Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-170/2023 28.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, ərizəçi X7 və maraqlı tərəf Maraqlı şəxs rəisi X6 iştirakı ilə, ərizəçi X7 02 fevral 1958-ci il tarixdə anadan olmuş bacısı X3 22 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X15 02 fevral 1958-ci il tarixdə anadan olmuş bacısı X3 22 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X15 ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1966-cı ildə Qobustan rayonu Dərəkənd kəndində anadan olmaqla həmin kənddə yaşayır. Qobustan rayon Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli qərarı ilə anası X16, bacısı X8 və ona 13,20 ha pay torpaq sahəsi verilmişdir. Anası Tovuz 17 dekabr 2013-cü ildə vəfat etmiş və ona ölüm şəhadətnaməsi almışlar. Lakin 02 fevral 1958-ci ildə anadan olmuş bacısına X9 22 aprel 2013-cü il tarixdə vəfat etmiş və onu Qobustan rayonunun Dərəkənd kənd qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasiminə başları qarışdığından və bilmədiklərindən bacısı Zərnişanın ölümü barədə şəhadətnamə almamışlar. Bacısının mülkiyyətinə pay torpağı verilmişdir. Hazırda həmin torpağı öz adına keçirtmək istəyir, lakin ölüm haqqında şəhadətnamə olmadığından bunu etmək mümkün deyildir. Maraqlı şəxsnə ölüm şəhadətnaməsi almaq üçün etdiyi müraciətə müsbət cavab verilməmiş və ona bacısının ölümünün qeyd edilmə faktını məhkəmə qaydası ilə müəyyən edilməsi bildirilmişdir. Ona görə də 02 fevral 1958-ci il tarixdə anadan olmuş bacısı X4 12 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X13 izahatında göstərdi ki, X7 02 fevral 1958-ci il təvəllüdlü bacısı X4 12 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 22 aprel 2013-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X2 ifadəsində göstərdi ki, ərizəçi X15 ilə həmkəndlidir. Niyazinin bacısı X4 12 aprel 2013cü il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Onun dəfnində və yas mərasimlərində iştirak etmişdir. X10 ifadəsində göstərdi ki, ərizəçi X15 ilə qonşuluqda yaşayırlar. Niyazinin bacısı X9 ailə qurmamışdır, Niyazinin himayəsində yaşamışdır. Zərnişan 2013-cü ilin yaz aylarında xərçəng xəstəliyindən vəfat etmişdir. Qəbrin qazılmasında, dəfnində və yas mərasimlərində iştirak etmişdir. Yas mərasiminin mollası İnqilab Məmmədov və Çingiz Babaşov olmuşdur. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon Qeydiyyat X1 ünvanladığı 07 mart 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı məktubundan görünür ki, 2013-cü il tarixdə vəfat etmiş X3 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2012-ci ildən 2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Dərəkənd kənd sakinləri Vahid Hüseynov, Elsevər İbrəhimli, Yaşar Mustafayev, Bəylər Qaçayev və Vasif Muradov tərəfindən 23 yanvar 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, Qobustan rayonu Dərəkənd kənd sakini 02 fevral 1958-ci il təvəllüdlü X8 22 aprel 2013-cü il tarixdə vəfat etmiş və Dərəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0018 Kod 30706018 saylı dövlət aktının surətindən görünür ki, ailə başçısı X17 göstərilməklə, X8 və X7 mülkiyyətinə kənd təsərrüfatı istehsalı üçün 13,20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 fevral 1958-ci il təvəllüdlü X3 22 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 fevral 1958-ci il təvəllüdlü X3 22 aprel 2013-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-170/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-170/2023
28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver