Məhkəmə qərarları › İş №2(026)-305/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-305/2022

25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-305/2022 25.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi X1 30 aprel 2022-ci ildə Qobustan rayonunun Sündü kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X1 30 aprel 2022-ci ildə Qobustan rayonunun Sündü kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, XX.XX. 1933-cü il təvəllüdlü anası X6 30 aprel 2022-ci il tarixdə saat 18:00-da Qobustan rayonunun Sündü kəndindəki evində ürək çatışmazlığından vəfat etmişdir. Anasını 01 may 2022-ci il tarixdə kənd sakinlərinin iştirakı ilə Sündü kənd qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Qobustan rayon mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, müddət keçdiyi üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir. X1 30 aprel 2022-ci il tarixdə Qobustan rayonu Sündü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X8 izahatında göstərdi ki, Ərizəçi XX.XX. 1933-cü il tarixdə anadan olmuş X1 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X2 30 aprel 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X5 izahatında göstərdi ki, X3 qonşu kimi yaxşı tanıyır. 30 aprel 2022-ci il tarixdə axşam saatlarında ona Gülbuxaranın vəsiyyətinin pis olduğunu deyərək çağırmışlar. O da həmin an Gülbuxara gilə getmiş və təxminən yarım saatdan sonra Gülbuxara vəfat etmişdir. Həmin günün səhəri, yəni 01 may 2022-ci il tarixdə saat 11-12 radələrində Güülbuxaranı yaşadıqları Sündü kənd qəbristanlığında dəfn etmişlər. Həm dəfn mərasimində, həm də yas məclisində iştirak etmişdir. X7 izahatında göstərdi ki, Ərizəçi onun xalası, X6 isə nənəsidir. Nənəsi Gülbuxara 30 aprel 2022-ci il tarixdə saat 18 radələrində Qobustan rayonunun Sündü kəndindəki evində vəfat etmiş, 01 may 2022-ci il tarixdə Sündü kənd qəbristanlığında dəfn edilmişdir. Nənəsinin 3,7 və 40 mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 03 iyun 2022-ci il tarixli 05/Q-112/13 saylı məktubundan görünür ki, X2 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 01 yanvar 2015-ci ildən 03 iyun 2022-ci il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Sündü kənd sakinləri X13, X12 və X9 27 may 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Sündü kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Sündü kənd sakini XX.XX. 1933-cü il təvəllüdlü X6 30 aprel 2022-ci il tarixdə saat 18:00-da Qobustan rayonunun Sündü kəndində, öz evində ürək çatışmazlığından vəfat etmiş və 01 may 2022-ci il tarixdə kənd əhalisinin iştirakı ilə Sündü kənd qəbristanlığında dəfn edilmişdir. Məzarın fotoşəklindən görünür ki, XX.XX. 1933-cü il təvəllüdlü X6 30 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 30 aprel 2022-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 30 aprel 2022-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar