Məhkəmə qərarları › İş №2(026)-121/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-121/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-121/2023 18.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 26 mart 1992-ci il tarixdə anadan olmuş qızı X5 26 dekabr 1996-cı il tarixdə Qobustan rayonu Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 26 mart 1992-ci il tarixdə anadan olmuş qızı X5 26 dekabr 1996-cı il tarixdə Qobustan rayonu Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayır. X7 ilə 02 oktyabr 1989-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş və birgə nikahdan Türkanə, İman, Nurlan və Əfsanə adlı uşaqları anadan olmuşdur. 26 mart 1992-ci ildə anadan olmuş qızı X10 26 dekabr 1996-cı ildə qəflətən xəstələnərək vəfat etmişdir. Əfsanəni yaşadığıqları Qobustan şəhər (Nərimankənd kənd) qəbristanlığında dəfn etmişlər. Həmin vaxtı Əfsanə üçün ölüm şəhadətnaməsi almamışlar. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Ona görə də 26 mart 1992ci ildə anadan olmuş qızı Əfsanənin 26 dekabr 1996-cı il tarixdə Qobustan rayonunun Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X11 izahatında göstərmişdir ki, Ərizəçi 26 mart 1992-ci ildə anadan olmuş qızı Əfsanənin 26 dekabr 1996-cı il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 26 dekabr 1996-cı il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X1 ifadəsində göstərdi ki, Ərizəçi onun kürəkənidir. X17 ilə Ərizəçi birgə nikahlarından İman, Nurlan, Türkanə və Əfsanə adlı dörd uşaqları anadan olmuşdur. Onların 26 mart 1992-ci ildə anadan olmuş övladları Əfsanə 26 dekabr 1996-cı il tarixdə yaşadıqları Qobustan şəhərindəki evlərində qəflətən ölmüşdür. Onu Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. Əfsanəni o yuyub kəfənləmişdir. X3 ifadəsində göstərdi ki, Ərizəçi onun həm bacısının əri, həm də əmisi nəvəsidir. X13 ilə Ərizəçi birgə nikahlarından İman, Nurlan Türkanə və Əfsanə adlı dörd uşaqları anadan olmuşdur. Onların 26 mart 1992-ci ildə anadan olmuş övladları Əfsanə qızılca xəstəliyindən ölmüşdür. Onu Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. Qəbrin qazılmasına köməklik etmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 07 fevral 2023-cü il tarixli 3-16-5/13-04-328-/2023 saylı məktubundan görünür ki, 1996-cı il tarixdə vəfat etmiş X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1995-ci ildən 2002-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan şəhər sakinləri X7, X9 və X15 30 yanvar 2023-cü il tarixdı tərtib etdikləri Qobustan rayon İHB-nin Qobustan şəhəri üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 26 mart 1992-ci il təvəllüdlü X10 26 dekabr 1996-cı il tarixdə yaşadığı Qobustan şəhərində vəfat etmiş, Qobustan şəhər qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Nərimankənd kənd sovetliyi tərəfindən 02 oktyabr 1989-cu il tarixdə verilmiş İV-JQ 445746 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahverdiyev X6 Firəngiz İmran qızı ilə 02 oktyabr 1989-cu il tarixdə nikahlarını 29 sayla qeyd etdirməklə evlənmişlər. Maraqlı şəxs tərəfindən 17 may 2023-cü il tarixdə verilmiş 3-16-5/7-69-206/2023 saylı arayışdan görünür ki, X10 26 mart 1992-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən 07 aprel 1992-ci ildə 71 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, atası X4r. Məzarın fotoşəklindən görünür ki, X10 26 mart 1992-ci il tarixdə anadan olmuş, 26 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 mart 1992-ci ildə anadan olmuş X10 26 dekabr 1996-cı il tarixdə yaşadığı Qobustan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 mart 1992-ci ildə anadan olmuş X10 26 dekabr 1996-cı il tarixdə yaşadığı Qobustan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar