Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-84/2021 09.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 02 iyul 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 6959.77 AZN əsas, 6205.6 AZN faiz, 1894.42 AZN cərimə və kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115.3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16175.09 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 qızma məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində • erləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , X1 və Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m şaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 02 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin "Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzili 2014-cü il 02 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 02 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Cavabdeh1 2014-cü il 02 iyul tarixli kredit müqaviləsi üzrə banka 6959.77 manat əsas, 6205.6 manat faiz, 1894.42 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5059.79 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, 2014-cü il 02 iyul tarixli kredit müqaviləsi üzrə ödənişləri gecikdirməsinə səbəb maddi imkanın aşağı olmasıdır. Kredit müqaviləsi üzrə qalıq borc reallığa uyğun deyil, olduğundan artıq hesablanmışdır. Həmçinin ipoteka müqaviləsi bağlanarkən Bank tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 25000 manat məbləğində qiymətləndirilmişdir. Lakin 25000 manat həmin evin real dəyərini əks etdirmir. Evin dəyəri bank tərindən az hesablanmışdır. Ekspertiza tərəfindən müəyyən edilmiş bazar qiyməti - 77 000 manat isə evin real dəyərinə uyğun gəlir. Əlavə olaraq qeyd etmişdir ki, bank tərəfindən hesablanmış faizlər və cərimə borcu düzgün hüsablanmamış, yüksək dərəcədə göstərilmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızına və Cavabdeh2 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 02.07.2014-ci il tarixli 5-G-2-0-2313-14 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik 25 faiz hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.07.2014-ci il tarixli 5-G-2-0-2313-14 nömrəli əsas kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10000 manat məbləği illik 25 %-lə, 36 ay müddətinə aylıq 397.60 manat, sonuncu ay isə 397.53 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 24.09.2020ci il tarixə 6959.77 manat əsas borc, 6205.6 manat faiz, 1894.42 manat cərimə və 1115.3 manat əldən çıxmış fayda olmaqla borcunun olması göstərilmişdir. Məhkəmənin 17.06.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. "xxxx" X3 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 02 iyul 2014-cü il tarixdə bağlanmış 5-G-2-0-2313-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu düzgün hesablanmışdırmı?
2. "xxxx" X3 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 02 iyul 2014-cü il tarixdə bağlanmış 5-G-2-0-2313-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021ci il tarixli, 9/4718 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 02 iyul 2014-cü il tarixdə bağlanmış 5-G-2-0-2313-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 02.07.2017-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 6982.20 manat, faiz borcu üzrə - 3087.44 manat - 24.09.2020-ci il tarixə (maliyə arayışı tarixi) əsas borc üzrə - 6982.20 manat, faiz borcu üzrə - 4114.29 manat Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Qeyd edilir ki, 02 iyul 2014-cü il tarixdə bağlanmış 5-G-2-0-2313-14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 02.07.2014-cü il tarixli 5-G-2-0-2313-14 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət mənzili banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin mənzil 25 000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin 18.03.2021-ci il tarixli qərardadına əsasən cavabdehin vəsatəti ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti nə qədərdir? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.02.2021-ci il tarixli, 10/566 saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 60 000 manat, likvid qiyməti 50 000 manat dəyərində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Bundan başqa, 17.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.02.2021-ci il tarixli, 10/566 saylı ekspertiza rəyi ilə razı olmadığını bildirmiş və iş üzrə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi və qiymətləndirilmənin başqa təəşkilata həvalə olunması barədə vəsatət təqdim etmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə yanaşı, həmçinin iddiaçının nümayəndəsinin vəsatəti əsasında təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, əmlakın qiymətləndirilməsi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilərək ekspert qarşısında əmlakın qiymətləndirilməsi ilə bağlı aşağıdakı sual qoyulmuşdur: - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti nə qədərdir? “X2” MMC-nin 16.07.2021-ci il tarixli 021-10 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1nun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət mənzilin bazar və likvid dəyəri 77 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10.09.2008-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət mənzilin üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyedtr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.07.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyedtr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 12.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 6959.77 AZN olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli, 9/4718 saylı rəyindən görünür ki, 24.09.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 6982.20 AZN olduğu müəyyən edilmişdir. Lakin İddiaçı ASC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 6959.77 AZN borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli, 9/4718 saylı rəyindən görünür ki, 24.09.2020-ci il tarixə Cavabdeh1 faiz borcunun 4114.29 AZN olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki cavabdehdən iddiaçı bankın xeyrinə tələb olunan fazi borcunun məbləğinin azaldılmasını, faiz borcu üzrə 4114.29 AZN borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə 02.07.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 1115.3 AZN borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6959 manat 77 qəpik əsas borc, 4114 manat 29 qəpik faiz, 700 manat cərimə borcu, kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12889 manat 36 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməli, Həmin mənzil açıq hərracdan satılmalı, Mənzilin ilkin satış qiyməti 77000 (yetmiş yeddi min) manat müəyyən edilməli, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 həmin mənzildən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 700 AZN məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 700 AZN məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6959 manat 77 qəpik əsas borc, 4114 manat 29 qəpik faiz, 700 manat cərimə borcu, kredit müqaviləsi üzrə 02.07.2017-ci il tarixdən 24.09.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1115 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12889 manat 36 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 77000 (yetmiş yeddi min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 həmin mənzildən çıxarılsın. 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Abdullayeva (Nəbiyeva) Əfsanə Famil qızı və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev