Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-269/2023 19.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 30 aprel 1995-ci il tarixdə anadan olmuş oğlu X1 18 iyul 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 30 aprel 1995-ci il tarixdə anadan olmuş oğlu X1 18 iyul 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxx 1974-cü ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş və hazırda Qobustan rayonunun Təklə kəndində yaşayır. X9 2003-cü ilin iyul ayının 18-də xərçəng xəstəliyindən vəfat etmişdir. Allahverəni Təklə kənd qəbristanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən ölüm şəhadətnaməsı almamışlar. Övladı üçün ölüm şəhadətnaməsi almaq üçün Qobustan rayon qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ailələrinə verilən torpağa mülkiyyət hüquqna dair JN-0076 saylı (KOD ********) Dövlət aktına Allahverənində adı vardır. Dövlət aktı mülkiyyət hüququna dair çıxarışla əvəzlənməlidir. Allahverənin ölüm barədə sənəd olmadığından çıxarış almaq mümkün deyildir. Ona görə də 30 aprel 1995-ci il tarixdə anadan olmuş oğlu X1 18 iyul 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qobustan rayon Qeydiyyat Şöbəsinin rəisi X8 məhkəməyə ərizə göndərərək Şamaxı rayon qeydiyyat şöbəsinin rəisini əvəz etdiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. X6 izahatında göstərdi ki, Ərizəçi həmkəndli olmaqla yaxşı tanıyır. Arazın 1995-ci ildə anadan olmuş övladı X5 18 iyul 2023-cü il tarixdə xərçəng xəstəlikdən vəfat etmişdir. Onun meyidinin yuyulub kəfənlənməsində və yas mərasimində iştirak etmişdir. X2 izahatında göstərdi ki, Ərizəçi 1995-ci ildə anadan olmuş övladı X5 18 iyul 2023-cü il tarixdə xərçəng xəstəlikdən vəfat etmişdir. Onu Təklə kənd qəbristanlığında dəfn etmişlər və qəbrin qazılmasında o da iştirak etmişdir. X3 X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon Qeydiyyat Şöbəsinin Ərizəçi 18 aprel 2023-cü il tarixdə ünvanladığı 3-16- 5/8-13-107/23 saylı məktubundan görünür ki, 18 iyul 2023-cü il tarixdə vəfat etmiş X1 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2000-2009-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Təklə kənd sakinləri Ərizəçi, X14, X11, X10 və X4 19 aprel 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, 03 aprel 1995-ci il təvəllüdlü X5 18 iyul 2003-cü il tarixdə vəfat etmiş və Təklə kənd qəbristanlığında dəfn edilmişdir. Məzarın fotoşəklindən görünür ki, X5 03 aprel 1995-ci ildə anadan olmuş 18 iyul 2003-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 aprel 1995-ci il tarixdə anadan olmuş X1 18 iyul 2003-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 aprel 1995-ci il tarixdə anadan olmuş X1 18 iyul 2003-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-269/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-269/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver