Məhkəmə qərarları › İş №2(026)-183/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-183/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-183/2024 14.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi X4 və maraqlı tərəf Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi 1937-ci ildə anadan olmuş X2nın 09 avqust 2023-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 1937-ci ildə anadan olmuş X2nın 09 avqust 2023-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 1937-ci ildə anadan olmuş X2 09 avqust 2023-cü ildə 1 saylı KTM-də vəfat edib. Bakı şəhəri Nəsimi rayon prokurorluğunda anasının 1 saylı KTM-də ölməsi faktına dair aparılan araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Anası X1 rayon Sanqaçal qəsəbəsinin yaxınlığında yerlşən “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir. Anası üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Anası üçün ölüm haqqında şəhadətnaməsi almaq üçün Qaradağ rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, heç bir sənəd verilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Vərəsəlik və digər sənədləşmə işlərinin aparılması üçün anasının ölüm şəhadətnaməsi vacibdir. X6 09 avqust 2023-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X10 izahatında göstərdi ki, 1937-ci ildə anadan olmuş X6 09 avqust 2023-cü ildə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 ifadəsində göstərdi ki, Ərizəçi X2 09 avqust 2023-cü il tarixdə saat 20-40 radələrində vəziyyəti pisləşdiyi üçün onu 20 saylı X26 stansiyası tərəfindən X22 açıl şöbəsinə aparmışlar, aparılan reanimasion tədbirlərə baxmayaraq Xanımzaman 09 avqust 2023-cü ildə saat 03:00-da vəfat etmişdir. Onu 09 avqust 2023-cü il tarixdə “Sofi Həmid” qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasinmində iştirak etmişdir. X7 X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE 05315607 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 XX.XX.1937-ci ildə anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə verilmiş 3-16-5/7-15-1950/2023 saylı arayışdan görünür ki, X6 09 avqust 2023-cü il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X24” publik hüquqi şəxsin 05 oktyabr 2023-cü il tarixli 18-1-2/2-Ə-784-1-42-460/2023 saylı arayışdan görünür ki, 1937-ci il təvəllüdlü X8 09 avqust 2023-cü il tarixdə saat 20-41də 20 saylı X26 stansiyası tərəfindən X22 açıl şöbəsinə gətirilmiş, aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə 09 avqust 2023-cü ildə saat 03:00-da bioloji ölüm baş vermişdir. Bakı şəhər Nəsimi rayon prokurorluğunun 19 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, X6 1 saylı KTM-də ölməsi faktı ilə əlaqədar toplanmış 315-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Sanqaçal qəsəbə sakinləri Ərizəçi, X12, X18 və X11 tərəfindən 13 may 2024-cü il tarixdə tərtib etdilmiş və Qaradağ rayon İHB-nın Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X8 09 avqust 2023-cü il tarixdə etmiş və həmin günü Sanqaçal qəsəbəsi ərazisində yerləşən “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, XX.XX.1937-ci ildə anadan olmuş X6 09 avqust 2023-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1937-ci ildə anadan olmuş X6 09 avqust 2023-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar