Məhkəmə qərarları › İş №2(026)-227/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-227/2022

09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-227/2022 09.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Ərizəçi 27 fevral 1993-cü il tarixdə anadan olmuş övladı X17 05 yanvar 1994-cü il tarixdə, 27 fevral 1993-cü il tarixdə anadan olmuş övladı X13 07 yanvar 1994-cü il tarixdə ölümlərinin qeyd edilmə tarixinin müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 27 fevral 1993-cü il tarixdə anadan olmuş övladı X17 05 yanvar 1994-cü il tarixdə, 27 fevral 1993-cü il tarixdə anadan olmuş övladı X13 07 yanvar 1994-cü il tarixdə ölümlərinin qeyd edilmə tarixinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərdi ki, 1990-cı ildə Qobustan şəhər sakini X20 ilə ailə qurmuş, lakin nikahlarını 03 avqust 1991-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 05 sentyabr 1991ci ildə Səxavət, 27 fevral 1993-ü ildə əkiz uşaqları Telman və Elman, 01 may 1996-cı ildə isə Güllübəyim adlı dörd uşaqları anadan olmuşdur. Əkiz uşaqları anadangəlmə qüsurlu olduqlarından Elman 05 yanvar 1994-cü il tarixdə, Telman isə 07 yanvar 1994-cü il tarixlərdə vəfat etmişlər. Uşaqlar kiçik yaşlı olduqlarından, eləcə də qanunu bilmədiklərindən Elman və Telmanın ölümü barədə şəhadətnamə almamışlar. Əri Oktay da 01 sentyabr 2020-ci ildə vəfat etmişdir. Əri Oktaydan qalmış avtomaşını oğlu Səxavətin adına keçirtmək üçün “ASAN” xidmətə müraciət etmiş, orada kompüter bazasında Telman və Elmanın sağ kimi qeyd olunduğu ona bildirilmişdir. Uşaqların ölüm faktının müəyyən etmək başqa cür mümkün olmadığından onların ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. 27 fevral 1993-cü il tarixdə anadan olmuş oğlu X17 05 yanvar 1994-cü il tarixdə, 27 fevral 1993-cü il tarixdə anadan olmuş oğlu X13 isə 07 yanvar 1994-cü il tarixdə ölümlərinin qeyd edilmə tarixinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X8 izahatında göstərdi ki, Ərizəçi 27 fevral 1993-cü il tarixdə anadan olmuş əkiz övladları X24 və X13 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi 27 fevral 1993-cü il tarixdə anadan olmuş əkiz övladları X17 05 yanvar 1994-cü il tarixdə X13 isə 07 yanvar 1994-cü il tarixdə ölmələri faktının müəyyən olunmasına etiraz etmir. X1 izahatında göstərdi ki, Ərizəçi onun ərinin qardaşı arvadıdır. Lütfiyyənin 27 fevral 1993-cü il tarixdə anadan olmuş əkiz övladları Elman və Telman anadangəlmə xəstə olmuşlar. Uşaqlar müalicə olunsalar da, inkişaf etmirdilər. Elman 05 yanvar 1994-cü il tarixdə, Telman isə 07 yanvar 1994-cü il tarixdə vəfat etmişlər. Uşaqları Qobustan rayonunda yerləşən “Diri baba” qəbiristanlığında dəfn etmişlər. Şahid X31 oğlu izahatında göstərdi ki, Ərizəçi onun mərhum qardaşı Oktayın arvadıdır. X12 birgə nikahdan dörd uşaqları anadan olmuşdur. Onların 27 fevral 1993-cü il tarixdə anadan olmuş əkiz övladları Elman və Telman anadan gəlmə qüsurlu olmuş və onların mütəmadi xəstəxanalara apararaq müalicə etdirməklərinə baxmayaraq uşaqlar inkişaf etmirdilər. Elman 05 yanvar 1994-cü il tarixdə, Telman isə 07 yanvar 1994-cü il tarixdə vəfat etmişlər. Uşaqların yuyulmasında, kəfənlənməsində və Qobustan rayonunda yerləşən “Diri baba” qəbiristanlığında dəfn etmələrində özü iştirak etmişdir. X5 izahatında göstərdi ki, Ərizəçi və onun mərhum əri Oktayla qonşu olmuşlar. Oktayla Lütfiyyənin birgə nikahdan dörd uşaqları anadan olmuşdur. Onların 27 fevral 1993cü il tarixdə anadan olmuş əkiz övladları Elman və Telman anadangəlmə qüsurlu olmuş və inkişafdan geri qalmışlar. Müalicə olunmalarına baxmayaraq Elman 05 yanvar 1994-cü il tarixdə, Telman isə 07 yanvar 1994-cü il tarixdə vəfat etmişlər. Uşaqları Qobustan rayonunda yerləşən “Diri baba” qəbiristanlığında dəfn etmişlər və dəfndə iştirak etmişdir. X6 izahatında göstərdi ki, Ərizəçi və onun mərhum əri Oktayla qonşu olmuşlar. Oktayla Lütfiyyənin 1993-cü ildə Elman və Telman adlı əkiz uşaqları olmuşdur. Qonşu olduqları üçün uşaqların qüsurlu doğulduğunu və onların mütəmadi müalicəyə aparıldığını bilirdi. Həmin uşaqlar 1994-cü ilin yanvar ayında iki gün fərqlə vəfat etdilər. Hər ikisinin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs 10 noyabr 2020-ci il tarixdə verdiyi 257 saylı arayışdan görünür ki, X7 Lütfiyyə Qubat qızı ilə nikahlarını 03 avqust 1991-ci ildə 15 nömrə ilə qeyd etdirməklə evlənmişlər. Maraqlı şəxs 13 aprel 2021-ci il tarixdə verdiyi 114 saylı arayışdan görünür ki, X29 oğlu 27 fevral 1993-cü il tarixdə Qobustan rayonunda anadan olmuşdur. X10, anası Ərizəçidır. Maraqlı şəxs 13 aprel 2021-ci il tarixdə verdiyi 115 saylı arayışdan görünür ki, X24 27 fevral 1993-cü il tarixdə Qobustan rayonunda anadan olmuşdur. X10, anası Ərizəçidır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 01 dekabr 2020-ci il tarixdə verdiyi AZ- İİ seriyalı 123878 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən Qobustan şəhər sakini Ərizəçi ünvanlanmış 05 may 2021-ci il tarixli məktubda göstərilir ki, övladları X22 və X17 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu, Qobustan şəhər sakinləri Ərizəçi, X21 və X2 05 aprel 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, 27 fevral 1993-cü il tarixdə anadan olmuş X23 və X24 anadangəlmə qüsurlu doğulmuş, Elman 05 yanvar 1994-cü il tarixdə, Telman isə 07 yanvar 1994-cü il tarixdə vəfat etmişlər. Uşaqlar yaxınlarının iştirakı ilə Qobustan şəhəri, T. İsmayılov küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X17 05 yanvar 1994-cü il tarixdə, X13 isə 07 yanvar 1994-cü il tarixdə Qobustan rayonu, Qobustan şəhərində ölümlərinın qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X17 05 yanvar 1994-cü il tarixdə, X13 isə 07 yanvar 1994-cü il tarixdə Qobustan rayonu, Qobustan şəhərində ölümlərinın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar