Məhkəmə qərarları › İş №2(026)-114/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-114/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-114/2023 03.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi 05 sentyabr 1972-ci il tarixdə anadan olmuş atası X5 27 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 05 sentyabr 1972-ci il tarixdə anadan olmuş atası X5 27 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Atası 05 sentyabr 1972-ci il təvəllüdlü X11 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində yaşadığı evdə ağır xəstələnmişdir. Onu qəsəbədə yerləşən polikilinikaya aparsalar da, xəstəxananın qarşısında keçinmişdir. Atasını Müşfiqabad qəsəbəsində dəfn etmişlər. Qanunu bilmədiklərindən ölüm şəhadətnaməsı almamışlar. Atası üçün ölüm şəhadətnaməsi almaq üçün Qaradağ rayon hüquq mühafizə orqanlarına, Qaradağ rayon qeydiyyat şöbəsinə və Maraqlı şəxsnə müraciət etmişlər. Lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 05 sentyabr 1972-ci il tarixdə anadan olmuş X5 27 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X6 izahatında göstərdi ki, Ərizəçi 05 sentyabr 1972-ci il təvəllüdlü atası X5 27 dekabr 2022-ci il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 27 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 ifadəsində göstərdi ki, 27 dekabr 2022-ci il tarixdə axşam saatlarında ona zəng edilərək Elşənin vəziyyətini pisləşdiyi və onu Müşfiqabad qəsəbəsində yerləşən poliklinikaya apardıqları deyildiyinə görə, o da poliklinikaya getmişdir. Poliklinikanın qarşısında Elşənin avtomaşında oturaraq kəlmeyi-şəhadət deyərək öldüyünü görmüşdür. Elşəni o yumuş və Müşfiqabad qəbristanlığında qardaşının yanında dəfn etmişlər. Elşənin yas mərasimində iştirak etmişdir. X4 ifadəsində göstərdi ki, X11 onun dayısıdır. 28 dekabr 2022-ci il tarixdə səhər saatlarında ona zəng gələrək dayısı Elşənin vəfat etdiyini demişlər. Həmin saatda Müşfiqabad qəsəbəsində dayısı Elşənin yaşadığı həyətə gəlmiş və orada polis əməkdaşlarının və həkimlərinin olduğunu görmüşdür. Elşən Əsgərovun yas mərasimində iştirak etmişdir. ŞahidX13 ifadə verərək göstərdi ki, X11 arvadının qardaşıdır. 27 dekabr 2022-ci il tarixdə gecə təxminən saat 1-2 radələrində ona zəng gələrək Elşənin vəfat etdiyini demişlər. Elşəni Müşfiqabad qəsəbəsində dəfn etmişlər. Elşən Əsgərovun yas mərasimində 40 gün iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon Qeydiyyat X1 ünvanladığı 31 yanvar 2023-cü il tarixli 05/Q-23/13 saylı məktubundan görünür ki, 27 dekabr 2022-ci il tarixdə vəfat etmiş X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2012-ci ildən 2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qaradağ rayon X9 Aqil Elşən oğluna ünvanladığı 06 yanvar 2023-cü il tarixli 05/Q- 18/15 saylı məktubundan görünür ki, 27 dekabr 2022-ci il tarixdə vəfat etmiş X5 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Bakı şəhər Təcili və X10 Stansiyasının 17 saylı bölməsinin Qaradağ rayon Prokurorluğunun sorğusuna 17 yanvar 2023-cü il tarixdə verdiyi cavab məktubunda göstərilir ki, 27 dekabr 2022-ci il tarixdə saat 01:27-də 51 yaşlı X5 adına çağırış daxil olmuş, çağırış 17 saylı KYS-nin həkimi Cəlilova Ş tərəfindən yerinə yetirilmiş və xəstəyə R 98 həkimə qədər ölüm, kişi cinsli meyit diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmiş və hadisə barədə Qaradağ polis şöbəsinə məlumat verilmişdir. Qaradağ rayon Müşfiqabad qəsəbə sakinləri X13, X16, Ərizəçi və X12 tərəfindən 28 yanvar 2023-cü il tarixdə tərtib etdilmiş, Abşeron rayon İHB-nin Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 05 sentyabr 1972-ci il təvəllüdlü X14 27 dekabr 2022-ci il tarixdə yaşadığı Abşeron rayon Müşfiqabad qəsəbəsində vəfat etmiş, həmin gün Müşfiqabad qəsəbə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 05 sentyabr 1972-ci il tarixdə anadan olmuş X5 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 sentyabr 1972-ci il tarixdə anadan olmuş X5 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar