Məhkəmə qərarları › İş №2(026)-208/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-208/2021

28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-208/2021 28.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı tərəflərin birgə nikah dövründə inşa etdikləri Qobustan rayonunun Təklə kəndində yerləşən 120 kv.m sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin inşa edildiyi 0,05 ha torpaq sahəsinin dəyərinin yarısının alınıb İddiaçı verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı tərəflərin birgə nikah dövründə inşa edilmiş, Qobustan rayonunun Təklə kəndində yerləşən 120 kv.m sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin inşa edildiyi 0,05 ha torpaq sahəsinin dəyərinin yarısının alınıb İddiaçı verilməsinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı tərəflərin birgə nikah dövründə inşa edilmiş, Qobustan rayonunun Təklə kəndində yerləşən 120 kv.m sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin inşa edildiyi 0,05 ha torpaq sahəsinin dəyərinin yarısının alınıb İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar