Məhkəmə qərarları › İş №2(026)-291/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-291/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-291/2024 29.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X13 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi övladının vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏyyƏN ETDİ: Ərizəçi 19 sentyabr 2013-cü ildə anadan olmuş övladı X4 20 may 2015-ci ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Cəmcəmli kəndində qeydiyyatda olmaqla orada yaşayır. 02 iyul 2010-cu il tarixdə X8 ilə nikahlarını Qobustan rayon İHB-nın Cəmcəmli kəndi üzrə icra nümayəndəliyində 03 sayla qeyd etdirməklə evlənmişlər, hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Birgə nikahlarından 12 mart 2011-ci ildə Elgiz, 19 sentyabr 2013-cü ildə Nərgiz, 21 yanvar 2016-cı ildə Nərmin və 04 oktyabr 2017-ci ildə Elmir adlı dörd uşaqları anadan olmuşdur. 19 sentyabr 2013-cü il təvəllüdlü qızı Nərgiz 20 may 2015-ci il tarixdə axşam saat 20 radələrində evdə olarkən qəflətən vəfat etmişdir. Onu yaşadıqları Cəmcəmli kənd qəbristanlığında dəfn etmişlər. Nərgizin ölümündən çox sarsıntı keçirdikləri üçün və alınmasının vacib olduğunu bilmədikləri üçün ölüm şəhadətnaməsi almamışlar. yaxın günlərdə Nərgiz üçün ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon mərkəzi xəstəxanasına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. 19 sentyabr 2013-cü il tarixdə anadan olmuş qızı X4 20 may 2015-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi Seyidəhmədli Urfilə Şamil qızı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. X1 ifadəsində göstərdi ki, Ərizəçi onun gəlinidir. Ülfətin 19 sentyabr 2013-cü il təvəllüdlü qızı Nərgiz 20 may 2015-ci il tarixdə gecə saatlarında evdə olarkən qəflətən vəfat etmişdir. Nərgizi yaşadıqları Cəmcəmli kənd qəbristanlığında dəfən etmişlər. Şahid Niftaliyeva Maisə Məhi qızı ifadə verərək göstərdi ki, Ərizəçi qonşu olmaqla yaxşı tanıyır. Ülfət və Əhməd Ələsgərovların 19 sentyabr 2013-cü il təvəllüdlü qızı Nərgiz 20 may 2015-ci il tarixdə vəfat etmişdir. Nərgizi Cəmcəmli kənd qəbristanlığında dəfən etmişlər. yas mərasimində iştirak etmişdir. Şahid Müstəcəbova Güllübəyim Vəfadar qızı şahid Niftaliyeva Maisə Məhi qızı ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Cəmcəmli kəndi İnzibati Ərazi Nümayəndəliyinin 08 oktyabr 2013-cü il tarixdə verdiyi AZ-İİİ 177803 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 sentyabr 2013-cü ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən 19 aprel 2024-cü il tarixdə verilmiş 102/2024 saylı arayışdan görünür ki, X4 20 may 2015-ci il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X14” publik hüquqi şəxsin 04 may 2024-cü il tarixli 18-1-53/2-Ə-175-42-454/2024 saylı arayışdan görünür ki, X4 20 may 2015-ci il tarixdə ölməsi haqqında tibbi şəhadətnamə verilməsi üçün uzun müddət keçdiyinə görə məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayon Cəmcəmli kənd sakinləri Baloğlanova Suqra yurxan qızı, X2, Müstəcəbova Güllübəyim Vəfadar qızı, Niftəliyeva Maisə Məhi qızı və X3 iştirakı ilə 22 aprel 2024-cü il tarixdə tərtib etdilmiş və Qobustan rayon İHB-nın Cəmcəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X4 yas mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarının 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnamə"nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin ad, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 19 sentyabr 2013-cü ildə anadan olmuş X4 20 may 2015-ci il tarixdə Qobustan rayonu Cəmcəmli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 sentyabr 2013-cü ildə anadan olmuş X4 20 may 2015-ci il tarixdə Qobustan rayonu Cəmcəmli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar