Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-29/2023 19.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi X2 05 yanvar 2020-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X2 05 yanvar 2020-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 01 iyul 1949-cu il təvəllüdlü anası X11 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndindəki evində ürək çatışmazlığından vəfat etmişdir. Anasını kənd sakinlərinin iştirakı ilə Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Qobustan rayon mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, müddət keçdiyi üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir. X2 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonu Ərəbşalbaş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X4 izahatında göstərmişdir ki, Ərizəçi, 01 iyul 1949-cu il təvəllüdlü X2 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X7 05 yanvar 2020-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 izahatında göstərdi ki, X11 onun anasıdır. Anası Adilə 05 yanvar 2020-ci il tarixdə vəfat etmişdir və onu Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. Həm dəfn mərasimində, həm də yas məclisində iştirak etmişdir. X1 izahat verərək göstərdi ki, X11 05 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Adilənin yuyulmasında və kəfənlənməsində iştirak etmişdir. X5 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusu və qohumudur. Anarın anası X11 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndinin qəbristanlığında dəfn edilmişdir. Adilə Zahidovanın dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 19 oktyabr 2022-ci il tarixli 243 saylı məktubundan görünür ki, X7 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2020-2022-ci il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Ərəbşalbaş kənd sakinləri X8, X12 və Ərizəçi 23 sentyabr 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Ərəbşalbaş kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşamış 01 iyul 1949-cu il təvəllüdlü X11 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində, öz evində ürək tutmasından vəfat etmişdir. Məzarın fotoşəklindən görünür ki, 01 iyul 1949-cu il təvəllüdlü X11 05 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 05 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-29/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-29/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver