Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-870/2020 05.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı «cehiz əmlaklarının alınıb verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «cehiz əmlaklarının alınıb verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat dəyərində 1 ədəd şifonerin, 600 manat dəyərində taxt və 2 ədəd tumbuçkanın, 250 manat dəyərində 1 ədəd bədənnüma güzgünün, 750 manat dəyərində 1 ədəd servant qorkanın, 600 manat dəyərində 1 ədəd divan-kreslonun, 500 manat dəyərində 6 ədəd stul ilə birlikdə 1 ədəd stolun, 50 manat dəyərində 1 ədəd çil-çırağın (lüstrün), 700 manat dəyərində 1 ədəd “silvizer” soyuducunun, 600 manat dəyərində 1 ədəd LD plazma televizorunun, 200 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 400 manat dəyərində 1 dəst komplekt sırğa-üzüyün, 500 manat dəyərində qızıl zəncir və qolbaq dəstinin, 300 manat dəyərində 1 ədəd nişan üzüyünün, 200 manat dəyərində 1 cüt sırğanın, 250 manat dəyərində qolbağın, 200 manat dəyərində 1 ədəd qızıl üzüyün və ya dəyəri olan 6900 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası iddiaçı və cavabdehin iştirakı ilə keçirilərək, məhkəmə baxış iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmış, həmin məhkəmə iclası cavabdehin iştirakı ilə keçirilərək iddiaçının iştirakını təmin etmək məqsədilə xx xxxxxxx 2020-ci il tarixə, saat 14:00-a təyin edilmiş, lakin buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilmiş və göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı «cehiz əmlaklarının alınıb verilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-870/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-870/2020
05.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver