Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-888/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qızı X1 xx xxxxxx 2003-cü ildə Qəbələ şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, 1952-ci ildə Qutqaşen (indiki Qəbələ) raynunun Laza kəndində anadan olmuş və ali təhsilli həkimdir. Həkim olduğuna görə işi ilə əlaqədar olaraq ailə üzvləri ilə Bakı şəhərində qeydiyyata düşmüşdür. Lakin, Qəbələ şəhərində evi vardır və Bakıda işlədiyi müddətdə hər yay Qəbələdə ailə üzvləri ilə birlikdə Qəbələdə olmuşlar. xx xxx 1986-cı il tarixdə anadan olmuş qızı X5 ağır xəstəliyə (xərçəng xəstəliyinə) tutulmuş və müalicəsi mümkün olmamışdır. O, xx xxxxxx 2003-cü il tarixdə Qəbələ şəhərində vəfat etmiş və onu Qəbələ şəhər qəbiristanlığında dəfn etmişlər. Dəfn mərəasimi şəriət qanunlarına uyğun olaraq Qəbələ şəhərində bütün qohum əqrəbanın, qonşuların və onları tanıyanların iştirakı ilə həyata keçirilmişdir. Ölümlə əlaqədar heç bir yerə məlumat verilməmiş və səbəbdən ölüm faktı qeydə alınmamışdır. Yuxarıda qeyd etdiyi kimi işi ilə əlaqədar olaraq ünvan 2 6 saylı mənzildə bütün ailə üzvləri ilə birlikdə mərhum qızı X5 daxil olmaqla qeydiyyata alınmışlar. Bakı şəhərində qeydiyyata alındıqları ev sökülməli olan yaşayış evlərinin siyahısına daxil edildiyindən həmin evlər bu yaxınlarda söküləcəkdir. Ona görə də orada qeydiyyatda olan ailə üzvlərinin şəxsiyyətlərini muəyyən edən və digər sənədlər tələb olunur. Mərhum qızı Bəhərçinova Aysel vəfat etdiyindən və ölüm aktı olmadığından ona aid sənəd təqdim edə bilmir. Ona görə də ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli, 05/9-195/13 saylı məktubu ilə ona cavab verilmişdir ki, mərhum X1 ölümü haqqında heç bir akt qeydi aşkar edilməmişdir. Həmin məktubda ona tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, ərizəçi onun qaradaşıdır. Mərhum qardaşı qızı X5 xx.xx.1986-ci il tarixdə doğulmuş və xərçəng xəstəliyindən xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Qəbələ şəhərində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, o, Qəbələ şəhərində yaşayır və ərizəçinin dayısı oğludur. Ərizəçi mərhum qızı Aysel Bəhərçinova xx.xx.2003-cü il tarixdə vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımov Hörmət Levan oğlu göstərdi ki, ərizəçinin bacısıoğludur. Ərizəçi mərhum qızı xx.xx.2003-cü il tarixdə vəfat etmiş, Qəbələ şəhərində dəfn edilmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 05/Q-195/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş qızı X1 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı-Nizami RPİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZE seriyalı, 00955102 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1986-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər X4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 658 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X5 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Qəbələ şəhərində dəfn edilmişdir. İşdə olan X3 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə doğulmuş və xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı-Nizami RPİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZE seriyalı, 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Qəbələ rayonu, Laza kəndində doğulmuş, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X5xx.xx.2003-cü il tarixdə Qəbələ şəhərində vəfat etmiş və Qəbələ şəhərində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızı – X1 xx.xx.2003-cü il tarixdə Qəbələ şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-888/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-888/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver