Məhkəmə qərarları › İş №2(026)-104/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-104/2025

03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-104/2025 03.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin ilk hazırlıq iclasında cavabdehlərin ona məxsus qızıl-zinət əşyalarını geri qaytarması səbəbindən qızıl-zinət əşyalarına dair hissədə iddia tələbindən imtina etmiş, bununla bağlı yazılı ərizə vermişdir. Məhkəmənin 03 mart 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən İddiaçı yazılı ərizə təqdim etməklə bildirdi ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakları, qızıl-zinət əşyaları və ya onların dəyərinə dair” iddiasından tam şəkildə imtina edir. Həmin iddiada göstərilən bütün əmlaklar cavabdehlər tərəfindən ona təhvil verilmişdir. Xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində qeyd olunan bütün əşyaların İddiaçı təhvil verildiyini bildirdilər. Məhkəmə İddiaçı iddiadan imtina barədə ərizəsinin dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddiasından imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM-in) 191-ci maddəsinin tələblərinə uyğun olduğundan iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar