr evə gec gəlirmiş. Qızıl-zinət əşyalarına gəldikdə isə Aytac ondan xəbərsiz evdən çıxıb valideynlərinin yaşadıqları evə gedən zaman evdə heç kim olmadığından o, yaşadığı evdə tək olmuşdur. Yəni, ona heç kim maneçilik törətməmiş, toy vaxtı ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarını heç kimin maneçiliyi olmadan özü ilə yığışdırıb aparmışdır. Hətta evdə şalvarının cibində olan pulu da Aytac aparmışdır. Bununla bağlı o, Ağdaş rayon polis şöbəsinə müraciət etmişdir. Aytacın evinə pul istəmək üçün gedəndə isə atası tüfənglə qarşısına çıxıraq onu öldürməklə hədələmişdir. Evdə heç kim olmadığı və ona qızılların aparılmasına maneçilik törətmədiyi üçün ona qarşı olan iddialar tam əsassızdır. Ona cehiz alınması üçün də heç bir pul məbləği verilməmişdir. Qız toyundan sonra çıxıb birbaşa öz evinə gəlmişdir. Minik avtomobilini isə nikahdan əvvəl 2016-cı ildə halal zəhməti ilə alaraq idarə etmiş, sonradan ehtiyacı olduğu üçün satmışdır. Həmin minik avtomobillərini etibarnamə əsasında idarə etmişdir. Bunu qeyd etməkdə məqsədi iddiaçının nəzərinə, maşının qeydiyyat şəhadətnaməsinin onun adına olmadığını çatdırmaqdır. Qeyd olunan xüsusatlara görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X4 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun bibisi qızıdır. İddiaçının atası Ramis onun dayısı olduğu üçün bütün işlərində öndə gedəni olmuşdur. Dayısı qız toyunu şadlıq evində keçirib qurtardıqdan sonra axşam evə qayıdıb özünə məxsus Ağdaş rayonu Bəylik kəndində yerləşən evində onun yanında Cavabdeh 5000 (beş min) manat məbləğində pul vermişdir. Həmin vaxt evdə onun özü, dayısı Ramis və İddiaçı olmuşlar. X5 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, Mətləbin anasının əmisi qızıdır və onunla doğma bacı kimidirlər. Sözləri və sirrləri həmişə bir olmuşdur. O, Mətləblə Aytacın toyunda yaxından iştirak etmişdir. Hətta toydan sonrakı gün qadınlar üçün təşkil olunan məclisdə də yaxından iştirak etmişdir. Həm toydan əvvəl, həm toy günü və həm də sonrakı gün Mətləbin evinə getmişdir. Lakin heç birində yeni açılmış cehiz əşyaları görməmişdir. Evdəki bütün əşyalar Mətləbin valideynlərinə məxsus və 10-15 il əvvəl alınmış əşyalar olmuşdur. Aytac gəlin gələndə özü ilə yalnız bir ədəd lampa gətirmişdir. X7 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh qonşusudur. Mətləbgilin ailəsini çox yaxşı tanıyır. Anası ilə də yaxın rəfiqədirlər. Mətləbin toyunda şəxsən iştirak etmişdir. Aytac gəlin olaraq evə gətiriləndə də onların evinə getmişdir. Ancaq evdə heç bir cehiz əşyası görməmişdir. Evdəki bütün əşyalar Mətləbin anası Tənziləyə məxsusdur. İllər əvvəl alınmış əşyalardır. Mətləbin anası ilə yaxın rəfiqə olduğuna görə hətta ondan gəlinin cehiz əşyaları gətirib-gətirmədiyini də soruşmuşdur. Mətləbin anası cavabında ona bildirmişdir ki, gəlinin valideynləri onlardan tələb edirlər ki, nə vaxt oğlunuza ayrı ev alarsınız, onlar da qızına cehiz verəcəklər. Onların da hələ ki, ev almağa maddi imkanları çatmadığına görə gəlin heç bir cehiz əşyası gətirməmişdir. X3 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh anasıdır. Aytac onlara gəlin gələndə heç bir cehiz əşyaları gətirməmişdir. O, toy günü gəlin gələndə bir ədəd lampa və yeddi ədəd şam gətirmişdir. Həmin lampanı da qaytarmağa hazırdır. Toyda gəlinə hədiyyə olaraq qızıl dəsti almışdır. Bu qızıl dəstinə boyunbağı, qolbağı, bir cüt sırğa və iki ədəd üzük daxil olmuşdur. Aytac atası evinə gedəndə ona hədiyyə olunmuş qızıl və zinət əşyalarını, eləcə də geyim əşyalarını (paltarlarını) özü ilə aparmışdır. Aytac yaşadığı evdən gedəndə o, gecə vaxtı çörək bişirdiyi yerdə növbədə olmuşdur. Bundan bir neçə gün əvvəl isə Aytacın evdə selofan paketlər hazırladığını görüb bunlardan nəyə istifadə edəcəyini soruşduqda, sonuncu ona paltarlarını yığacağını demişdir. Aytac gecə saat 4-də heç kimin xəbəri olmadan evdən qaçıb getmişdir. Bunu eşidəndə bilmişdir ki, Aytacın yaşadığı evdən getməsi barədə əvvəlcədən firkri olmuş və buna görə də hazırlıq görmüşdür. O, evdən gedəndə evdə tək olmuşdur. Buna görə də ona qızıl zinət əşyalarını, paltarlarını aparmaqda heç kim maneçilik törətməmişdir. Onu da qeyd edir ki, Aytacı toydan sonra Qəbələ-2 M.Abduyev küçəsində yerləşən mənzilə gətirmişlər. Toydan sonrakı gün isə qadınlar üçün məclis təşkil emək üçün Qəbələ rayonu Şamlı kəndində yerləşən və qaynatasına məxsus olan iki otaqlı evə aparmışdır. X9 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh dayısıdır. Toydan əvvəl, toy vaxtı və sonra da dəfələrlə Mətləbgilin evinə getmişdir. Ancaq orada heç bir cehiz əşyasını görməmişdir. Evdəki bütün əşyalar əvvəldən evdə olan əşyalar olmuşdur. Taksi fəaliyyəti ilə məşguldur və dəfələrlə Mətləbin qaynatası Ramisi onların evinə qonaq aparmışdır. Yusubova Sevda Rövşən qızı məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh bacısıdır. Anasıgillə qonşuluqda yaşayır. Aytac onlara gəlin gələn zaman heç bir cehiz əşyası gətirməmişdir. Aytac gecə evdən qaçan gün Mətləb ilk olaraq ona xəbər vermişdir. Xəbəri eşidib həmin evə gələndə Mətləbi evdə tək görmüşdür. Mətləblə evə baxanda görmüşdür ki, Aytac evdəki bütün pal-paltarını, qızıl zinət aşyalarını da aparıb getmişdir. Hətta Mətləb ona Aytacın onun şalvarının cibindəki pulu da götürüb qaçdığını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin, cavabdehin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-771/2020 saylı qətnaməsinin surətindən görünür ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1704/2019 sayoı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli, 564 saylı nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixdə verdiyi AZ-İ 350781 nömrəli «Nikahın pozulması haqqında şəhadət»namənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 85 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına «Soltanzadə» soyadı verilmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixdə verdiyi AZ-İV 274079 nömrəli «Doğum haqqında şəadətnamə»nin surətindən görünür ki, Cavabdeh İddiaçı Ramiz qızı ilə olan nikahdan xx.xx.2019-cu il tarixdə «Ayan» adlı uşaq doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixdə İddiaçı ünvanladığı **********30 nömrəli məktubda Cavabdeh adına hər hansı daşınmaz əmlakın olub-olmamasına dair mürəciətinə baxıldığı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüldüdüyünə) dair dövlət reyestrindən arayışın yazılı və ya elektron flomada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında, həmçinin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 4 saylı Qərarının tələblərinə uyğun olaraq arayışların verilməsi ilə bağlı xidmət haqlarının ödənilməsi barədə sənədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət edildiyi təqdirdə verildiyi göstərilmişdir. İşdə olan Qəbələ rayon Polis Şöbəsinin İddiaçı xx.xx.2020-ci il tarixdə ünvanladığı 11/144- 634s-1220 nömrəli məktubunda onun Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə etdiyi müraciətə cavab olaraq ünvan 2 ünvanda yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamələr mövcud olduğu qeyd edilmişdir. İşdə olan Ağdaş rayon Polis ŞöbəsininTQ-nun təhqiqatçısı, polis kapitanı X6 xx xxxxxxx 2018-ci il tarixdə qəbul etdiyi «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar»ının surətindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə ünvan 3 mənzil 71 ünvanda yaşayan Cavabdeh DİN-nin «102» xidmətinə və Ağdaş rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2018ci il tarixdə Ağdaş rayonu Bəylik kəndində qaynatası Ramisin əlində tüfənglə onu öldürməklə hədələməsi barədə məlumat daxil olmuş və müraciət əsasında toplanmış HK-1/967 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qəbələ rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis leytenentı X1 xx xxxxxx 2018-ci il tarixdə qəbul etdiyi «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»ının surətindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə Ağdaş rayonu Bəylik kənd sakini Nümayəndə DİN-nin «102» xidməti zəng mərkəzi sisteminə zəng vuraraq Qəbələ 2 ünvanda yaşayan qızı Aytacın əri Mətləb tərəfindən döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. Müraciət əsasında toplanmış HK-1/1079 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydə alınmışdır. Həmin nikahdan onların xx.xx.2019-cu il tarixdə «Ayan» adlı uşaq doğulmuşdur. Lakin aralarında yaranmış qeyri-normal ailə münasibətlərinə görə İddiaçı Cavabdeh qarşı Ağdaş Rayon Məhkəməsində nikahın pozulması tələbi ilə iddia qaldırmışdır. Tərəflər arasında qeyri-normal ailə münasibətlərinin olması iş materiallarına əlavə olunmuş, Ağdaş rayon Polis Şöbəsinin TQ-nun xx xxxxxxx 2018-ci il tarixli və Qəbələ rayon Polis Şöbəsinin TQ-nun xx xxxxxx 2018-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»ları ilə də təsdiq olunur. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1704/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli, 564 saylı nikah qeydinin pozulması qət edilmişdir. İddiaçı Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciəti əsasında ona Cavabdeh ilə İddiaçı arasındakı nikahın ləğv edilməsinə dair xx xxxx 2020-ci il tarixdə, AZ-İ 350781 nömrəli «Nikahın pozulması haqqında şəhadət»namə verilmiş və barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 85 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına «Soltanzadə» soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti hesab olunur. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. 38.1-ci maddəsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 38.4-cü maddəsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, birbirinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq vəvəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvad əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi İddiaçı qızıl zinyət əşyalarının və digər cehiz əşyalarını tələb etməsi üçün ilk öncə həmin əşyaların mülkiyyətçisi olmalıdır. Toy mərasimi zamanı verilmiş qızıl zinyət və digər əşyalarla bağlı (geyim əşyaları - paltarları) ona həmin əşyalar hədiyyə verildiyinə görə mülkiyyət hüqüqunu əldə etmişdir. Bu xüsusat iddiaçı və cavabdeh tərəfindən mübahisə edilmir. Ancaq əşyaların qanunsuz sahiblikdə olması mübahisəlidir. Belə ki, iddiaçı həmin əmlakın (qızıl zinət əşyalarının və 500 manat dəyərində, geyim əşyalarının paltarlarının) cavabdehdə olmasını, cavabdeh isə əmlakın iddiaçı tərəfindən aparıldığını və iddiaçının özündə olmasını mübahisləndirir. Qanunun şərh olunan müddəalarına görə bu xüsusat iddiaçı tərəfindən sübut edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı qeyd olunan əşyaları özü ilə aparmasına maneçilik törədə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bir sözlə həmin əşyaların cavabdeh tərəfindən aparmağa qoymadığını, eləcə də özünə məxsus geyim əşyalarının aparıdlmadığını bildirsədə də bunu sübut edə, həmin əşyaların cavabdehdə qala bilməsinin səbəblərini və əsaslarını izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusatların olması qızıl-zinət və geyim əşyalarının başqasının qanunsuz sahibliyində olmasını istisna edir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı və onun nümayəndəsi (atası) Nümayəndə qız toyundan sonra Cavabdeh cehizlərin alınması üçün 5000 manat məbləğində pul verildiyini iddia etsələr də həmin pulun cavabdehə verilməsinə dair heç bir sübutu və nə də ki, iddia ərizəsinə əlvavə etdiyi siyahıda göstərilmiş cehiz əşyalarının mövcudluğu barədə hər hansı bir mötəbər sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iddiaçının və onun nümayəndəsinin məhkəmə araşdırılması zamanı verdikləri izahatlarına tənqidi (iddianı müdafiə xarakterində olması baxımından) yanaşır.Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının həmin evə iddia ərizəsində göstərdiyi cehiz əşyalarını aparmadığı, evdə olan mişət əşyalarının cavabdehin valideynlərinə məxsus olduğu şahid ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisələndirilən, iddiaçının və onun nümayəndəsinin cavabdehə cehiz əşyaları almaq məqsədi ilə verdiklərini iddia edən 5000 (beş min) manat məbləğində pul tələbi ilə iddiaya əlavə olunmuş siyahıda göstərilən cehiz əşyaları tələbi arasında səbəbli əlaqədə mövcuddur (pulun verilməsi məqsədinə dair iddiaçının göstərdiyi xüsusatlar üzrə). Lakin iddiaçılar həmin pulun cavabdehdə olmasını sübut edə bilməmişlər. Buna görə də iddianın 5000 manat məbləğində pul tələbinə dair hissəsi təmin olunmadığı halda, cehiz əmlakı tələbi də təmin edilməməlidir. Çünki, işin qeyd olunan halları konteksində göstərilən məbləğdə pulun cavabdehə verilməsi və eləcə də cehiz əmlakın mövcudluğu sübut olunmur, əksinə şahid ifadələri ilə təkzib edilir. Məlum olan haldır ki, müasir dövrdə keçirilən müsəlman toy adətlərinə görə keçirilən demək olar bütün toy mərasimlərində, şənliyin keçirildiyi məkanlarda və eləcə də bəyin, gəlinin valideynləri evində həmin günün xatirəsi olaraq yaxın qohumların iştirakı ilə videogörüntülər, fotoşəkillər çəkilir. İddiaçı qızıl-zinət əşyalarını aparmadığını, cavabdehdə qaldığını göstərərək həmin əmlakların cavabdehdən alınması barədə tələb irəli sürsə də həmin əşyaların, eləcə də iddia ərizəsindəki siyahıda qeyd olunan cehiz əşyaların onun mülkiyyətində olmasına, (toy mərasimində çəkilmiş fotoşəkillər, videogörüntülər və s.kimi), ümumiliekdə belə əşyaların mövcudluğuna və cavabdlehdə qalmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə həmin tələbə qarşı etirazını əsasladıraraq qeyd etmişdir ki, iddiaçı evdə sərbəst olduğundan heç bir maneə olmadan könüllü olaraq evdən getmiş və bu zaman qızıl-zinət və digər əşyalarını, eləcə də geyim əşyalarını - paltarları da özü ilə aparmışdır. İş üzrə şahidlər X2 və Yusubova Sevda Rövşən qızı da işin göstərilən halını məhkəmə araşdırılması zamanı verdikləri ifadələrində təsdiq etmişlər. Bütün bunlar qızıl-zinət və digər geyim əşyaların (paltarların) iddiaçının evdən gedən zaman özü ilə aparmadığına dair fikrini şübhə altına alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qızıl zinət əşyaları, paltarlar (geyim əşyaları) və cehiz əmlakı hissəsində əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı «Vaz 21099» markalı, ** BC *** dövlət qeydiyyatlı avtomobilin, DƏDR-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək cavabdehdən alınıb ona verilməsini tələb etsə də, sübutetmə vəzifəsi onun üzərinə düşdüyü halda iddia tələbinin əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi və Qəbələ rayon Polis şəbəsinin xx.xx.2020-ci il tarixdə ona ünvanladığı 11/144-634s-1220 nömrəli məktubunda isə ünvan 2 ünvanda yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamələr mövcud olduğu göstərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1704/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Yəni, Cavabdeh həmin minik avtomobillərini tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra etibarnamə ilə idarə etmidir. Həmin avtomobillərin (əmlakların) cavabdehin adına olması və mülkiyyəti olması sübut olunmur. Bir sözlə, iddiaçı minik avtomobilinin cavabdehin mülkiyyətində olmasını sübut edən qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-782/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-782/2020
10.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver