Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-189/2021 09.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, ərizəçi X8, maraqlı tərəflər, Maraqlı şəxs2 rəisi X6 və Qobustan rayon Notariat ofisinin xüsusi notariusu X20 iştirakı ilə, ərizəçi X8 xalası X13 1949-cu ildə, onun əri X25 1939-cu ildə ölmələri faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X18 xalası X13 1949-cu ildə, onun əri X25 1939-cu ildə ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X18 izahatında göstərdi ki, xx xxxxxx 1933-cü ildə Qobustan rayonunun (o vaxtı Şamaxı rayonu) Yekəxana kəndində anadan olmuş, hazırda Qobustan rayonunun Sədəf kəndində yaşayır. Xalası qızı 1936-cı ildə anadan olmuş Ağamirzəyeva (ata soyadı Səlimova) Dünya Əlyar qızı 2016-cı ilin iyun ayının 20-də vəfat etmiş və Sədəf kənd qəbristanlığında dəfn edilmişdir. Dünya 17 iyul 1954-cü ildə X9 ilə rəsmi nikaha girməklə evlənmişdir. Dünya ilə Ağasəfin birgə nikahdan övladları olmamışdır. Dünyanın həyat yoldaşı Ağasəf 15 may 2015-ci ildə ölmüşdür. Dünyadan Qobustan rayonunun Sədəf kəndində 1958-ci ildə tikilmiş 13,2 m2 x 7,8 m2 ölçüdə 2 mərtəbəli, ümumi sahəsi 149,1 m2, yaşayış sahəsi 60,2 m2, köməkçi sahəsi 88,9 m2 olan ev miras qalmışdır. Xalası qızı vəfat edən vaxtdan həmin evə baxır və Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən mirası faktiki qəbul etmişdir. Hazırda notariat ofisindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istəyir. Dünya ata-anasının tək övladı olmuş, özünün və Ağasəflə nikahlarından övladı olmamışdır. Qobustan rayon Notariat ofisi onun müraciətinə cavabında X10 birinci dərəcəli vərəsələri olan ataanasının ölüm faktını təsdiq edən sənədlərin olmadığına görə ona vərəsəlik haqqında şəhadətnamənin verilməsini mümkün hesab etməmiş və Dünyanın ata-anasının ölüm faktının müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dünyanın anası, onun xalası Səlimova (ata soyadı Nuriyeva) Gülşad Mirzəli qızı 1949cu ildə, atası X35 1939-cu ildə ilan sancmasından vəfat etmişdir, hər ikisi Sədəf kənd qəbristanlığında dəfn olunmuşlar və onların ölümünə dair heç bir sənəd yoxdur. Hazırda xalası X13 1949-cu ildə, onun əri X25 1939-cu ildə ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 rəisi X15 izahatında göstərdi ki, Ərizəçi xalası X13 və onun əri X25 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X13 1949-cu ildə, onun əri X25 1939-cu ildə ölmələri faktının müəyyən olunmasına etiraz etmir. Maraqlı şəxs Qobustan rayon Notariat ofisinin xüsusi notariusu X31 izahatında göstərdi ki, Ərizəçi xalası qızı X7 miras qalmış yaşayış evini qəbul etməsi üçün mərhumun birinci dərəcəli vərəsələri olan ata-anasının ölüm və nikahlarını təsdiq edən, həmçinin mərhumun onun xalasının qızı olması faktını təsdiq edən qohumluq sənədləri müəyyən edilmədiyinə görə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamışdır. X12 izahatında göstərdi ki, X35 onun qonşusu olmuşdur və Əlyar kəndin iri buynuzlu heyvanlarını otaran çoban olmuşdur. Əlyar heyvan otaran zaman ilan onu vurub öldürmüşdür. Əlyar kişi ikinci dünya müharibəsindən təxminən iki il əvvəl ölmüşdür. Əlyarın arvadı Gülşad isə Əlyardan təxminən on il sonra ölmüşdür, hər ikisi Sədəf kənd qəbristanlığında dəfn olunmuşlar. Əlyar və Gülşadın məzarlarını Dövlət Orqanlarına o göstərmişdir. X14 izahatında göstərdi ki, X35 Dünyanın atası, X26 isə Dünyanın anasıdır. Əlyar Səlimov heyvanlarını otaran zaman onu ilan sancmış və Əlyar örüş sahəsində ölmüşdür. Əlyar ikinci dünya müharibəsindən əvvəl ölmüşdür. Bacqızın anası Mələksuma 20 il bundan əvvəl, Bacqızın xalası Gülşad isə 60 ildən çoxdur ki, ölmüşdür. Əlyar və Gülşad onun qohumu olmuşdur. X3 izahatında göstərdi ki, Ərizəçi həmkəndli olmaqla yaxşı tanıyır. Bacqız ondan yaşca böyükdür. Bacqızın anası Mələksumanı və xalası Gülşadı çox yaxşı tanıyırdı. X42 evlənmişlər, onların Dünya adlı bir qızları anadan olmuşdur. Dünya da Ağasəflə evlənmiş, lakin onların övladları olmamışdır. Dünya və Ağasəf öləndən sonra onların evinə Bacqız baxır, onların evləri bir-birlərinə yaxındır. Ağasəflə Dünya 5-6 il olar ki, ölüblər. Mələksumanın və Gülşadın atalarının adı Mirzalı, analarının adı isə Göyüşdür. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Mərəzə rayon Yekəxana sovetliyinin 17 iyul 1954-cü il tarixdə verdiyi İE seriyalı 103470 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Dünya Əlyar qızı ilə nikahlarını 17 iyul 1954-cü ildə 03 nömrə ilə qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 20 may 2015-ci il tarixli AZ-İ seriyalı 704282 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 may 2015-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 28 iyun 2016-cı il tarixli AZ-İ seriyalı 783675 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 28 iyun 2016-cı il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli 139 saylı arayışından görünür ki, X22 11 fevral 1949-cu ildə ölmüşdür. Ölüm haqqında 03 oktyabr 1949-cu il tarixli 02 saylı akt qeydi Qobustan rayon Yekəxana kənd icra nümayəndəliyində tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix arxivinin verdiyi 21 noyabr 2019-cu il tarixli M-312/a.x saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Şamaxı rayonu Yekəxana kənd məscidinin sənədlərində X52 (sənəddə olduğu kimi) qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi 1899-cu il 6 iyul, valideynləri: atası-Mirzə Əli (sənəddə olduğu kimi) Əsgər oğlu, anası-Səfiyyə Həsənəli qızı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix arxivinin verdiyi 25 noyabr 2019-cu il tarixli M-316/a.x saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X28, Ərizəçi, X21, X32 və X16 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum Səlimova (ata soyadı Nuriyeva) X36, həqiqətən X7 başqa övladı olmamışdır. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X28, Ərizəçi, X21, X32 və X16 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum X11 və mərhum X19 ilə 17 iyun 1954-cü ildə ailə həyatı qurmuşdur. Ölən günədək onların övladı olmamışdır. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X28, Ərizəçi, X21, X32 və X16 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum X35 həqiqətən 1939-cu ildə ilan sancmasından vəfat etmiş, kənd camaatının iştirakı ilə Sədəf kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Qobustan rayonunun Sədəf kənd sakinləri X28, Ərizəçi, X21, X32 və X16 08 aprel 2021-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Sədəf kəndində yaşamış mərhum X17 həqiqətən 1949-cu ildə vəfat etmiş, kənd camaatının iştirakı ilə Sədəf kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Qobustan rayon Notariat ofisinin Ərizəçi ünvanlandığı 14 aprel 2021-ci il tarixli 58 saylı məktubdan görünür ki, xalası qızı X7 miras qalmış yaşayış evini qəbul etməsi üçün mərhumun birinci dərəcəli vərəsələri olan ata-anasının ölüm və nikahlarını təsdiq edən, həmçinin mərhumun onun xalasının qızı olması faktını təsdiq edən qohumluq sənədləri müəyyən edilmədiyinə görə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X13 1949-cu il tarixdə, X25 1939cu il tarixdə Qobustan rayonunun Sədəf kəndində ölmələrinın qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13 1949-cu il tarixdə, X25 1939-cu il tarixdə Qobustan rayonunun Sədəf kəndində ölmələrinin qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-189/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-189/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver