Məhkəmə qərarları › İş №2(026)-198/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-198/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-198/2020 09.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Ərizəçi qızı X4 xx xxxxxx 2018-ci tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qızı X4 xx xxxxxx 2018-ci tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərdi ki, Sandalova Xumarə Dövlət qızı ilə xx xxxxxxxx 2014-cü il tarixdə evlənmişlər, nikahlarını isə xx xxxx 2019-cu il tarixdə Maraqlı şəxsndə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2015-ci il tarixdə Adəm, xx xxxx 2017-ci il tarixdə Məryəm, xx xxxx 2019-cu il tarixdə Amid və xx xxxxx 2020-ci il tarixdə Amin adlı uşaqları anadan olmuşdur.Qızı Məryəm xx xxxxxx 2018-ci il tarixdə qəflətən vəfat etmişdir. Məryəmi Qobustan rayonunun Xilmilli kənd qəbristanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən Məryəm üçün ölüm şəhadətnaməsi almamışlar. Hazırda Məryəmin ölüm şəhadətnaməsi lazım olduğundan ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bunun məhkəmə qaydasında olmasını bildirmişlər. Məhkəmədən kənar qaydada əldə edə bilmədiyindən qızı Məryəmin xx xxxxxx 2018-ci il tarixdə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X4 xx xxxxxx 2018-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X7 izahatında göstərdi ki, Ərizəçi qızı X4 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X4 ölüm faktının müəyyən olunmasına etiraz etmir. Şahid X8 izahatında göstərdi ki, X11 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində özü iştirak etmişdir. X1 rayonunun Xilmilli kəndində vəfat etmiş və onu Xilmilli kənd qəbristanlığında dəfn etmişlər. Şahid X13 izahatında göstərdi ki, Ərizəçi onun əmisi oğludur, Bəhruzun qızı Məryəm xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində özü iştirak etmişdir. X1 rayonunun Xilmilli kəndində vəfat etmiş və onu Xilmilli kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, təmin edilməlidir. İş materiallarında olan Qobustan rayonunun Xilmilli kənd sakinləri X13, X9 və X2 xx xxxx 2020-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Xilmilli kənd sakini, xx xxxx 2017-ci il tarixdə anadan olmuş X11 xx xxxxxx 2018-ci il tarixdə Xilmilli kəndində vəfat etmiş və Xilmilli kəndində dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx xxxx 2020-ci il tarixli 90 saylı məktubda göstərilir ki, X5 ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi bildirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 312393 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2019-cu il tarixdə Sandalova Xumarə Dövlət qızı ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan AZ-İİİ seriyalı 950555 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2017-ci ildə doğulmuşdur. Atası Ərizəçi, anası Sandalova Xumarə Dövlət qızıdır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 xx xxxxxx 2018-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx xxxxxx 2018-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar