Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-322/2024 08.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 02 avqust 1964-cü ildə anadan olmuş qardaşı X19 ğlunun 07 may 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 02 avqust 1964-cü ildə anadan olmuş qardaşı X19 ğlunun 07 may 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmaqla, hazırda Qobustan şəhəri Ş.Şikarov küçəsi ev 44-də yaşayır. Qardaşı 02 avqust 1964-cü il tarixdə anadan olmuş X14 06 may 2024-cü il tarixdə Qobustan şəhərində yerləşən özünə məxsus evdə olarkən qəfil özünü pis hiss etdiyinə görə onu Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Həkim müayinə edərək Elmana “Ağciyərin qanqrena və nekrozu” diaqnozu qoyularaq xidmət göstərilmişdir. Sonra isə Elmanın xəstəxanada qalmasına ehtiyac olmadığını dediklərinə görə onu evə gətirmişlər. Elman həmin günü, yəni 06 may 2024-cü il tarixdən 07 may 2024-cü ilə keçən gecə evdə olarkən vəfat etmişdir. Həmin günü səhər Qobustan rayon icra nümayəndəsinin və Qobustan rayon İcra Hakimiyyətinin işçiləri həyətə baş sağlığına gəlsələr də, onlara ölüm haqqında şəhadətnamə alınmasının tezləşdirilməsini deməmişlər, onlar isə qanunu bilmədikləri üçün qardaşına ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda Elmanın ölüm şəhadətnaməsini almaq istəyirlər və buna görə Qobustan rayonunun Mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 02 avqust 1964-cü il tarixdə anadan olmuş qardaşı X7 07 may 2024cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X4 məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. X2 ifadəsində göstərdi ki, Ərizəçi və onun mərhum qardaşı X14 onun həyat yoldaşının qardaşlarıdır. X14 07 may 2024-cü ildə Qobustan şəhərində özünə məxsus evdə olarkən vəfat etmişdir. Onu yaşadıqları Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. X3 ifadəsində göstərdi ki, Ərizəçi yaxşı tanıyır. İlhamın qardaşı X14 07 may 2024-cü ildə Qobustan şəhərində özünə məxsus evdə olarkən qəfil ölmüşdür. Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. X1 X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ ******* saylı icazə surətindən görünür ki, X14 02 avqust 1964-cü ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən 29 may 2024-cü il tarixdə verilmiş 144/2024 saylı arayışdan görünür ki, Ərizəçi 06 may 2024-cü il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 29 may 2022-ci il tarixdən 06 may 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X20” publik hüquqi şəxsin 01 iyun 2024-cü il tarixli 18-1-53/2-S-42-608/2024 saylı arayışından görünür ki, 1964-cü il təvəllüdlü X14 06 may 2024-cü il tarixdə Qobustan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili yardım şöbəsinə gətirilmiş X9 “Ağciyərin qanqrena və nekrozu J85.0” diaqnozu qoyularaq ona müvafiq xidmətlər göstərilmişdir. Qobustan rayon Qobustan şəhər sakinləri Ərizəçi, X5 və X6 iştirakı ilə 13 may 2024cü il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X14 07 may 2024-cü il tarixdə vəfat etmişlər. Onu Qobustan şəhər qəbristanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş məzarın fotoşəkilindən görünür ki, 02 avqust 1964-cü il tarixdə anadan olmuş X14 vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 avqust 1964-cü il tarixdə anadan olmuş X7 07 may 2024-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 avqust 1964-cü il tarixdə anadan olmuş X7 07 may 2024-cü il tarixdə ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-322/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-322/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver