Məhkəmə qərarları › İş №2(026)-247/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-247/2021

17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-247/2021 17.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı və cavabdeh Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı cəmi 2500 manat dəyərində, bir dəst sırqa-üzük, qolbağ və sep, 200 manat dəyərində bir ədəd sadə nişan üzüyü, 200 manat dəyərində üzük, 300 manat dəyərində 1 ədəd üzük, 300 manat dəyərində bir ədəd üzük, 200 manat dəyərində bir ədəd qolbağın və ya onların dəyərinin Cavabdeh oğlundan alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğlundan cəmi 2500 manat dəyərində, bir dəst sırqa-üzük, qolbağ və sep, 200 manat dəyərində bir ədəd sadə nişan üzüyü, 200 manat dəyərində üzük, 300 manat dəyərində 1 ədəd üzük, 300 manat dəyərində bir ədəd üzük, 200 manat dəyərində bir ədəd qolbağın və ya onların dəyərinin Cavabdeh oğlundan alınaraq ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 23 aprel 2017-ci il tarixdə 14 iyul 2010-cu il tarixdə anasının xalası oğlu olan Cavabdeh oğlu ilə nişanlanmış, 11 may 2018-ci il tarixdə qız toyu və 20 iyun 2018-ci il tarixdə oğlan toyu olaraq Akşinin evinə gəlin köçmüşdür. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Toydan üç ay sonra Akşin ona onu istəmədiyini, anasının onu məcbur evləndirdiyini dediyinə görə o, valideynlərinin yanına qayıtmışdır. Bir neçə vaxtdan sonra böyüklərin məsləhəti və təkidi ilə yenidən Akşinin evinə qayıtmışdır. Akşinlə bir il bir yerdə yaşasalar da Akşinin ona olan soyuq davarınışından, ona qarşı istəyinin olmadığından bezib yenidən valideyinlərinin yanına getmişdir. Dayısı Akşinlə söhbət etdiyi zaman Akşin ona bir daha belə halların olmayacağını dediyinə görə Akşinə inanıb yenidən onunla ər evinə qayıtmışdır. Lakin yenə də Akşinin hərəkətlərində və xasiyyətində heç bir irəliləyişin olmadığını görüb 22 aprel 2021-ci il tarixdə valideynlərinin yanına getmişdir. O evdən çıxdıqdan sonra anası Validə, bibisi Xoşgül, atası Etibar, atasının əmisi oğlanları Şəmistan, Fikrət və atasının dayısı oğlu Pənah Akşinin evində olan ona məxsus cehiz əmlaklarını götürsələr də, ona məxsus qızıl-zinət əşyalarını verməmişlər. Toydan bir həftə sonra Akşin onun qızıllzrını Bakı şəhərində lombarda qoyub əvəzində pul götürmüş və ona qızıllarını qaytaracağını demişdir. Akşinin evindən çıxarkən ona məxsus 2500 manat dəyərində bir dəst sırqa-üzük, qolbağ və sep, 200 manat dəyərində bir ədəd sadə nişan üzüyü, 200 manat dəyərində üzük (həmin üzüyü nişanlı olanda Akşin ona hədiyyə almışdır), 300 manat dəyərində bir ədəd üçün (həmin üzüyü Akşinin bacısı ona hədiyyə almışdır), 200 manat dəyərində bir ədəd qolbağ (həmin qolbağı son zəngində nənəsi ona hədiyyə etmişdir) Akşinin evində qalmışdır. Həmin qızılların satılmasına o, razılıq verməmişdir. Cavabdeh oğlundan cəmi 2500 manat dəyərində, bir dəst sırqa-üzük, qolbaq və sep, 200 manat dəyərində bir ədəd sadə nişan üzüyü, 200 manat dəyərində üzük, 300 manat dəyərində 1 ədəd üzük, 300 manat dəyərində bir ədəd üzük, 200 manat dəyərində bir ədəd qolbağın və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı X1 ilə 20 iyun 2018-ci il tarixdə toy edib evlənmişlər. Aynurla yaşadıqları müddət ərzində uşaqları olmamışdır. İddia olunan qızıl-zinət əşyalarından bir ədəd nişan üzüyünü görmüşdür. Anası ona Aynurun qızılları ona verərək satıb onu müalicə etmələrini istədiyini demişdir. Həmin qızılları anası lobmarda qoymuş, sonrada götürmədikləri üçün lombardda qalmışdır. İş üzrə şahid X2 izahatında göstərdi ki, Akşin onun oğludur. Oğlu Akşini bacısı nəvəsi olan Aynurla nişanlamış və 20 iyun 2018-ci il tarixdə toy edib Aynuru evinə gəlin gətirmişdir. Toydan iki ay sonra Aynur ona alınan bütün qızılları və nənəsinin ona hədiyyə etdiyi qolbağı da gətirib ona verərək həmin qızılları lombarda qoyub pul götürməsini və onu uşağı olması üçün müalicəyə aparmalarını xahiş etmişdir. O. da Aynurun verdiyi bütün qızıl-zinət əşyalarını lombarda qoyaraq götürdüyü pulu Aynurun müalicəsi üçün xərcləmişdir. Aynur üçün aldıqları qızıllar türk qızılları olmuşdur və həmin qızıllar lombardda çəkildiyi zaman 21 qram olmuşdur. Sonradan pandemiya ilə əlaqədar lombarda olan borcu ödəyə bilmədiklərindən qızıllar lombard tərəfindən satılmışdır. Gəlini Aynuru anası gəlib onun evindən aparmışdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu ilə 20 iyun 2018-ci il tarixdə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların bu evlilikdən uşaqları olmamışdır. Aralarında olan mübasibət pozulduğundan 22 aprel 2021-ci il tarixdə Aynur valideynlərinin yanına qayıtmış və hazırda da orada yaşayır. O evdən çıxdıqdan sonra valideynləri ona məxsus cehiz əşyalarını Akşinin evindən aparsalar da, Akşin ona məxsus qızıl-zinət əşyalarını ona verməmişdir. Qızıl-zinət əşyalarını lombarda qoyub əldə olunan pulu İddiaçı müalicəsi üçün sərf edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədi. İş materiallarına əlavə olunmuş Şamaxı rayon “Şamo” firmasının nəzdində fəaliyyət göstərən “Almaz” qızıl dükanı tərəfindən 29 iyun 2021-ci il tarixdə verilmiş 157 saylı rəydə göstərilir ki, İddiaçı dediklərinə və göstərdiyi fotoşəkillərə əsasən qızıl-zinət əşyalarının təqribi bazar qiyməti – sırqa 1 ədəd 585 7,0 qram x 80 azn=560 azn, üzük 1 ədəd 585 3,0 qram x 80 azn=240 azn, boyunbağı 1 ədəd 585 14,0 qram x 80 azn=1120 azn, qolbağ 1 ədəd 585 6,0 qram x80 azn=480 azn, üzük 1 ədəd 585 4,0 qram x 80 azn = 320 azn, üzük 1 ədəd 583 9, 0 qram x 80 = 720 azn, üzük 1 ədəd, 585 3,4 qram x 80 azn = 272 azn, nişan üzüyü 1 ədəd, 585 5,0 qram x 80 azn =400 azn, qolbağ 1 ədəd 585 2,0 qram x 80 azn =160 azn, cəmi 4272,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, 1 ədəd 560 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 7,0 qram çəkidə sırqa,1 ədəd 240 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 3,0 qram çəkidə üzük, 1 ədəd 1120 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 14,0 qram çəkidə boyunbağı, 1 ədəd 480 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 6,0 qram çəkidə qolbaq, 1 ədəd 272 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 3,4 qram çəkidə üzük, 1 ədəd 400 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 5,0 qram çəkidə nişan üzüyü,1 ədəd 160 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 2,0 qram çəkidə qolbaq və ya onların dəyəri Cavabdeh oğlundan alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 1 ədəd 560 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 7,0 qram çəkidə sırqa,1 ədəd 240 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 3,0 qram çəkidə üzük, 1 ədəd 1120 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 14,0 qram çəkidə boyunbağı, 1 ədəd 480 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 6,0 qram çəkidə qolbaq, 1 ədəd 272 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 3,4 qram çəkidə üzük, 1 ədəd 400 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 5,0 qram çəkidə nişan üzüyü,1 ədəd 160 manat dəyərində Türkiyə istehsallı 585 əyarlı 2,0 qram çəkidə qolbaq və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev İş

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar