Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-366/2024 21.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X18 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 1960-cı ildə anadan olmuş bacısı X7 10 sentyabr 2015-ci ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 1960-cı ildə anadan olmuş bacısı X7 10 sentyabr 2015-ci ildə Qobustan rayon Təklə-Mirzəbaba kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Təklə- Mirzəbaba kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. 1960-cı ildə anadan olmuş bacısı X9 09 sentyabr 2015-ci il tarixdən 10 sentyabr 2015-ci ilə keçən gecə yatmış və səhər oyanmamışdır. Bacısı Zenfiranı 10 sentyabr 2015-ci il tarixdə yaşadıqları Təklə- Mirzəbaba kəndində dəfn etmişlər və ona yas mərasimi keçirmişlər. Lakin qanunu bilmədiklərindən bacısı üçün ölümünü təsdiq edən heç bir sənəd almamışlar. Hazırda ölüm haqqında şəhadətnamənin alınması vacibdir. Bunla əlaqədar Maraqlı şəxsnə və Qobustan Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, məhkəməyə müraciət etməli olduğu bildirildi. Ona görə də 1960-cı ildə anadan olmuş bacısı X7 10 sentyabr 2015-ci il tarixdə Qobustan rayonunun Təklə-Mrzəbaba kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X4 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. X1 ifadəsində göstərdi ki, Ərizəçi və onun bacısı Zenfiranı həmkəndli olmaqla yaxşı tanıyır. Zenfira 1960-cı ildə anadan olmuşdur. O, heç vaxt ailə qurmamış, Təklə-Mirzəbaba kəndində yaşamışdır. Zenfira Əzizova 10 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Onu Təklə- Mirzəbaba kənd qəbristanlığında dəfən etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi X9 onun qohumudur və Zenfira ilə həmyaşıd olmaqla münasibətləri yaxşı olmuşdur. Zenfira Əzizova 10 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Onu Təklə-Mirzəbaba kənd qəbristanlığında dəfən etmişlər. Yas mərasimində iştirak etmişdir. X2 X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE 06991639 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1960-cı ildə anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən 09 iyul 2024-cü il tarixdə verilmiş 190/2024 saylı arayışdan görünür ki, X7 10 sentyabr 2015-ci il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X20” publik hüquqi şəxsin 04 iyul 2024-cü il tarixli 18-1-53/2-Ə-278-42-972/2024 saylı arayışdan görünür ki, X9 10 sentyabr 2015-ci il tarixdə ölməsi haqqında tibbi şəhadətnamə verilməsi üçün uzun müddət keçdiyinə görə məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayon Təklə-Mirzəbaba kənd sakinləri X8, X10 və X6 tərəfindən 01 iyul 2024-cü il tarixdə tərtib etdilmiş və Qobustan rayon İHB-nın Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X9 10 sentyabr 2015-ci il tarixdə etmiş və həmin günü Təklə-Mirzəbaba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş məzarın fotoşəkilindən görünür ki, X9 1960-cı ildə doğulmuş, 10 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarının 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnamə"nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin ad, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, XX.XX.1960-cı ildə anadan olmuş X7 10 sentyabr 2015-ci il tarixdə Qobustan rayonu Təklə-Mirzəbaba kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1960-cı ildə anadan olmuş X7 10 sentyabr 2015-ci il tarixdə Qobustan rayonu Təklə-Mirzəbaba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-366/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-366/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver