Məhkəmə qərarları › İş №2(025)-86/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-86/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-86/2025 30.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 29 aprel 1973-cü ildə Qəbələ rayonunda anadan olmuş X6 12 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X10 29 aprel 1973-cü ildə Qəbələ rayonunda anadan olmuş və 12 noyabr 2024-cü il tarixində Bakı şəhərində ürək tutmasından vəfat etmişdir. X6 ölüm akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X6 12 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İ-ЖГ 431803 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən X7 törəmiş xx.xx.1973-cü il təvəllüdlü X1 Elmira Gülməmməd qızından doğulmuşdur. İşdə olan AZ-İ № 107758 “nikah haqqında” şəhadətnaməyə əsasən X10 ilə X11 nikahı xx.xx.2004-cü il tarixdə 83 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İşdə olan AZ-İ 854687 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən Ərizəçi doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 Nurlan Məmmədiyə oğlundan törəmişdir. İşdə olan AZ-İİ 783033 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən Ərizəçi doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 Nurlan Məmmədiyə oğlundan törəmişdir. İşdə olan Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətinə əsasən 12 noyabr 2024-cü il tarixdə, saat 21-00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 104-də yerləşən “Qəbələ Xanlar” restoranının VİP kabinetində xx.xx.1973-cü il təvəllüdlü X6 meyiti aşkar edilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/10-292 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X6 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X12 və X7 törəmiş xx.xx.1973-cü il təvəllüdlü X6 12 noyabr 2024cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun X9 və X7 törəmiş xx.xx.1973-cü il təvəllüdlü X6 ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən ölüm tarixi: 12 noyabr 2024-cü il; öldüyü yer: Bakı şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar