Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-388/2022 26.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi 16 may 1985-ci il tarixdə anadan olmuş övladı X14 18 fevral 2002-ci il tarixdə və 26 avqust 1988-ci il tarixdə anadan olmuş övladı X7 20 dekabr 1997-ci il tarixdə ölmələri faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 16 may 1985-ci il tarixdə anadan olmuş övladı X14 18 fevral 2002-ci il tarixdə və 26 avqust 1988-ci il tarixdə anadan olmuş övladı X7 20 dekabr 1997-ci il tarixdə ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərdi ki, Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayır. 18 avqust 1984-cü ildə Rafiq Əndəlifovla toy edib evlənmiş, lakin nikahlarını 04 mart 1986-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə rəsmi nikahdan 1985-ci ildə Asif, 1986-cı ildə Natiq, 1987-ci ildə Mahir, 1988-ci ildə Kəmalə, 1991-ci ildə Nailə, 2003-cü ildə Könül adlı uşaqları dünyaya gəlmişdir. Onlardan 16 may 1985-ci ildə anadan olmuş Asif 18 fevral 2002-ci il sarılıq xəstəliyindən və 26 avqust 1988-cu il tarixdə doğuluş Kəmalə isə 20 dekabr 1997-ci ildə difteriya xəstəliyindən vəfat etmişlər. Uşaqların hər ikisi “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir. Qanunu bilmədiyindən uşaqlara ölüm haqqında şəhadətnamə almamışdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən 13 iyul 2022-ci il tarixdə rəsmi məktub göndərilərək ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Uşaqların ölüm faktının müəyyən etmək başqa cür mümkün olmadığından onların ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də 16 may 1985-ci ildə anadan olmuş övladı Asifin 18 fevral 2002-ci ildə, 26 avqust 1988-ci ildə anadan olmuş övladı Kəmalənin isə 20 dekabr 1997-ci ildə ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X9 izahatında göstərdi ki, Ərizəçi 16 may 1985-ci ildə anadan olmuş övladı Asifin 18 fevral 2002-ci ildə, 26 avqust 1988-ci ildə anadan olmuş övladı Kəmalənin isə 20 dekabr 1997-ci ildə ölümləri barədə qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi 16 may 1985-ci ildə anadan olmuş övladı Asifin 18 fevral 2002-ci ildə, 26 avqust 1988-ci ildə anadan olmuş övladı Kəmalənin isə 20 dekabr 1997-ci il tarixdə ölmələri faktının müəyyən olunmasına etiraz etmir. X4 ifadə verərək göstərdi ki, Ərizəçi ilə 18 avqust 1984-cü ildə toy edib evlənmişlər, lakin nikahlarını 04 mart 1986-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə rəsmi nikahdan 1985-ci ildə Asif, 1986-cı ildə Natiq, 1987-ci ildə Mahir, 1988-ci ildə Kəmalə, 1991-ci ildə Nailə, 2003-cü ildə Könül adlı uşaqları anadan olmuşdur. Uşaqlarından 16 may 1985-ci ildə anadan olmuş Asif 18 fevral 2002-ci il sarılıq xəstəliyindən və 26 avqust 1988-cu il tarixdə doğulmuş Kəmalə isə 20 dekabr 1997-ci ildə difteriya xəstəliyindən vəfat etmişlər. Uşaqların hər ikisi “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir. X2 ifadə verərək göstərdi ki, Ərizəçi 16 may 1985-ci ildə anadan olmuş oğlu Asif 18 fevral 2002-ci il sarılıq xəstəliyindən və 26 avqust 1988-cu il tarixdə doğulmuş qızı Kəmalə isə 20 dekabr 1997-ci ildə difteriya xəstəliyindən vəfat etmişlər. Kəmaləni o yuyub kəfənləmişdir. Uşaqların hər ikisi “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir. X6 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudurş Gülmirə və Tofiqin qızı Kəmalə 20 dekabr 1997-ci ildə difteriya xəstəliyindən, Asif adlı oğlu isə 18 fevral 2002-ci il sarılıq xəstəliyindən vəfat etmişlər. Uşaqların hər ikisi “Sofi Həmid” qəbristanlığında dəfn edilmişdir və hər iki uşağın dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, maraqlı şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Şamaxı rayon VVAQ orqanının 4 mart 1986-cı il tarixdə verdiyi İİİ-JQ 491651 saylı arayışdan görünür ki, X1 Gülmirə İsfalı qızı ilə nikahlarını 04 mart 1986-cı ildə 5 nömrə ilə qeyd etdirməklə evlənmişlər. Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi üzrə ərazi nümayəndəliyinin01 oktyabr 2010-cu il tarixdə verdiyi AZ-İİ 476005 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 13 may 2003-cü il tarixdə Abşeron rayonunda anadan olmuşdur. X3, anası Ərizəçidır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 331 nömrəli ümumi orta məktəbinin 24 iyun 2022-ci il tarixli 26 saylı arayışından görünür ki, X20 həqiqətən Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbi (əvvəlki adı Abşeron rayonu Əliqulu qışlaq kənd əsas məktəbi) 2001-ci ildə bitirmişdir. Ona BN 466750 seriya və nömrəli əsas təhsil haqqında şəhadətnamə verilmişdir. 1 saylı şəhər klinik xəstəxanası tərəfindən 19 fevral 2002-ci il tarixdə verilmiş epikrizdən görünür ki, X20 08 fevral 2002-ci il tarixdə saat 14:40-da 1 saylı şəhər klinik xəstəxanasına ağır vəziyyətdə daxil olmuş, 18 fevral 2002-ci il tarixdə saat 12:00-da xəstə qohumları tərəfindən sonrakı müalicəsindən imtina edilərək evə aparılmışdır. Abşeron rayon İHB-nın Güzdək qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2022ci il tarixli 06 saylı arayışından görünür ki, Ərizəçi 1985-ci il tarixdə anadan olmuş övladı X20 2002-ci ildə, 1988-ci ildə anadan olmuş övladı Kəmalə isə 1997-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən Qobustan rayonu Ərəbşalbaş kənd sakini Ərizəçi ünvanlanmış 13 iyul 2022-ci il tarixli 05/Q-136/13 saylı məktubda göstərilir ki, 2002-ci il tarixdə vəfat etmiş övladı Asif və 1997-ci il tarixdə vəfat etmiş övladı Kəmalənin ölümünün qeydə alınmasına dair müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu, Ərəbşalbaş kənd sakinləri Ərizəçi, X12, X18 və X13 17 iyun 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Qobustan Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, X12 ilə Ərizəçi birgə nikahlarından 6 uşaqları olmuşdur. Onlardan 1985-ci il təvəllüdlü Asif 2002-ci ildə sarılıq xəstəliyindən, 1988-ci il təvəllüdlü Kəmalə isə 1997-ci il tarixdə difteriya xəstəliyindən vəfat etmişlər. Hər ikisi “Sofi Həmid” adlanan qəbristanlıqda dəfn edilmişdir. Məzarın foto şəkillərindən görünür ki, 16 may 1985-ci ildə anadan olmuş X20 18 fevral 2002-ci ildə və 26 avqust 1988-ci ildə anadan olmuş X16 20 dekabr 1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X14 18 fevral 2002-ci ildə və X7 isə 20 dekabr 1997-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda ölmələri faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X14 18 fevral 2002-ci ildə və X7 isə 20 dekabr 1997-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-388/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-388/2022
26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver