Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-171/2025 13.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞS.MT.030.2023-0029 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 16 yanvar 2024-cü il tarixdə MŞS.MT.030.2023-0029 saylı barışıq sazişinə əsasən, birgə nikahdan 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 və 06 iyun 2019-cu il tarixdə anadan olmuş X1 ərizəçinin yanında yaşaması, onun ata – Maraqlı şəxs övladları Yunis və Yusiflə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı, Maraqlı şəxs ərizəçiyə 09 dekabr 2020-ci il tarixdə anadan olmuş Yunis və 06 iyun 2019-cu il tarixdə anadan olmuş Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəmək barədə öhdəlik götürmüşlər. Barışıq sazişindən 1 ildən çox keçməsinə baxmayaraq, Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyə əməl etmir, alimenti ödəmir. Hesab edir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq qeyd etdi ki, Maraqlı şəxs 1 ildən artıq müddətdir ki, sazişdə nəzərdə tutulan aliment məbləğini ödəməmiş, ödəyəcəyinə dair ona yalan vədlər vermişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 06 iyun 2019-cu il təvəllüdlü X3 və 09 dekabr 2020-ci il təvəllüdlü X2 doğulmuşdur. İşdə surəti olan Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞS.MT.030.2023-0029 saylı barışıq sazişindən görünür ki, tərəflər həmin barışıq sazişini imzalamaqla aşağıdakı şərtlər barəsində razılığa gəlmişlər: “1.Hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 19 may 2019-cu il tarixli, 1335 saylı (AZ-İİ №338768) nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anaları Ərizəçi yanında yaşamasına razıdırlar.
3. Maraqlı şəxs (AA*******/xx.xx.1992/xxxxxxx) öhdəlik götürdü ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəkdir.
4. Ərizəçi öhdəlik götürdü ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə atası Maraqlı şəxs hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacaq”. Həmin sazişin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)- 137/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Maraqlı şəxs ilə Ərizəçi arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 19 may 2019-cu il tarixdə 1335 sayla qeyd edilmiş nikahın pozulması, boşanma rəsmiləşdirilərkən dövlət rüsumunun tərəflərdən bərabər qaydada tutulması qət edilmişdir. İşdə surəti olan AZ-İ 485061 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 12 iyul 2024-cü il tarixində xitam verilmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 17 iyul 2024-cü ildə 25 nömrə ilə qeyd edilmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Ərizənin məzmunundan da görünür ki, ərizəçi hazırkı ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞS.MT.030.2023-0029 saylı barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞS.MT.030.2023-0029 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1.Hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 19 may 2019-cu il tarixli, 1335 saylı (AZ-İİ №338768) nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anaları Ərizəçi yanında yaşamasına razıdırlar.
3. Maraqlı şəxs (AA*******/xx.xx.1992/xxxxxxx) öhdəlik götürdü ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəkdir.
4. Ərizəçi öhdəlik götürdü ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə atası Maraqlı şəxs hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacaq”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov