Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-947/2020 22.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əmlaklarının alınıb verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əmlaklarının alınıb verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona toyu günü valideynləri tərəfindən hədiyyə şəklində alınmış, adlarını iddia ərizəsində qeyd elədiyi, ümumilikdə cəmi 144 adda, ümumi dəyəri 9919 (doqquz min doqquz yüz on doqquz) manat təşkil edən cehiz əşyalarının naturada, yaxud da nəğd pul şəklində və “Kapital Bank”a ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə Qəbələ rayonu Tikanlı kənd X7 qediyyat şöbəsində 24 nömrəli akt qeydi, № AZ-İ 997952 saylı şəhadətnamə əsasında nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olmuşlar. Qəbələ Rayon Məhkəməsinin 2(025)-489/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddiaçı olaraq nikahın pozulması və uşaqların anasının yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Qətnamə ilə onla Cavabdeh1 arasında Qəbələ rayon Tikanlı kənd İƏ dairəsi tərəfindən 2014-cü il oktyabr ayının 15-də qeydə aldığı 24 nömrəli nikahın pozulması, xx xxxx 2015-ci il təvəllüdlü X8 və xx xxx 2018-ci il təvəllüdlü X5 yanında qalması qət edilmişdir. O, toyu günü valideynləri tərəfindən hədiyyə şəklində alınmış və ona məxsus olan cehiz əşyalarını Cavabdeh2 məxsus, evlilik müddətlərində birgə yaşadıqları Qəbələ rayonu Tikanlı kəndində yerləşən evə aparmışdır. Hazırda cehiz əşyaları həmin evdədir. xx xxxxx 2020-ci il tarixində keçmiş qaynanası X2 onu və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X6 vuraraq onlara bədən xəsarəti yetirdiyi üçün 2 azyaşlı övladları ilə birlikdə Qəbələ rayonu Uludaş kəndində valideynlərinin yanına getmişdir. O, dəfələrlə cavabdehlərə cehiz əşyalarını götürüb atası evinə aparmaq istədiyni bildirəndə onlar ona qarşı kobud rəftar etməklə yanaşı cehiz əşyalarını qaytarmamışlar. Onu məcbur edərək və hədə-qorxu gələrək bildirmişlər ki, Qəbələ rayon İcra və probasiya şöbəsinə getsin və Cavabdeh1 bu günə qədər ona ödəməli olduğu 4050 manat məbləğində olan alimentdən yazılı şəkildə imtina etsin. Toy günü valideynlərindən hədiyyə şəklində almış və ona məxsus olan cehiz əşyalarını cavabdeh Səməndən Cəlilovun evindən aparmağı barədə yarana biləcək problemlərin və mübahisələrin qarşısının alınması məqsədi ilə Qəbələ rayon icra Hakimiyyəti başçısına və Qəbələ rayon Polis şöbəsinə rəsmi ərizələrlə müraciətlər etmişdir. Cehiz əşyalarını almaq üçün dəfələrlə cavabdehlərə şifahi müraciətlər etmiş, hətta yük maşını kirayələyərək və işçi qrupu çağıraraq onların yaşadıqları evə getmişdir. Lakin cavabdehlər cehiz əşyalarını qaytarmaqdan imtina etmişlər. Valideynlərinin hədiyyə şəklində aldıqları və cavabdehlər tərəfindən mənimsənilən cehiz əşyaları və həmin əşyaların qiymətləri aşağıdakı kimidir: 1. Tuxovka (Kumtel) 1 ədəd qiyməti 60 manat, 2. Tozsoran (Şvaki) 1 ədəd qiyməti 80 manat, 3. Ətçəkən (Gepas) 1 ədəd qiyməti 50 manat, 4. Sokçəkən (Gepas) 1 ədəd qiyməti 50 manat, 5. Ütü (Gepas) 1 ədəd qiyməti 30 manat, 6. Lüstür (yataq otağı üçün) 1 ədəd qiyməti 120 manat, 7. Lüstür (mətbəx üçün) 1 ədəd qiyməti 80 manat, 8. Naçnik (böyük) 2 ədəd qiyməti 80 manat, 9.mikser 1 ədəd qiyməti 20 manat, 10. Ütü stolu 1 ədəd qiyməti 50 manat, 11. Qaz peçi (stolüstü üç göz) 1 ədədə qiyməti 540 manat, 12. Qazan dəsti (Vest 12 predmet) 1 dəst qiyməti 190 manat, 13. qazan dəsti (Altınbaşak) 1 dəst qiyməti 80 manat, 14. qazan dəsti (Savosan 5 dənəli) 1 dəst qiyməti 50 manat, 15. sarımsaq əzən qaşıq 1 ədəd qiyməti 3 manat,
16. kəpkir 2 ədəd qiyməti 10 manat, 17. aşsüzən 2 ədəd qiyməti 15 manat, 18. tuc dəmir 3 ədəd qiyməti 20 manat, 19. plasmas tuc 2 ədəd qiyməti 10 manat, şüşə tuc 2 ədəd qiyməti 6 manat,
21. şotka (qab üçün) 1 ədəd qiyməti 3 manat, 22. şotka (paltar üçün) 1 ədəd qiyməti 3 manat, 23. qaşıq dəsti (12 predmet x 4 ədəd) 1 dəst qiyməti 30 manat, 24. rulet kəsən 1 ədəd qiyməti 2 manat, 25. ət əzən çəkic 1 ədəd qiyməti 2 manat, 26. künc güldanı (ağ, top gülləri ilə birlikdə) 1 ədəd qiyməti 60 manat, 27. künc güldanı (qara, top gülləri ilə birlikdə) 1 ədəd qiyməti 70 manat,
28. obedni və çay servisi (12 predmet,vitrin) 1 dəst qiyməti 350 manat, 29. stolüstü güldan (xrustal, gülləri ilə birlikdə) 1 ədəd qiyməti 50 manat, 30. stolüstü güldan (sadə, gülləri ilə birlikdə) 1 ədəd 30 manat, 31. stolüstü güldan (sadə, gülləri ilə birlikdə) 1 ədəd 15 manat, 32. boşqab dəsti (12 predmet x 4 ədəd) 1 dəst 150 manat, 33. boşqab dəsti (12 predmet x 4 ədəd) 1 dəst qiyməti 45 manat, 34. boşqab dəsti (6 predmet x 2 ədəd) 1 dəst qiyməti 25 manat, 35. boşqab dəsti (12 predmet x 2 ədəd) 1 dəst qiyməti 40 manat, 36. kasa 24 ədəd 75 manat, 37. tort boşqabı dəsti (1 dövrə) 6 ədəd qiyməti 25 manat, 38. tort boqşabı dəsti (1 dövrə, balaca) 6 ədəd qiyməti 30 manat, 39.güzgü (stolüstü) 1 ədəd qiyməti 40 manat, 40. lampa 1 ədəd qiyməti 10 manat, 41. divar saatı 1 ədəd qiyməti 40 manat, 42. çaydan (tupc) 2 ədəd qiyməti 30 manat. 43. samovar 1 ədəd qiyməti 70 manat, 44. samovar doru 1 ədəd qiyməti 5 manat, 45.maşa 1 ədəd qiyməti 3 manat, 46. xəkəndaz (zibilyığan dəmir) 2 ədəd qiyməti 15 manat, 47. oxlov 1 ədəd qiyməti 3 manat, 48. qalaq 1 ədəd qiyməti 2 manat, 49. dördayaq 1 ədəd qiyməti 12 manat, 50. xamur tavası (tunc) 1 ədəd qiyməti 25 manat, 51. xamur tavası (dəmir) 1 ədəd qiyməti 20 manat,
52. razetka (şüşə) 6 ədəd qiyməti 3 manat, 53. razetka 40 ədəd qiyməti 30 manat, 54. razetka 20 ədəd qiyməti 15 manat, 55. nəlbəki 40 ədəd qiyməti 40 manat, 56. nəlbəki (Versage) 12 ədəd qiyməti 30 manat, 57. qorqa qəddanı (2 çeşid) 12 ədəd qiyməti 20 manat, 58. süfrə (ağ-maloçnı) 2 dəst qiyməti 100 manat, 59. süfrə (klyonka) 2 ədəd qiyməti 50 manat, 60. stəkan (xrustal) 12 ədəd qiyməti 90 manat, 61. stəkan (sadə) 18 ədəd qiyməti 18 manat, 62. stəkan (armudu) 12 ədəd qiyməti 60 manat, 63. nəlbəki (armudu) 12 ədəd qiyməti 18 manat, 64. sandıq 1 ədəd qiyməti 50 manat, 65. mətbəx stolu (4 ədəd stulları ilə birlikdə) 1 dəst qiyməti 150 manat, 66. pərdə, yataq otağı üçün (Kapselle) 1 ədəd qiyməti 300 manat, 67. pakrıval (Gəlincik) 1 dəst qiyməti 150 manat, 68. ədyal (taxt üçün, qalın) 2 ədəd qiyməti 100 manat, 69. ədyal (tək kravat üçün, qalın) 1 ədəd qiyməti 50 manat, 70. ədyal (divan-kreslo üçün) 1 ədəd qiyməti 80 manat, 71. ədyal (divan-kreslo üçün,boz) 1 ədəd qiyməti 50 manat, 72. dəsmallar (hamam üçün qətifə) 2 ədəd qiyməti 40 manat, 73. əl-üz dəsmalları 10 ədəd qiyməti 70 manat, 74. qab dəsmalları 2 dəst qiyməti 30 manat, 75. xalçalar 2 ədəd qiyməti 500 manat, 76. karniz (8 metrlik) 1 ədəd qiyməti 20 manat, 77. tək krovat 1 ədəd qiyməti 60 manat, 78. yolka ağacı 1 ədəd qiyməti 30 manat, 79. vedrə (dəmir) 2 ədəd qiyməti 15 manat, 80. çiçək vedrələri 8 ədəd qiyməti 25 manat, 81. çapacaq 1 ədəd qiyməti 5 manat, 82. ərsin 1 ədəd qiyməti 2 manat, 83. vannalar 3 ədəd qiyməti 30 manat,
84. qaşıq dəsti (plasmas) 1 dəst qiyməti 25 manat, 85. iynə-sap dəsti 1 paçka qiyməti 10 manat,
86. potalar oyuncaq 5 ədəd qiyməti 60 manat, 87. bakal dəsti (xrustal vitrin) 1 dəst qiyməti 50 manat, 88. bakal dəsti (qara) 1 dəst qiyməti 50 manat, 89. bakal dəsti (boz qaşlı) 1 dəst qiyməti 50 manat, 90. bakal dəsti (rumka) 1 dəst qiyməti 25 manat, 91. bakal dəsti (sadə) 1 dəst qiyməti 10 manat, 92. rumka (xrustal) 1 dəst qiyməti 40 manat, 93. qənd qabı (hündür) 6 ədəd qiyməti 45 manat, 94. qənd qabı (orta) 6 ədəd qiyməti 40 manat, 95. qənd qabı (üç ayaqlı) 12 ədəd qiyməti 25 manat, 96. qənd qabı 6 ədəd qiyməti 12 manat, 97. qənd qabı (dopu) 2 ədəd qiyməti qiyməti 15 manat, 98. qənd qabı (xrustal, vitrin) 2 ədəd 60 manat, 99. konfet qabı (xrustal, vitrin) 2 ədəd qiyməti 80 manat, 100. vazo (xrustal vitrin) 1 ədəd qiyməti 40 manat. 101. vazo 2 ədəd qiyməti 15 manat, 102. vazo (böyük) 1 ədəd qiyməti 50 manat, 103. vazo (ağ,uzun) 2 ədəd qiyməti 55 manat, 104. zibil vedrəsi (plasmas) 1 ədəd qiyməti 12 manat, 105. paltaryığan setka vedrə 1 ədəd qiyməti 5 manat, 106.çörək qabı 2 ədəd qiyməti 15 manat, 107. çörək qabı (qırmızı, plasmas) 2 ədəd qiyməti 10 manat, 108. kül qabı 4 ədəd qiyməti 20 manat, 109. salfetka qabı 2 ədəd qiyməti 6 manat, 110. duz qabı 2 ədəd qiyməti 5 manat, 111. önlük 2 ədəd qiyməti 15 manat, 112. asılqan, dəmir 6 ədəd qiyməti 15 manat, 113. asılqan pasmas 6 ədəd qiyməti 10 manat, 114. göydoğruyan taxta 1 ədəd qiyməti 3 manat, 115. su abgərdəni 1 ədəd qiyməti 5 manat, 116. ləpəçəkən 1 ədəd qiyməti 10 manat, 117. salat hazırlayan 1 ədəd qiyməti 25 manat,
118. soğan doğrayan 1 ədəd qiyməti 10 manat, 119. bıçaq dəsti 1 dəst qiyməti 50 manat, 120. meyvə bıçağı 2 dəst qiyməti 10 manat, 121. qaşıq dəsti (çamadan) 1 dəst qiyməti 45 manat, 122. boşqab (sadə, 3 mərtəbə) 1 ədəd qiyməti 15 manat, 123. boşqab (ağ, qaşlı 3 mərtəbə) 1 ədəd qiyməti 30 manat, 124. salat qabı (2 çeşid) 4 ədəd qiyməti 25 manat, 125. böyük qaşıq (yemək paylayan) 12 ədəd qiyməti 12 manat, 126. kabab şişi 6 ədəd qiyməti 6 manat, 127.ütü feni (Gepas) 1 ədəd qiyməti 25 manat, 128. dörə 2 ədəd qiyməti 20 manat, 129. polsilən vedrə 1 ədəd qiyməti 30 manat, 130. mebel dəsti (taxt ,şfaner, tumbuçkalar, servant, güzgü, stol, stullar, televizor altı) 1 dəst qiyməti 2500 manat, 131. divan-kreslo dəsti 1 dəst qiyməti 700 manat, 132. yorğan 4 ədəd qiyməti 230 manat, 133. döşək 4 ədəd qiyməti 330 manat, 134. yastıq (yun) 3 ədəd qiyməti 75 manat, 135. əl döşəyi (yun) 4 ədəd qiyməti 80 manat, 136. tük balınc 6 ədəd qiyməti 90 manat, 137. balınc (slikon) 2 ədəd qiyməti 30 manat, 138. tük balınc (uzun) 2 ədəd qiyməti 30 manat, 139. podnis dəsti 3 ədəd qiyməti 50 manat, 140. podnis 2 ədəd qiyməti 15 manat, 141. samovar altı podnis 1 ədəd qiyməti 10 manat, 142. mətbəx üçün banka 3 ədəd qiyməti 9 manat, 143. şirniyyat qabı 1 dəst qiyməti 6 manat, 144.vazo 2 ədəd qiyməti 20 manat. Cehiz əşyaları ümumilikdə cəsi 144 adda olmaqla ümumi dəyəri 9919 (doqquz min doqquz yüz on doqquz) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı çıxıb valideynlərinin evinə getdiyi üçün aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Cehiz əmlakalrının aparılmasına maneçilik törətmələrinə dair Mətanətin iddiası yalan və böhtandır. Əksinə, ona istənilən vaxtı əşyalarını siyahılaşdıraraq apara bildiyini bildirsələr də, iddiaçı həmin əşyaları məhkəmə qətnaməsindən sonra aparacağını demişdir. Cehiz əmlakların aparılması ilə bağlı aralarında heç bir mübahisə mövcud deyildir. Hesab edir ki, İddiaçı onlara qarşı cehiz əmlakların məcburi qaydada götürülməsi barədə əsassız iddia qaldırmışdır. Cehiz əşyaların aparılmasında ona maneçilik törətməmiş və ya maneçilik törətmək niyyətlərində olmamışdır. Bundan sonra da maneçilik törətməyəcəklər. İddiaçı həmin əşyaları istənilən vaxtda götürüb apara bilər. əşyalara qoyulan qiymətlər isə əsassızdır və Mətanən onları özü bilən kimi yazmışdır. Ədalətli və qanuni qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 da məhkəmə iclasında iddianı etiraf edərək Cavabdeh1 izahatındakı xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)- 488/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə Qəbələ rayonu Tikanlı kənd İƏ darirəsində 24 nömrəli akt qeydi ilə iddiaçı və Cavabdeh1 arasında nikah bağlanmış və onlara bu barədə AZ-İ 997952 saylı şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Səid və xx.xx.2018-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. İşdə olan, xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ 341687 nömrəli «Nikahın pozulması haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrəli qeyd aparılmışdır. Nikahdan sonra qadına «Mürsəliyeva» soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X3 xx xxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd ediləməsi haqqında» qərarın surətindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə İddiaçı polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qaynanası X1 onu və xx.xx.2015-ci il təvəllüdlü Səid Cəlilovu döydüyünü bildirmişdir. Müraciət əsasında toplanmış HK-1/384 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(025)-180/2020 saylı qərarının surətindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə X2, İddiaçı və Səid Cəlilovu döydüyü üçün Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunan «iddia tələbinə etiraz»da onların İddiaçı məxsus cehiz əmlakını götürməyə və aparmağa heç bir maneçilik törətmədikləri, istənilən vaxt gəlib həmin cehizləri apara bildikləri qeyd edilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmaqla onlar ailə qurmuşlar. Sonradan aralarında münasibətlər pozulmuş və buna görə də iddiaçı yaşadığı evdən çıxıb valideynlərinin yanına getmişdir. Bundan sonra aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə iddiaçya Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ 341687 nömrəli «Nikahın pozulması haqqında şəhadətnamə» verilmişdir. İddiaçıya məxsus cehiz əmlaklarının aparılmasına dair aralarında razılıq əldə olunmadığı üçün sonuncu həmn əmlakın ona verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti hesab olunur. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. 38.1-ci maddəsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 38.4-cü maddəsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, birbirinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq vəvəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvad əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi İddiaçı cehiz əşyalarını tələb etməsi üçün ilk öncə həmin əşyaların mülkiyyətçisi olmalıdır. Toy mərasimi zamanı iddiaçının valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını hədiyyə olaraq o, həmin əşyalara mülkiyyət hüqüqunu əldə etmişdir. Bu xüsusat iddiaçı və cavabdeh tərəfindən mübahisə edilmir. Cavabdehlər işin qeyd olunan halını etiraf etməklə cehiz əşyalarının aparılmasına heç bir maneçilik törətmədiklərini bildirmiş və əşyaların istənilən vaxt iddiaçı tərəfindən aparıla bildiyini göstərmişlər. Lakin işdə olan və Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin materiallarından görünür ki, tərəflər arasında ailə münasibətləri normal olmadığından iddiaçı cehiz əşyalarını valideynlərinin yaşadıqları evə apara bilməmiş və həmin əşyalar cavabdehlərin yaşadıqları evdə qalmışdır. Cavabdehlər də iddiaçı tərəfindən mübahisələndirilən cehiz əşyalarının hazırda naturada mövcud olduğunu etiraf etmişlər. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin təsviri hissəsində göstərilən 144 adda cehiz əşyalarının cavabdehlər tərəfindən qaytarılmasına dair İddiaçı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində həmin əşyaların ümumi dəyərinin 9919 manat olduğunu göstərməklə cehiz əşyalarının naturada mövcud olmadığı halda dəyərinin alınması barədə tələb irəli sürmüşdür. Lakin həmin əşyaların dəyərinə dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. Sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşdüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinin təsviri hissəsində göstərilən 144 (bir yüz qırx dörd) adda cehiz əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia qismən təmin edilsin. İddia ərizəsinin təsviri hissəsində göstərilən 144 (bir yüz qırx dörd) adda cehiz əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev