Məhkəmə qərarları › İş №2(026)-124/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-124/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-124/2025 12.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “XX.XX.1930-cu il tarixdə anadan olmuş atası X1 21 dekabr 2024-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1930-cu il tarixdə anadan olmuş atası X1 21 dekabr 2024-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunun Cəyirli kəndində doğulmuşdur və həmin kənddə yaşayır. XX.XX.1930-cu ildə anadan olmuş atası X4 21 dekabr 2024-cü ildə ürək tutmasından vəfat etmişdir. Atasını yaşadıqları Cəyirli kənd qəbiristanlığında dəfn etmişlər. Həmin zaman qanunu bilmədiklərindən və başları yas mərasiminə qarışdığından atası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamə almaq üçün Qobustan rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də XX.XX.1930-cu ildə anadan olmuş atası X1 21 dekabr 2024-cü ildə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, onun atası X4 21 dekabr 2024-cü ildə Qobustan rayonunun Cəyirli kəndində vəfat etmiş, həmin gün də elə Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirdi ki, o, 29 may 1974-cü ildə Qobustan rayonunun Cəyirli kəndində doğulmuşdur. O, Qobustan rayonunun Cəyirli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə həyət evində yaşayır. Ərizəçi onun qardaşı, İslaməli Əliyev isə atasıdır. X10 2012-ci ildən etibarən yay aylarında Cəyirli kəndində, qış aylarında isə Bakıda onun yanında yaşamışdır. Atası Bakıda olarkən vəziyyəti ağırlaşmış, buna görə də onu Qobustan rayonunun Cəyirli kəndinə gətirmişlər. 21 dekabr 2024-cü ildə isə həmin kənddə vəfat etmiş, Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirdi ki, o, 14 yanvar 1960-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Ərizəçi onun əmisi oğlu, İslaməli Əliyev isə əmisidir. Əmisi yay aylarında kənddə, qış aylarında isə Bakı şəhərində yaşayırdı. X11 21 dekabr 2024-cü ildə Qobustan rayonunun Cəyirli kəndində vəfat etmiş, həmin kəndin qəbiristanlığında da dəfn olunmuşdur. Özü də şəxsən mərhumun cənazəsinin yuyulmasında və mərasimlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirdi ki, o, 16 oktyabr 1964-cü ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Qeydiyyatı ünvan 2 ünvanına olsa da, hazırda Qobustan rayonunun Cəyirli kəndində yaşayır. Bildirdi ki, onun atası ilə ərizəçinin atası dost olmuşlar. X10 bir müddət Bakı şəhərində, bir müddət isə kənddə yaşayırdı. O, 21 dekabr 2024-cü ildə Qobustan rayonunun Cəyirli kəndində vəfat etmişdir. Kəndin axundu kimi onun da iştirakı ilə mərhum X8 kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, Ərizəçi atası X1 21 dekabr 2024-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və iclasda iştirak etməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, maraqlı şəxsin ərizəsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZE 03821711 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X4 XX.XX.1930-cı il tarixdə anadan olmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 13 yanvar 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 21 dekabr 2024-cü ildə vəfat etmiş atası X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 07 yanvar 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı TTTY şöbəsinə vaxtında müraciət edilmədiyinə görə şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 14 yanvar 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 14 yanvar 2025-ci il tarixli ərizəsinə cavab olaraq, atası 21 dekabr 2024-cü ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2024-cü ildən bugünədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Qobustan RİHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2024-cü il tarixli, 127 nömrəli arayışından görünür ki, Ərizəçi atası XX.XX.1930-cu il təvəllüdlü X4 21 dekabr 2024-cü ildə vəfat etmiş və Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdəki Cəyirli kənd İƏD üzrə nümayəndəsinin müavini S.Məcidovun, Cəyirli kənd sakinləri molla M.Axundovun, qohum İ.Quluyevin, qohum A.Rəhmanın və qonşu A.Axundovun iştirakı ilə tərtib edilmiş və onların imzaları və Cəyirli kənd İƏD üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 17 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Qobustan rayonu, Cəyirli kənd sakini XX.XX.1930-cu il təvəllüdlü X4 21 dekabr 2024-cü ildə ürək tutmasından vəfat etmiş və Cəyirli kənd qəbiristanlığında dəfn olunmuşdur. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi atası İslaməli Əliyevin ölməsi faktının müəyyən edilməsinin zəruri olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi atası İslaməli Əliyevin 21 dekabr 2024-cü ildə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktını təsdiq etmək məqsədilə tərtib olunmuş 23 dekabr 2024-cü il və 17 yanvar 2025-ci il tarixli aktları, mərhumun qəbrinin fotoşəkillərini təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda XX.XX.1930-cu il tarixdə anadan olmuş X1 21 dekabr 2024-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, XX.XX.1930-cu il tarixdə anadan olmuş X1 21 dekabr 2024-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1930-cu il tarixdə anadan olmuş X1 21 dekabr 2024-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar