Məhkəmə qərarları › İş №2(026)-263/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-263/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-263/2023 08.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 17 fevral 1991-ci il tarixdə anadan olmuş övladı X8 03 avqust 1997-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 17 fevral 1991-ci il tarixdə anadan olmuş övladı X9 03 avqust 1997-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 17 sentyabr 1982-ci ildə X17 ilə ailə qurmuş, birgə nikahlarından 5 uşaqları anadan olmuşdur. Beşinci uşaqları Bəsdi 17 fevral 1991-ci il tarixdə anadan olmuşdur. 03 avqust 1997-ci il tarixdə evdə olarkən xəstəlikdən vəfat etmişdir. Onu yaşadıqları Sündü kəndindəki “Pirdar” kənd qəbristanlığında babası Camal Müslümovun yanında dəfn etmişlər. Əri Azad 07 dekabr 2010-cu ildə vəfat etmişdir. O elə bilmişdir ki, əri Azad qızı Bəsdi üçün ölüm haqqında şəhadətnamə alıb. Lakin yaxın zamanda Bəsdi üçün ölüm haqqında şəhadətnamə alınmadığı ona məlum olmuşdur. Ailələrinə verilən torpağa mülkiyyət hüququna dair JN-261 saylı KOD 30700038 dövlət aktında Bəsdinin də adı var. Hazırda dövlət aktı mülkiyyət hüququna dair çıxarışla əvəzlənməlidir. Bəsdinin ölümü barədə sənəd olmadığından çıxarış almaq mümkün deyildir. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 17 fevral 1991-ci il tarixdə anadan olmuş övladı X9 03 avqust 1997-ci il tarixdə ölümüm qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X5 məhkəməyə ərizə göndərərək Şamaxı rayon qeydiyyat şöbəsinin rəisini əvəz etdiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. X1 izahatında Ərizəçi 1991-ci ildə anadan olmuş qızı Bəsdinin 1997-ci ildə xəstəlikdən vəfat etdiyini, Bəsdini özünün yuyub kəfənlədiyini göstərdi. X3 izahatında göstərdi ki, Ərizəçi həmkəndli kimi yaxşı tanıyır. Arifə və Azadın 1991-ci ildə anadan olmuş qızları Bəsdi 03 avqust 1997-ci il tarixdə xəstəlikdən evdə ölmüşdür. Bəsdinin qəbrini onun əmisi Qabillə birlikdə qazmışdır və bəsdinin dənfində də iştirak etmişdir. Uşaq azyaşlı olduğu üçün 3-7 və 40 mərasimləri keçirilməmişdir. Onu “Pirdar” adlanan kənd qəbristanlığında dəfn etmişlər. X4 izahatında Ərizəçi onun mərhum qardaşı Azadın arvadıdır. Onların 1991-ci ildə anadan olmuş qızları Bəsdi 1997-ci ilin avqust ayının 3-də evdə xəstəlikdən vəfat etmişdir. Bəsdinin qəbrini Gülirza Nəhmətovla birlikdə qazmışlar. Uşaq azyaşlı olduğu üçün 3-7 və 40 mərasimləri keçirilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi 07 aprel 2023-cü il tarixdə ünvanladığı 3-16-5/8-xx-xx/2023 saylı məktubundan görünür ki, 03 avqust 1997-ci il tarixdə vəfat etmiş X9 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1996-2003-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Sündü kənd sakinləri X13, X15 və X2 29 mart 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, 17 fevral 1991-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində anadan olmuş X16 03 avqust 1997-ci il tarixdə vəfat etmiş və Sündü kənd “Pirdar” adlanan qəbristanlığda dəfn edilmişdir. Məzarın fotoşəklindən görünür ki, 17 fevral 1991-ci il təvəllüdlü X16 03 avqust 1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 fevral 1991-ci il tarixdə anadan olmuş X9 03 avqust 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 fevral 1991-ci il tarixdə anadan olmuş X9 03 avqust 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar