Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-197/2020 09.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi atası X3 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi atası X3 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərdi ki, 1981-ci ildən Qobustan rayonunun Xilmilli kəndində yaşayırlar. AtasıX9 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində vəfat etmişdir. Atasını Qobustan rayonunun Şıxlar kənd qəbristanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən və yas mərasiminə başları qarışıq olduğundan ölüm şəhadətnaməsi almamışlar. Müəyyən təşkilatlara lazım olduğu üçün atasının ölüm şəhadətnaməsi tələb olunur. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bunun məhkəmə qaydasında olmasını bildirmişlər. Məhkəmədən kənar qaydada əldə edə bilmədiyindən atasıX3 xx xxxxx 2012-ci il tarixdə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Atası X3 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X5 izahatında göstərdi ki, Ərizəçi atası X3 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X3 ölüm faktının müəyyən olunmasına etiraz etmir. Şahid X12 izahatında göstərdi ki, Ərizəçi onun əmisi oğludur, Əmisi X9 xx xxxxx 2012-ci il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində özü iştirak etmişdir. X1 rayonunun Xilmilli kəndində vəfat etmiş, onu Şıxlar kənd qəbristanlığında dəfn etmişlər. Şahid X13 izahatında göstərdi ki, X9 xx xxxxx 2012-ci il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində özü iştirak etmişdir. X9Qobustan rayonunun Xilmilli kəndində vəfat etmiş, onu Şıxlar kənd qəbristanlığında dəfn etmişlər. Şahid X14 izahatında göstərdi ki, Ərizəçi həmkəndli və qonşu olaraq tanıyır. Bəhruzun atası X9 xx xxxxx 2012-ci il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində iştirak etmişdir. X6 Şıxlar kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, təmin edilməlidir. İş materiallarında olan Qobustan rayonunun Xilmilli kənd sakinləri X10, X15 və X7 xx xxxx 2020-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Xilmilli kənd sakini, xx xxxx 1955-ci il tarixdə anadan olmuş X9 xx xxxxx 2012-ci il tarixdə Xilmilli kəndində vəfat etmiş və dədə-baba qəbristanlığının yerləşdiyi Şıxlar kəndində dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx xxxx 2020-ci il tarixli 90 saylı məktubda göstərilir ki, X3 ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi bildirilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X9 xx xxxx 1955-ci il tarixdə anadan olmuş, xx xxxxx 2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 xx xxxxx 2012-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-197/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-197/2020
09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver