Məhkəmə qərarları › İş №2(025)-8/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-8/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-8/2022 27.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8863.32 ABŞ dolları əsas, 8424.08 ABŞ dolları faiz, 1462.31 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 14.02.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1021.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19770.96 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana ) yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri – yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 yanvar 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12290,57 ABŞ dolları əsas, 4943 ABŞ dolları faiz, 1462.31 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 14.02.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1854,66 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 14300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas , 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) 2015-ci il 19 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 08-dək Cavabdeh 2015-ci il 19 iyun tarixli kredit müqaviləsi üzrə banka 8863.32 ABŞ dolları əsas, 8424.08 ABŞ dolları faiz, 1462.31 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1021.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, borcu olmaqla ümumilikdə cəmi 19770.96 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Həmçinin kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 08 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8863.32 ABŞ dolları əsas, 8424.08 ABŞ dolları faiz, 1462.31 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 14.02.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1021.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19770.96 ABŞ dolları borcu vardır. 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin artırılması barədə ərizə nəzərə alınmaqla borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2015-ci il 19 iyun tarixli 5-G1-3-0-777-15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 14 300 (on dörd min üç yüz) ABŞ dolları məbləği 36 ay müddətinə illik 25 % faizlə, aylıq 568,57 ABŞ dolları, sonuncu ay isə 568,33 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği 14300 ABŞ dolları borcalan Cavabdeh tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan 2015-ci il 19 iyun tarixli 5-G1-3-0-777-15 nömrəli "xxxx" İKB ASC-i ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) 2015-ci il 19 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində 12.11.2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) Nikoyl İKB-nin xeyirinə 2015-ci il 19 iyun tarixli 5-G1-3-0-777-15 nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində 25.06.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 20.07.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 20.07.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29.07.2020-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(025)-111/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 19.06.2018-ci il tarixə 12290,57 ABŞ dolları əsas, 4943 ABŞ dolları faiz borcu, 06.07.2020-ci il tarixinə (müqavilə müddəti bitən tarixdən illik 5 faiz dərəcəsi ilə əlavə faiz hesablanmaq) ümumilikdə 5848,61 ABŞ dolları faiz borcu vardır. Məhkəmənin 24 iyun 2021-ci il tarixli, 2(025)-111/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “X2” MMC-nin 16 iyul 2021-ci il tarixli, 021-11 nömrəli rəyinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) likvid dəyəri 237.600 manat müəyyən edilmişdir. Məhkəmənin 05 avqust 2021-ci il tarixli, 2(025)-111/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında təkar məhkəmə-mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 19.06.2018-ci il tarixə 12290,57 ABŞ dolları əsas, 4943,0 ABŞ dolları faiz borcu, 5848,61 ABŞ dolları (müqavilə müddəti bitən tarixdən illik 5 faiz dərəcəsi ilə əlavə faiz) faiz borcu vardır. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin “Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair” 12.01.2022-ci il tarixli, 01/0097 nömrəli rəyinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) bazar dəyəri 190000,00 (bir yüz doxsan min) manat, likvid dəyəri 180500 (bir yüz səksən min beş yüz) manat təşkil edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 14300 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (yeməkxana) 2015-ci il 19 iyun tarixli 5-G1-3-0-777-15 nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən 8863,32 ABŞ dolları tələb etsə də, 12 yanvar 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12290,57 ABŞ dolları əsas borcunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 12290,57 ABŞ dolları əsas borcun tutulmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 19.06.2018-ci il tarixə 12290,57 ABŞ dolları əsas borcu vardır. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 8424,08 ABŞ dolları faiz borcu tələb etsə də, 12 yanvar 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4943 ABŞ dolları əsas borcunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 4943 ABŞ dolları faiz borcun tutulmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 19.06.2018-ci il tarixə 4943 ABŞ dolları faiz borcu vardır. Həmçinin məhkəmə onuda qeyd edir ki, məhkəmənin müvafiq qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, 19.06.2018-ci il tarixdən 06.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda borcunun 5848,61 ABŞ dolları olduğu müəyyən edilmişdir. Eyni zamanda 12 yanvar 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərsə də, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 19.06.2018-ci il tarixdən 14.02.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1854,66 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun tutulmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 19.06.2018-ci il tarixdən 14.02.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1854,66 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bankuçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli iddiaçı tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyi ilə də 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli rəy təsdiq edilmiş və iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək rəy ilə razılaşmışlar. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəylərini əsas götürmüşdür. Məhkəmə hesab edir ki, sözü gedən ekspert rəylərinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyləri) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021-ci il tarixli, 9/6248 nömrəli rəyləri) sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1054 nömrəli və 21 dekabr 2021ci il tarixli, 9/6248 nömrəli rəyləri) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1462,31 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1229 (bir min iki yüz iyirmi doqquz) ABŞ dollarına endirilməlidir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli, 2(025)-111/2021 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “X2” MMC-nin 16 iyul 2021-ci il tarixli, 021-11 nömrəli rəyinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) likvid dəyəri 237.600 manat müəyyən edilmişdir. Lakin iddiaçının nümayəndəsi “X2” MMC-nin 16 iyul 2021-ci il tarixli, 021-11 nömrəli rəyi ilə razılaşmamışdır. Məhkəmənin 05 avqust 2021-ci il tarixli, 2(025)-111/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında təkar məhkəmə-mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin “Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair” 12.01.2022-ci il tarixli, 01/0097 nömrəli rəyinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) bazar dəyəri 190000,00 (bir yüz doxsan min) manat, likvid dəyəri 180500 (bir yüz səksən min beş yüz) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Cavabdeh mülkiyyətindəki tutmanın Cavabdeh məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC -nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana ) yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri – yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 180 500 (bir yüz səksən min beş yüz) manat müəyyən edilməlidir. Qeyri-yaşayış binası (yeməkxana) satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Qeyri-yaşayış binası (yeməkxana) hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh oranı tərk etməlidir. Cavabdehin qeyd edilən Qeyri-yaşayış binasına (yeməkxana) istifadə hüququnun itirilməsi və onun Qeyri-yaşayış binasından (yeməkxana ) çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, “X2” MMC-nin 16 iyul 2021-ci il tarixli, 021-11 nömrəli rəyi aşağıda göstərilən səbəblərdən rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 19.06.2015-ci il tarixli ipoteka müqaviləsindən göründüyü kimi ipoteka ilə yüklü edilmiş əmlak 125000 manat qiymətləndirilmiş və həmin müqaviləyə ipoteka qoyan imza etməklə öz iradə ifadəsini ortaya qoymuşdur. Göründüyü kimi ipoteka müqaviləsi bağlanan zaman tərəflərin qarşılıqlı sürətdə razılaşdıqları qiymətlə hazırda ekspert tərəfindən verilmiş rəydəki qiymət arasında kəskin fərq var. Bu səbəbdən sözügedən rəylə ekspert qarşısına qoyulmuş suallara düzgün cavab verilmədiyindən rədd edilməlidir Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 250 (iki yüz əlli) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddiaçı ASC tərəfindən qiymətləndirmə rəyi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına ödənilmiş 300 (üç yüz) manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12290,57 ABŞ dolları əsas, 4943 ABŞ dolları faiz borcu, 1229 ABŞ dolları cərimə olmaqla 19.06.2018-ci il tarixdən 12.01.2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1854,66 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20.317,23 (iyirmi min üç yüz on yeddi dollar iyirmi üç sent) ABŞ dolları məbləğində kredit borcu tutulmalı, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına (yeməkxana ) yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana ) açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 180 500 (bir yüz səksən min beş yüz) manat müəyyən edilsin. Qeyri-yaşayış binası (yeməkxana ) satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçi Cavabdeh qaytarılmalı, Qeyriyaşayış binası (yeməkxana ) hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (yeməkxana) tərk etməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12290,57 ABŞ dolları əsas, 4943 ABŞ dolları faiz borcu, 1229 ABŞ dolları cərimə olmaqla 19.06.2018-ci il tarixdən 12.01.2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1854,66 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20.317,23 (iyirmi min üç yüz on yeddi dollar iyirmi üç sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana ) yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana ) açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 180 500 (bir yüz səksən min beş yüz) manat müəyyən edilsin. Qeyri-yaşayış binası (yeməkxana ) satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçi Cavabdeh qaytarılsın. Qeyri-yaşayış binası (yeməkxana ) hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 4 girişli, 2 mərtəbəli, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (yeməkxana) tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 250 (iki yüz əlli) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddiaçı ASC tərəfindən qiymətləndirmə rəyi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına ödənilmiş 300 (üç yüz) manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar