Məhkəmə qərarları › İş №2(026)-249/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-249/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-249/2023 09.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 26 fevral 2021-ci il tarixdə anadan olmuş övladı X6 22 sentyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 26 fevral 2021-ci il tarixdə anadan olmuş övladı X6 22 sentyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayır. 16 mart 2013-cü il tarixdə bibisi qızı X16 ilə nikahlarını Maraqlı şəxsndə 15 sayla qeyd etdirməklə evlənmişlər, hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Birgə nikahlarından 05 yanvar 2013-cü il tarixdə Turan, 07 fevral 2014-cü il tarixdə Məhbubə və 26 fevral 2021-ci il tarixdə Melisa adlı üç uşaqları anadan olmuşdur. 26 fevral 2021-ci il təvəllüdlü qızı Melisa 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində öz həyətlərində bir metr hündürlüyü olan səkidən yerə yıxılaraq xəsarət almış və onu Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Lakin xəstəxanadan uşağın beyninə qan sızdığını və təcili əməliyyat olunması üçün Bakı şəhərinə aparılmasını onlara dediklərinə görə qayınatası Sahib, onun oğlu Kərimlə birlikdə Melisanı Bakı şəhəri “Neyrocərrahiyyə” xəstəxanasına aparmışlar. Həmin günü Melisanı əməliyyata almışlar və əməliyyat edən həkim əməliyyatın uğurla keçməsini desə də, uşağın yaşaması üçün heç bir ümid verməmişdir. 22 sentyabr 2022-ci il tarixdə Melisa xəstəxanada dünyasını dəyişdiyindən onu yaşadıqları Qobustan şəhərinə gətirərək əvvəlki Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. Melisanın ölümündən çox sarsıntı keçirdikləri üçün onun üçün ölüm şəhadətnaməsi almaq yadlarına düşməmişdir. Sonradan ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm şəhadətnaməsi alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 26 fevral 2021-ci il tarixdə anadan olmuş qızı X6 22 sentyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X8 məhkəməyə ərizə göndərərək Şamaxı rayon qeydiyyat şöbəsinin rəisini əvəz etdiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ərizənin təmin olunmasına etiraz etmədiyi göstərmişdir. X3 izahatında göstərdi ki, Ərizəçi ilə qonşudur. Mehrabın qızı Melisa 16 sentyabr 2022-ci il tarixdə günün axşam saatlarında öz həyətlərində olan səkidən yerə yıxılaraq xəsarət almışdır. Melisanın Bakı şəhərinə xəstəxanaya aparılmasında iştirak etmişdir. Melisa əməliyyat olunduqdan bir neçə gün sonra Bakı şəhərindəki “Neyrocərrahiyyə” xəstəxanasında dünyasını dəyişmişdir. Onu Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. Melisanın qəbrinin qazılmasında, dəfnində də iştirak etmişdir. X4 izahatında göstərdi ki, Ərizəçi onun böyük qardaşıdır. Mehrabın Turan, Məhbubə və Melisa adlı üç uşağı var idi. 26 fevral 2021-ci il tarixdə anadan olmuş Melisa 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində öz həyətlərində olan səkidən yerə yıxılaraq xəsarət almış və onu Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Lakin Melisanın beyninə qan sızdığına görə onu xəstəxanaya qəbul etməyərək Bakı şəhərinə aparılmasını məsləhət gördüklərindən Melisanı Bakı şəhərindəki “Neyrocərrahiyyə” xəstəxanasına apararaq beyin əməliyyatı etdirmişlər. Melisa əməliyyatdan beş gün sonra, yəni 22 sentyabr 2022-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Onu yaşadıqları Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. X7 izahatında göstərdi ki, Ərizəçi onun qızı Tuğranın həyat yoldaşıdır. Onların Turan, Məhbubə və Melisa adlı üç uşağı var idi. 26 fevral 2021-ci il tarixdə anadan olmuş Melisa 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində öz həyətlərində olan səkidən yerə yıxılaraq xəsarət almışdır. Melisanı Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Lakin uşağın beyninə qan sızdığına görə onun Bakı şəhərinə aparılmasını məsləhət gördüklərindən oğlu Kərim və kürəkəni Mehrabla birlikdə Melisanı Bakı şəhərindəki “Neyrocərrahiyyə” xəstəxanasına apararaq beyin əməliyyatı etdirmişlər. Melisa əməliyyatdan beş gün sonra, yəni 22 sentyabr 2022-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Onu yaşadıqları Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. X1 şahid X19 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi 17 mart 2023-cü il tarixdə ünvanladığı 3-16-5/8-13-83/23 saylı məktubundan görünür ki, 22 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X6 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2022-2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan şəhər sakinləri X17, X9 və X5 15 mart 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Qobustan şəhəri üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, X12 16 sentyabr 2022-ci il tarixdə həyətdə olan səkidən yıxılaraq beyin qanaması keçirmiş, 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhər “Neyrocərrahiyyə” xəstəxanasında kəlləbeyin əməliyyatı olunsa da, Melisa 22 sentyabr 2022-ci il tarixdə saat 12:30-da vəfat etmiş və Qobustan şəhər qəbristanlığında dəfn edilmişdir. Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Respublika X2 Hüquqi Şəxsin xəstənin stasionar tibbi kartasından (ölüm epikriz) 1733 saylı çıxarışdan görünür ki, 26 fevral 2021-ci il təvəllüdlü X12 17 sentyabr 2022-ci il tarixdə qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi və sıxılması ilə, sağ təpə sümüyünün kiçik ölçülü basılmış sınığı, sağ təpə-gicgah nahiyyəsini kəskin epidural hematoması ilə xəstəxanaya daxil olmuş, xəstə kəllə-beyin əməliyyatına alınaraq əməliyyat olunmuş, lakin xəstənin vəziyyətində proqressiv artan mənfi dinamika qeyd edildiyindən 22 sentyabr 2022-ci il tarixdə saat 12:30-da xəstədə bioloji ölüm qeydə alınmışdır. Məzarın fotoşəklindən görünür ki, Hümmətova Melisa 22 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 fevral 2021-ci il tarixdə anadan olmuş X6 22 sentyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 fevral 2021-ci il tarixdə anadan olmuş X6 22 sentyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar