Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-119/2023 07.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X7 iştirakı ilə, Ərizəçi 05 noyabr 1938-ci il tarixdə anadan olmuş X4 23 dekabr 1995-ci il tarixdə Qobustan rayonu Poladlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 05 noyabr 1938-ci il tarixdə anadan olmuş X4 23 dekabr 1995-ci il tarixdə Qobustan rayonu Poladlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Atası 05 noyabr 1938-ci il təvəllüdlü X17 23 dekabr 1995-ci il tarixdə yaşadıqları Poladlı kəndində vəfat etmişdir. X30 qəbristanlığında yaxınlarının yanında dəfn etmişlər. Həmin vaxtdan atası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm şəhadətnaməsi almaq üçün Qobustan rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. X4 23 dekabr 1995-ci il tarixdə Qobustan rayonu Poladlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X11 izahatında göstərdi ki, Ərizəçi 05 noyabr 1938-ci il təvəllüdlü X4 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X10 23 dekabr 1995-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X5 ifadəsində göstərdi ki, X17 ilə həmkəndlidir və onu yaxşı tanıyırdı. X17 1995-ci ilin dekabr ayında vəfat etmişdir, onu Daş Kolanı qəbristanlığında dəfn etmişlər. Soltan Əsədovun dəfn və yas mərasimində o da iştirak etmişdir. X1 ifadəsində göstərdi ki, X17 həmkəndlisidir. Soltan Poladlı kənd Ə. Qarayev adına kolxozda iqtisadçı və direktor işləmişdir. Həmin vaxtı o da kolxozda baş zootexnik işləmişdir. Soltan Əsədov 23 dekabr 1995-ci ildə vəfat etmişdir. X30 qəbristanlığında dəfn etmişlər. Məhrumun dəfnində, 3,7,40 mərasimlərində o da iştirak etmişdir. X9 ifadəsində göstərdi ki, Soltan onun böyük qardaşı idi. Soltanın daxili xəstəliyi olub və 23 dekabr 1995-ci il tarixdə yaşadıqları Poladlı kəndində vəfat etmişdir. X6 ifadə verərək göstərdi ki, X13 yaxşı tanıyırdı. O, kənddə sovxoz direktoru işləyəndə Soltan sovxozda iqtisadçı işləyib. Soltan xeyriyyəçi insan olub, Dağ Kolanı kəndinə öz vəsaiti hesabına su çəkdirmişdir. 23 dekabr 1995-ci il tarixdə vəfat etmişdir və X30 qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 31 yanvar 2023-cü il tarixli 05/Q-22/13 saylı məktubundan görünür ki, 1995-ci il tarixdə vəfat etmiş X10 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1994-2001-ci il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Poladlı kənd sakinləri X18, Ərizəçi, X12, X2 Balaməmməd Yarməmməd oğlunun 02 fevral 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, X17 23 dekabr 1995-ci il tarixdə Qobustan rayonunun Poladlı kəndində vəfat etmiş və Dağ Kolanı kənd qəbristanlığında dəfn edilmişdir. Məzarın fotoşəklindən görünür ki, 05 noyabr 1938-ci il təvəllüdlü X17 23 dekabr 1995-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 23 dekabr 1995-ci il tarixdə Poladlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 noyabr 1938-ci il tarixdə anadan olmuş X10 23 dekabr 1995-ci il tarixdə Qobustan rayonu Poladlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-119/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-119/2023
07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver