Məhkəmə qərarları › İş №2(026)-310/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-310/2024

19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-310/2024 19.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 01 yanvar 1933-cü ildə anadan olmuş atası X5 12 may 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 01 yanvar 1933-cü ildə anadan olmuş atası X5 12 may 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 01 yanvar 1933-cü il tarixdə anadan olmuş atası X10 12 may 2024-cü ildə vəfat etmişdir. Biz həmin zaman qanunu bilmədiyindən atası üçün ölüm haqqında şəhadətnamə almamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün yaşadığı Qobustan rayon mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 01 yanvar 1933-cü il tarixdə anadan olmuş atası X5 12 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Vərəsəlik və digər sənədləşmə işlərinin aparılması üçün atasının ölüm şəhadətnaməsi vacibdir. 01 yanvar 1933-cü il tarixdə anadan olmuş atası X5 12 may 2024-cü il tarixdə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X7 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. X3 ifadəsində göstərdi ki, ərizəçi X8 atası X10 12 may 2024-cü il tarixdə ev şəraitində ölmüşdür. Onu yaşadıqları Ərəbşahverdi kənd qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. X2 ifadəsində göstərdi ki, ərizəçi X12 həmkəndli olmaqla yaxşı tanıyır. X10 12 may 2024cü il tarixdə ev şəraitində vəfat etmişdir. Onu yaşadıqları Ərəbşahverdi kənd qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. X4 X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE 04298329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01 yanvar 1933-cü ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən 22 may 2024-cü il tarixdə verilmiş 3-16-5/8-139/2024 saylı arayışdan görünür ki, X5 12 may 2024-cü il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. 22 may 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X23” publik hüquqi şəxsin 21 may 2024-cü il tarixli 18-1-53/2-İ-215-42-508/2024 saylı arayışından görünür ki, 1933-cü il təvəllüdlü X1 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinə hər-hansı bir xəstəliyə görə müraciət etməmişdir. Qobustan rayon İHB-nın Ərəbşahverdi kənd İƏD üzrə nümayəndəsi əvəzi X6 və Qurbançı kənd məntəqəsinin feldşeri X9 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, X10 12 may 2024-cü il tarixdə vəfat etmişlər. Ona Ərəbşahverdi kənd qəbristanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş məzarın fotoşəkilindən görünür ki, 01 yanvar 1933-cü il tarixdə anadan olmuş X10 12 may 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 yanvar 1933-cü ildə anadan olmuş X5 12 may 2024-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1933-cü ildə anadan olmuş X5 12 may 2024-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar