Məhkəmə qərarları › İş №2(025)-957/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-957/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-957/2021 16.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1962-ci il sentyabrın 25-də Qəbələ rayonu Yengicə kəndində doğulmuş mərhum həyat yoldaşı X4 1990-ci il dekabrın 18-də Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1971-ci ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur. 03 oktyabr 1990-ci il tarixdə X8 ilə birgə nikaha daxil olmuşdur. Onların birgə nikahdan övladları doğulmamışdır. Belə ki, nikaha daxil olandan bir müddət sonra, yəni 18.12.1990-cı il tarixdə X2 rayonu ərazisində 3 ailə üzvü ilə birlikdə yolnəqliyyat hadisəsi zamanı vəfat etmiş və Qəbələ rayon Yengicə kənd qəbristanlığında dəfn edilmişdir. Ona Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilsə də, yeni şəxsiyyət vəsiqəsi almaq üçün Qəbələ regional “Asan Xidmət” mərkəzinə müraciət etdikdə elektron sistemdə onun evli kimi qeydiyyatda olduğu bildirildi. Onun nikahının pozulmasını təsdiqləyən məhkəmə qətnaməsi, ya da mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini istəyəndə məlum olmuş ki, bu günə qədər İmran Nəzirova ölüm şəhadətnaməsi alınmamışdır. Hal-hazırda mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi olmadığından özünə yeni şəxsiyyət vəsiqəsi ala bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnaməsi almamışlar. Mərhum həyat yoldaşı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmə müraciət etmək hüququm izah olunmuşdur. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. X1 ölüm faktı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış ilə də təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 14 iyul 2021-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçi onun mərhum qardaşının həyat yoldaşıdır. 1990-cı il dekabr ayının 18-də Bakı şəhərindən xəstə yanından qayıdarkən keçmiş Şamaxı (indiki Qobustan) rayonu ərazisində magistral yolun 105-ci kilometrliyində VAZ 21011 markalı avtomobilə ZİL markalı yük maşını toqquşmuşdur. Hadisə nəticəsində VAZ 21011 markalı maşında olan atası, qardaşı, qaynı və qaynının 20 yaşlı qızı rəhmətə getmişdirlər. Hadisədən sonra onlara müstəntiq gəlmiş, onlar da hadisə qəsdən törədilmədiyinə görə şikayətçi olmamışlar. İşin sonrakı taleyi ilə maraqlanmamışlar. Hadisə törədən sürücünün kimliyini bilmir. Hadisədən sonra o heç nə ilə maraqlanmamışdır. Mərhum qardaşı qəbri Yengicə kənd qəbirstanlığındadır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.07.1977-ci il tarixli, İV-ЖГ seriyalı, 498927 №-li «Doğum haqqında» şəhadətnamədən görünür ki, X8 25.09.1962-ci ildə Qəbələ rayonu Yengicə kəndində doğulmuşdur. İş materiallarında olan 03.10.1990-ci il tarixli, V-ЖГ seriyalı, 285868 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi 03 oktyabr 1990-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 42 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəzirov, arvada Nəzirova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 05/Q-140/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş həyat yoldaşı X4 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Yengicə kənd İƏD tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, 46 nömrəli arayışdan görünür ki, mərhum X8 25.09.1962-ci ildə Qəbələ rayon Yengicə kəndində anadan olmuş, 18.12.1990-cı il tarixdə vəfat etmişdir və Yengicə kənd qəbirsanlığında vəfat etmişdir. İşdə olan X5 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X8 25.09.1962-ci il tarixdə doğulmuş və 18.12.1990-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsindən məhkəməyə ünvanlanmış 10 avqust 2021-ci il tarixli, 145-7448-1221 nömrəli məktubdan görünür ki, 18.12.1990-ci il tarixdə Bakı-Qazax yolunun 105 km-də X4 idarə etdiyi VAZ-21011 markalı avtomaşının Zil markalı avtomaşınla toqquşması ilə bağlı açılmış 61813 saylı cinayət işi üzrə yekun qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin arxivinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsindən Qəbələ rayon Yengicə kəndində yaşayan X3 ünvanlanmış 15 iyul 2021-ci il tarixli, 145-6418N-3221 nömrəli məktubdan göstərilmişdir ki, 18 dekabr 1990-cı il tarixdə saat 14:30 radələrində Bakı-Qazax yolunun 105 k/m-də X4 idarə etdiyi VAZ 21011 markalı avtomaşınla vətəndaş S.Ş.Baloğlanovun idarə etdiyi Zil markalı avtomaşınla toqquşmuş və nəticədə X4 vəfat etməsi ilə bağlı olaraq Azərbaycan Respublikası CM-nin 208.3 h (köhnə maddə) ilə 20.12.1990-ci il tarixdə 61813 nömrəli cinayət işi başlanmışdır. 15.02.1991-ci il tarixdə CPM-in 10-cu maddəsinin 2-ci bəndi ilə (köhnə) xitam edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 19.05.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində doğulmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı - X8 1990-ci il dekabrın 18-də Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş və Qəbələ rayonu Yengicə kəndində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1962-ci il sentyabrın 25-də Qəbələ rayonu Yengicə kəndində doğulmuş həyat yoldaşı – X4 1990-ci il dekabrın 18-də Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar