Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-311/2022 10.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi atası X9 17 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi atası X9 17 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası X14 özünə məxsus xırda buynuzlu heyvanlar saxlamaqla məşğul olmuşdur.2018-ci ilin iyun ayında Xızı rayonu ərazisində heyvanları otararkən ildırım vurması nəticəsində dünyasını dəyişmişdir. Həmin zaman onlar ataları üçün ölüm haqqında şəhadətnamə almamış və almaq üçün hara müraciət etmək lazım olduğunu belə bilməmişlər. Hazırda atası Ağanın ölüm şəhadətnaməsi onlara lazımdır. Bunla əlaqədar Maraqlı şəxsnə müraciət etmişlər, lakin onlara müddət keçdiyi üçün məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. X23 rayonu ərazisində ölməsini təsdiq edən Xızı rayon prokurorluğunun 26 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı da var. 10 dekabr 1975-ci il tarixdə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş X9 17 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X5 izahatında göstərdi ki, Ərizəçi 10 dekabr 1975-ci il tarixdə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş atası X9 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X9 17 iyun 2018-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X2 izahatında göstərdi ki, X12 həmkəndli olmaqla yaxşı tanıyır. Ağa Qurbanov yağışlı havada yaylağa qoyun apararkən ildırım vurması nəticəsində vəfat etmişdir. Hadisə 18 iyun 2018-ci il tarixdə Xızı rayonunun “Dibrar” adlanan yaylağında olmuşdur. Ağa Qurbanovun dəfnində və yas mərasimində iştirak etmişdir. Kənd qəbristanlığında dəfn olunmuşdur. X3 izahatında göstərdi ki, X14 18 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində qoyun otararkən ildırım vurması nəticəsində vəfat etmişdir. Ağa Qurbanovun dəfnində və yas mərasimində iştirak etmişdir. X4 izahatında göstərdi ki, X14 ilə qohumdur və onu yaxşı insan kimi tanımışdır. Bir gün kəndə xəbər gəlmişdir ki, Ağa Qurbanov ildırim vurması nəticəsində vəfat etmişdir. Kənd camaatı ilə birlikdə Ağanın ata evinin həyətinə getmişdir. Ağanın dəfnində və yas mərasimində iştirak etmişdir, o kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 05 may 2022-ci il tarixli 05/Q-11/13 saylı məktubundan görünür ki, X6 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.1979-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Təklə-Mirzəbaba kənd sakinləri X8, X10, X13 və Ərizəçi tərtib etdikləri, Qobustan rayon İHB-nin Təklə-Mirzəbaba kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini X14 17 iyun 2018-ci ildə Xızı rayon ərazisində özünə məxsus qoyun sürüsünü otararkən ildirim vurması nəticəsində vəfat etmişdir. Ağa Qurbanov kənd sakinlərinin iştirakı ilə rayonun Təklə-Mirzəbaba kənd qəbristanlığında dəfn edilmişdir. Xızı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında “26 iyun 2018-ci il tarixli qərarından” görünür ki, X9 ildırım vurma nəticəsində ölməsi ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 17 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 17 iyun 2018-ci il tarixdə Xızı rayonu ərazisində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-311/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-311/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver