Məhkəmə qərarları › İş №2(025)-970/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-970/2023

26.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-970/2023 26.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Vasi̇ f qizinin maraqli şəxs Nəbi̇ yev Mətləb Allahverdi oğluna qarşi "mediasiya prosesi nəticəsində bağlanmiş alimentin artirilmasi barədə barişiq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barişiq sazişinin təsdiq edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi Vası̇ f qızının iştirakı ilə, Ərizəçi Vası̇ f qızının maraqlı şəxs Nəbı̇ yev Mətləb Allahverdi oğluna qarşı "mediasiya prosesi nəticəsində bağlanmış alimentin artırılması barədə barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin hallari Ərizəçi Vası̇ f qızı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Nəbı̇ yev Mətləb Allahverdi oğlu ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli, 2(039)-354/2016 nömrəli qətnaməsinə əsasən onunla Maraqlı şəxs Allahverdi oğlu arasında bağlanmış 09 iyun 2009-cu il tarixli nikah qeydi ləğv edilmiş, birgə nikahdan olan uşaqları 19 fevral 2010- cu il təvəllüdlü X5 və 19 aprel 2012-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış və cavabdeh Maraqlı şəxs Allahverdi oğlundan X5 və X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Bildirir ki, 2023-cü il tarixindən ölkə üzrə hər bir uşağa görə yaşayış minimumu 220 manat müəyyən edildiyindən və ərzaq, geyim və s. qiymətləri də artdığından uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarmı ödəmir. Ona görə də alimentin artırılması tələbi barədə Mediasiya Şurasına müraciət etmiş və 19 fevral 2010-cu il təvəllüdlü X5 və 19 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər biri üçün olan 70 manat, ümümilikdə 140 manat aliment 130 manat artırılaraq hər bir uşaq üçün 135(bir yüz otuz beş) manat olmaqla ümumilikdə 270(iki yüz yetmiş) manat olmasına Maraqlı şəxs Allahverdi oğlu tərəfindən razılıq verilmiş və bu barədə xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Hal-hazırda alimentin artırılması barədə Barışıq Sazişinin imzalanmasına baxmayaraq icra olunmamış və sazişdə alimentin artırılmasının könüllü icra edilməsi razılaşması qeyd olunduğuna görə Yevlax İcra və Probasiya Şöbəsində olan icra işində də müəyyən çətinliklərə səbəb olduğundan Barışıq Sazişinin təsdiq olunaraq icra məmuru tərəfindən icra olunması üçün icra vərəqəsi göndərilməsi zərurəti yaranmışdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraati iştirakçilarinin izahatlari Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nəbı̇ yev Mətləb Allahverdi oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Birinci instansiya baxişinin hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı, 419526 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 19 fevral 2010-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 263 № ilə qeyd edilmişdir. Atası Nəbı̇ yev Mətləb Allahverdi oğlu, anası Nəbiyeva Vəfa Vası̇ f qızıdır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-cu il tarixli, AZ-İİ seriyalı, 870557 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 19 aprel 2012-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 437 № ilə qeyd edilmişdir. Atası Nəbı̇ yev Mətləb Allahverdi oğlu, anası Nəbiyeva Vəfa Vası̇ f qızıdır. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 03 avqust 2016-cı il tarixdə verilmiş AZ-İ № 241552 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbı̇ yev Mətləb Allahverdi oğlu ilə Nəbiyeva Vəfa Vası̇ f qızı arasında nikah xx.xx.2016-cı il tarixdə ləğv olunmuş, nikah ləğv olunduqdan sonra kişiyə Nəbiyev, qadına İsayeva soyadı verilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(039)-354/2016 saylı qətnaməsi ilə iddiaçı Nəbiyeva Vəfa Vası̇ f qızı ilə cavabdeh Nəbı̇ yev Mətləb Allahverdi oğlu arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 19 fevral 2010cu il təvəllüdlü X1 və 19 aprel 2012-ci il təvəllüdlü X3 anası Nəbiyeva Vəfa Vası̇ f qızının yanında qalmas müəyyən edilməsi, cavabdeh Nəbı̇ yev Mətləb Allahverdi oğlundan 18 yanvar 2016-cı il tarixdən başlayaraq, 19 fevral 2010-cu il təvəllüdlü X1 və 19 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq çün 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəbiyeva Vəfa Vası̇ f qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi Vası̇ f qızı ilə Nəbı̇ yev Mətləb Allahverdi oğlu arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: 2.1. Birinci tərəfin irəli sürdüyü iddiaya cavab olaraq, ikinici tərəf övladı 19 fevral 2010-cu il təvəllüdlü X1 və 19 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən Nəbı̇ yev Mətləb Allahverdi oğlu aliment məbləği 130 manat artırılaraq 270 yetmiş manat aliment ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin “Qeyd” hissəsindən görünür ki, Ərizəçi Vası̇ f qızı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında “aliment miqdarının artırılması” ilə bağlı barışıq sazişi imzalanmışdır. Saziş əsasında tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü il tarixdən başlayaraq 19 fevral 2010-cu il təvəllüdlü X1 və 19 aprel 2012-ci il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəbı̇ yev Mətləb Allahverdi oğlundan hər ay 270(iki yüz yetmişi) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi Vası̇ f qızına ödənilməsi barədə razılığa gəlmişlər. Lakin barışıq sazişi imzalandığı andan 10 gün ərzində saziş müəyyən səbəblərdən icra edilmədiyindən Ərizəçi Vası̇ f qızı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmışdır. İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Odur ki, Ərizəçi Vası̇ f qızının maraqlı şəxs Nəbı̇ yev Mətləb Allahverdi oğlu cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Vası̇ f qızı ilə Nəbı̇ yev Mətləb Allahverdi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 19 fevral 2010-cu il təvəllüdlü X1 və 19 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəbı̇ yev Mətləb Allahverdi oğlundan hər ay hər uşağa 135 (bir yüz otuz beş) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi Vası̇ f qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar